Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... .....                     Allahın turisti də QAPIMIZI DÖYMÜR... .....                     Bank kartının bloka düşməsini istəmirsənsə... .....                     Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                     “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər .....                     İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                     Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır .....                     Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri .....                     Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... .....                     Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir .....                     İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi .....                     Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... .....                     Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir .....                     Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? .....                     Azərbaycan təhsili iki yol arasında qalıb: .....                     Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır .....                     Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı .....                     Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı .....                     Ümidsizliyə qapılan XANƏNDƏ: .....                     19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı .....                     Qadağa artdıqca, qiymət bahalaşır: .....                     “Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… .....                     Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir .....                     “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” .....                 

“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Tarix: Bu gün, 04:55 | Çap et

Son aylar Tramp administrasiyası Turan- Zəngəzur yolu- “TRİPP” layihəsinin icrası istiqamətində xeyli fəallaşıb. ABŞ-ın Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (“DFC”) ABŞ-Ermənistan birgə təşəbbüsü çərçivəsində sözügedən layihəni dəstəkləməsi də bunun göstəricilərindəndir. Görəsən, hələlik ABŞ-İsrail-İran qarşıdurmasının tam həllini tapmadığı, Ukrayna savaşının sona yetmədiyi, xüsusən də Ermənistandakı seçkilərdən sonra Rusiyanın Paşinyan hakimiyyətinə təzyiqlərini davam etdirdiyi bir geo-siyasi durumda Amerikanın “TRİPP” layihəsini həyata keçirməklə Cənubi Qafqaza sülh gətirməsi mümkün olacaqmı?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı aşağıdakı fikir və mülahizələri ifadə edib:
“Təbii ki, ABŞ dövləti və Tramp administrasiyası son illər Cənubi Qafqazı bütövlükdə Rusiyanın təsirindən qurtarıb öz nəzarətinə almağa çalışır və həmin istiqamətdə praktiki addımlar atır. Bu prosesdə də Zəngəzur yolu boyu tətbiq edilməsi nəzərdə tutulan “Tramp yolu” adlandırılan “TRIPP” layihəsinin də önəmli yeri var. Bizim Zəngəzur yolu dediyimiz bu yolu ermənilər daha düzgün adlandırırlar: “Turan yolu”. Çünki çoxlarının içərisində hələ də türk qorxusu yaşayır...
Amerika da bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaqdır. Və Tramp da o yolun əhəmiyyətini başa düşür, odur ki, adını heç olmasa o yolun bir kənarına yazmağa çalışır. Amma praktiki maraqları da var bu yolda, ciddi iqtisadi və siyasi dividend götürəcək və müəyyən mənfəət əldə edəcək. Həmçinin Turan yolu Rusiyanın regiondan uzaqlaşdırılmasında da böyük rol oynayacaqdır. Ona görə də proses gedir və bu layihə həyata keçiriləcəkdir.
Və həmin layihəyə qarşı İranın çıxış etməsi, artıq və əsassız danışması boş və mənasız bir şeydir. O sadəcə yalançı görüntü yaratmaqdan, özünü regonda güc kimi göstərməkdən başqa bir şey deyil. Bir də onu demək gərəkdir ki, İran özünü regionun, İslam dünyasının lideri hesab edirdi və yaxud edir. Bu səbəbdən də Türkiyənin və yaxud Azərbaycanın hər hansı bir uğurunu qəbul edə bilmir, Səudiyyənin uğurunu qəbul edə bilmir. Ətrafındakı hər kəslə düşməndir. Bizim də Qarabağdakı qələbəmiz bütün regionun liderinin kim olduğunu göstərdi. Yəni kimin xoşuna gəlib-gəlməməsinə rəğmən bir az düşünəndə görürsən ki, doğrudan da bu regionda, ümumilikdə dünyada Azərbaycanın ən azından region üçün liderliyini qəbul edirlər. Çünki böyük bir qələbə qazanıb, arxasında Rusiyanın, Qərbin və İranın da dayandığı Ermənistana qalib gəlib. İran isə bunu həzm edə bilmir və Azərbaycanın yanında həddindən artıq kiçik və ağır bir vəziyyətə düşür. Və Azərbaycana, o cümlədən onun uğurlu siyasətinin nəticələrindən biri olacaq Zəngəzur yolunun ABŞ layihəsi ilə açılmasına qarşı qarşı hərəkətləri, reaksiyaları, hikkələri həm də bununla bağlıdır...
Hazırda Tramp artıq praktik işləri görür, Rusiya kənarda qalıb, İran kənarda qalıb, 8 avqust Vaşinqton müqaviləsi imzalanıb, digər sənədlər də imzalanır, artıq orada ABŞ-ın müvafiq qurumları tərəfindən kəşfiyyat işləri aparılır, yolun çəkilişi ilə bağlı və digər işlərlə bağlı real layihələrin həyata keçirilməsinə başlanılır...
Ancaq bu gün yüz faiz demək olmaz ki, “TRİPP” layihəsi Cənubi Qafqaza sabitlik gətirəcək. Çünki sülh yalnız bu və digər amildən asılı deyil, burada çoxsaylı amillər rol oynayır. Lakin heab edirəm ki, Zəngəzur -Turan dəhlizinin işə düşməsi ümumilikdə regionda sabitlik və sülh üçün çox ciddi rol oynayacaqdır bu regionda sabitlik üçün ciddi rol oynayacaqdır. Çünki hər kəsin marağı olacaq ki, Zəngəzur dəhlizindən yol keçsin və davamlı olsun. Yox əgər hər hansı konflikt, qarşıdurma olacaqdırsa, yol dayanacaqdır. Bu da hamımızın ziyanına olar. Ən azından iqtisadi maraqlar baxımından hər tərəf müəyyən yanlış iddiaları kənara qoymalıdır...
Digər tərəfdən isə, əgər artıq Amerika regiona gəlirsə, Rusiyanın və İranın burada təsiri tam şəkildə zəifləyir, sıfıra enir. O halda Cənubi Qafqazda əsrlərdir ki, münaqişə körükləyən qüvvələrdən biri olan Rusiya və İran bu imkanlardan məhrum olacaqlar. Bu da sülh və sabitlik üçün ciddi təminat verəcəkdir.
Üçüncü cəhət isə Türkiyə və Azərbaycan amilidir və o, ortadadır. Hər iki dövlət regionda sülh və sabitliyin olmasında maraqlıdır və bunun qarantıdır...
Ermənistan da bunu başa düşür. Ermənistan da başa düşür ki, Azərbaycanın və Türkiyənin birgə region üçün cızdığı yol xəritəsi ilə getmək lazımdır. Ona görə də Amerikanın Zəngəzur yolunun açılması layihəsi ilə regiona gəlməsi Azərbaycanla Ermənistan arasında münasibətlərin də müəyyən çərçivə daxilində saxlanmasına, eyni zamanda Ermənistandakı revanşist qüvvələrin cilovlanmasına xidmət edəcəkdir. Odur ki, bu və ya digər amillərin təsiri altında böyük ehtimalla Turan yolu -“TRİPP” layihəsi regionda sülh və sabitliyə xidmət edəcəkdir...”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32
Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28
Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25
19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23
Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20
“Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54
“Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51
Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43
Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40
Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28
Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Dünən, 15:20
ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Dünən, 15:14
Sabiq MTN polkovniki həbsxanada dava edib - cəza tədbiri görülüb...
Dünən, 15:12
“Lido” restoranında MÜƏMMALI ÖLÜM
Dünən, 15:10
Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək - Peskov
Dünən, 15:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru