Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                     Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                     Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                     Oxuyub-yazmağı bacarmayan 6 şagird .....                     Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar .....                     Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... .....                     75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? .....                     Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... .....                     "Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" .....                     Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib .....                     "Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var .....                     Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür .....                 

“Azərbaycan Laçın dəhlizini ən azından 10 gün müddətinə bağlamalıdır” - ÇAĞIRIŞ
Tarix: 30-08-2021, 10:49 | Çap et
“Azərbaycan Laçın dəhlizini ən azından 10 gün müddətinə bağlamalıdır”
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı erməni separatçıları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar. Erməni mediasında gedən məlumatlara görə, sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü” keçirmək niyyətindədir.

Qeyd edək ki, 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.

Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan Parlamentin sepikeri Alen Simonyanla görüşüb və onu qondarma “müstəqillik günü”nə dəvət edib. Tovmasyan Ermənistan Parlamentindəki bütün fraksiya rəhbərləri ilə görüşəcəyini və onları da “tədbir”ə dəvət edəcəyini deyib. Bildirib ki, sentyabrın 1-də qondarma “parlamentin xüsusi iclasını keçirəcəklər” və Ermənistan Parlamentinin deputatlarını da orada görmək istəyirlər.

Xatırladaq ki, bu, İkinci Qarabağ müharibəsindən sonra separatçı-terrorçuların ilk keçirmək istədikləri “müstəqillik günü”dür.

Analitiklər hesab edirlər ki, separatçıların sözügedən təxribatının qarşısını Azərbaycan bütün vasitələrdən istifadə edərək almalıdır – istər diplomatik olsun, istərsə də hərbi yolla. Çünki terrorçuların “müstəqillik günü” keçirməsi Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq istəyini stimullaşdırır, Ermənistan “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanır, “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verir.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də hesab edir ki, separatçı-terrorçuların bədnam əməlinin qarşısı mütləq şəkildə alınmalıdır. Deputat AYNA-ya müsahibəsində vurğulayıb ki, bunun üçün Azərbaycanın əlində kifayət qədər rıçaqlar var:

- Əlbəttə, Ermənistan da, Qarabağdakı erməni separatçıları da separatçı rejimin hansısa formada legitimləşdirilməsi üçün dəridən-qabıqdan çıxırlar. Amma biz onların bu əməllərini dünyaya göstərmək imkanlarının qarşısını almalıyıq. Təbii ki, separatçıların “müstəqillik günü” keçirməsi, Ermənistan Parlamentinin deputatlarının orada iştirak etməsi separatçılara legitimlik qazandırmır. Hər halda buna cəhd edirlər və Azərbaycana da mesaj göndərirlər. Nə yazıq ki, bu gün ərazilərimiz separatçılardan təmizlənməyib, Qarabağda qanunsuz silahlı birləşmələr mövcuddur. Onlar orada rəqs də edə bilirlər, tədbir də keçirə bilirlər, özlərinə “müstəqil dövlət” də deyə bilirlər. Biz bunun qarşısının alınmasına da çalışmalıyıq. Sülhməramlılara müraciət etməliyik, sərt şəkildə mövqeyimizi bildirməliyik. Bu məsələnin bir tərəfidir. Digər yandan, Ermənistan Parlamentindən kimlərinsə separatçıların “müstəqillik günü”nə qatılması, orada çıxış etməsi yolverilməzdir və bunun qarşısı qətiyyətlə alınmalıdır.

- Biz bilirik ki, Ermənistandan müəyyən rəsmilər, deputatlar Xankəndiyə gəlib-gedirlər, separatçı rejimin “rəsmiləri” ilə görüşlər keçirirlər. Bunun qarşısını isə Rusiya sülhməramlıları almağa cəhd göstərmir. Laçın dəhlizində bizim nəzarət funksiyamız yoxdur ki, qarşısını ala bilək. Sabah Ermənistandan bir qrup deputat separatçıların “tədbir”inə qatılsa, bunun qarşısını necə almalıyıq?

- Əgər separatçılar gedib İrəvanda belə bir “tədbir” keçirsəydilər, Ermənistan Parlamentinin deputatları ilə görüşlər keçirilsə idi, buna bizim müdaxilə etmək imkanımız olmazdı. Amma Qarabağ, Xankəndi bizim ərazilərimizdir, orada belə bir “tədbir”in keçirilməsinin qarşısını almaq mümkündür, müdaxilə edə bilərik. Çünki separatçıların ərazimizdə “müstəqillik günü” keçirməsi, oraya Ermənistandan rəsmi şəxslərin gəlib iştirak etməsi Azərbaycana müharibə elan etmək anlamını verir. Bunun başqa adı yoxdur. Bu, artıq sülhməramlıların, digər beynəlxalq mərkəzlərin məsələsi deyil, Azərbaycanın daxili məsələsidir.

- Sualımı təkrarlayım, müdaxilə hansı formada olmalıdır?

- Təbii ki, ilk öncə diplomatik yolla. Bununla alınmasa, zor gücü ilə belə təxribatçı addımların qarşısı alınmalıdır. Məsələn, Rəsmi Bakı bəyan edə bilər ki, Xankəndiyə gələn Ermənistan rəsmilərinin təhlükəsizliyinə Azərbaycan tərəfi zəmanət vermir. Yəni ki, onların başına gələcək hansısa hadisədə Azərbaycan məsuliyyət daşımayacaq. Və vurğulanmalıdır ki, Azərbaycan öz ərazisində bu və ya digər addımları atmaq, separatçıların təxribatının qarşısını almaq səlahiyyətini özündə saxlayır. Eyni zamanda, Rusiya sülhməramlılarının komandanlığına açıq şəkildə bildirilməlidir ki, separatçıların belə bir “tədbir” keçirməsi, Ermənistandan rəsmi şəxslərin Xankəndiyə gəlməsi Azərbaycan sərhədinin pozulmasıdır, biz bunun qarşısını hər vasitə ilə alacağıq. Bununla yanaşı, Rəsmi Moskvaya müraciət ünvanlanmalıdır ki, baş verənlər 10 noyabrda imzalanmış üçtərəfli Birgə Bəyanata ziddir. Faktiki olaraq bu, Azərbaycanın suverenliyinin pozulmasıdır. Diplomatik kanallar vasitəsi ilə bildirilməlidir ki, belə bir “tədbir” keçirilərsə, Ermənistan rəsmiləri orada iştirak edərsə, bu, münasibətlərin pozulmasına səbəb olacaq.

- Bəs diplomatik addımlar nəticə verməsə?

- Nəticə verməsə, Azərbaycan dediklərini yerinə yetirməlidir. İkinci-üçüncü dəfə buna bənzər halların yaşanmaması üçün qətiyyətli addım atılmalıdır.

- Dediyinizdən belə anlaşılır ki, “müstəqillik günü”nün qarşısının alınması üçün Qarabağda antiterror əməliyyatları keçirilməli, Ermənistandan olan rəsmilər sərhədimizi pozarsa, onların da başına “iş” gələ bilər...

- Təbii ki, diplomatik mesajlarımızı anlamasalar, Qarabağda antiterror əməliyyatı keçirilə bilər. Bu bizim hüququmuzdur. Eyni zamanda, Ermənistan rəsmilərinin təhlükəsizliyinə zəmanət vermiriksə, məsuliyyət daşımırıqsa, o zaman istər Laçın dəhlizində, istər Xankəndidə başlarına nə gələcəksə bizim problem olmayacaq.

- Rusiya sülhməramlılarının buna reaksiyası necə olacaq?

- Biz əvvəldən atacağımız addımları diplomatik yolla deyirik, başa salırıq və bunun yolverilməzliyini bildiririk. Separatçılar nəticə çıxarmırsa, hüququmuzdan istifadə edirik. Sülhməramlılar qarşısını alsınlar ki, Azərbaycan bu addımı atmasın. Mən dediyim təxribatın qarşısının alınması istiqamətində atılacaq ən böyük addımdır. Amma bunun normal, danışıqlar, hansısa təzyiq rıçaqlarından istifadə ilə də qarşısını almaq mümkündür. Mən güclə qarşısının alınması addımını deyərkən, bütün diplomatik vasitələrin təsirsizliyi halını nəzərdə tuturam.

- Bəyanatdan, çağırışdan əlavə də rıçaqları deyirsiniz. Bu rıçaqlar hansılardır?

- Məsələn, bu günlərdə Azərbaycan Gorus-Qafan yolunu, Şurnuxu kəndi istiqamətində bağladı. Bu, təzyiq rıçaqlarından biridir. Ermənistan anlayır ki, onların hərəkətlərinə əngəl törətmək üçün Azərbaycanın əlində kifayət qədər rıçaqlar və güc var. Məsələn, separatçıların keçirmək istədiyi “tədbir”ə Ermənistan rəsmilərinin getməsinin qarşısını almaq üçün bir müddətlik Laçın dəhlizini bağlaya bilərik. Bəyan edərik ki, bu, Ermənistan rəsmilərini qorumaq məqsədilə edilir. Yəni ki, erməni rəsmilər dəhlizdən keçərkən vurula bilər, təhlükəsizlikləri sual altındadır və s. Rusiya ilə münaqişə yaranacaq? Yaransın, problem yoxdur. Onsuz da Rusiyanın münasibəti bəllidir. Rusiyaya demək lazımdır ki, öhdəliklərini yerinə yetirsə, bu cür xoşagəlməz hallar yaranmaz. Biz bu təxribatlara nə qədər göz yummalıyıq? Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, hər vasitə ilə suverenliyinin pozulmasının qarşısını almağa qadirdir.

Hər zaman demişəm, Azərbaycan Laçın dəhlizini ən azından 10 gün müddətinə bağlamalıdır. Rusiya sülhməramlılarına da imkan verilməməlidir ki, dəhlizi açsınlar. Rusiya da, Ermənistan da görməlidir ki, Azərbaycan dirəniş göstərir, Azərbaycanın ərazisini pozmaq olmaz. Qarabağda süni şəkildə gətirilən ermənilər, separatçılar hiss etməlidirlər ki, Azərbaycan istənilən vaxt onların “arterial damarı” olan Laçın dəhlizini kəsə bilər. Bizim ərazilərimizdə yaşamaq hüququ istəyirlərsə, ərazi bütövlüyümüzü, suverenliyimizi qəbul etməlidirlər, şəxsiyyət vəsiqəmizi alıb yaşaya bilərlər. Yoxsa ki, separatçılıqla məşğul olacaqlar, istədikləri vaxt Ermənistana gedib-gələcəklər, gələndə silah-sursat, hərbi yük, canlı qüvvə gətirəcəklər, biz bunu qəbul etmirik, edə bilmərik.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru