İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                     Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                     Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                     Oxuyub-yazmağı bacarmayan 6 şagird .....                     Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar .....                     Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... .....                     75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? .....                     Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... .....                     "Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" .....                     Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib .....                     "Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var .....                     Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür .....                     İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək .....                 

“Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir” - deputat
Tarix: 28-08-2021, 09:56 | Çap et
“Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir”
Ermənistan parlamenti son günlər deputatların davası, bir-birinə qarşı fiziki təzyiq etməsi və təhqir, söyüş və sairlə gündəmə gəlir. Bəziləri bunu demokratiya nümunəsi kimi təqdim etməyə çalışsa da, əslində düşmən ölkənin cəmiyyətində yaranan parçalanmanın, cəmiyyətin böyük məğlubiyyətdən sonra xaosa sürükləndiyinin göstəricisidir. Çünki məğlub xalqlar, məğlub ölkələr satqın, xain axtarışında olur, bir-birilərini ittiham etməyə çalışırlar.

Azərbaycan isə qalib ölkədir, son günlər ölkə gündəminə nəzər salsaq, daha çox müharibə qəhrəmanlarının mükafatlandırılması istiqamətində aparılan işləri, prezident İlham Əliyev tərəfindən hazırda müharibədə fərqlənən hərbçilərə orden, medal, fəxri ad və ev təqdim edildiyini görərik.

Müharibənin qəhrəmanları olduğu kimi, məğlubiyyətin də səbəbkarları, günahkarları, xainləri var və əslində parçalanma da elə buradan doğur.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, demokratik ölkələrdə parlamentdə fikir müxtəlifliyi, debatların, qarşıdurmalar, hətta hədələr, təhqirlər olur, ancaq Ermənistandakı bu davalar demokratiya göstəricisi deyil: “Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir. Ermənistan indiyə qədər belə bir şok yaşamamışdı və bu şoku yaşayana qədər hər hansı bir dirçəlmə imkanına sahib deyil. Bu da ayrı-ayrı siyasi qüvvələrin fonunda cəmiyyətin necə parçalandığını önə sürür, cəmiyyətdə nə dərəcədə təzadlı və barışmaz münasibətlərin olduğunu göstərir. Parlamentdə baş verənlər demokratiyanın təzahürü sayıla bilməz. Çünki Ermənistanda demokratiya yoxdur. Ermənistanda hərbi diktatura olub, hərbi qənimətlər əldə etmək, hərbi işğalla bağlı hakimiyyət məsələləri həll olunub. İndi isə artıq əhalinin xeyli aktiv hissəsi ölkəni tərk edib. Belə bir vəziyyətdə hakimiyyət məsələsinin həllində daha çox xarici seqment rol oynayır. Ona görə də Qərb və Rusiya qarşıdurması fonunda hakimiyyət məsələsinin çözülməsi daha çox mümkündür”.

Fazil Mustafanın fikrincə, orada parlament davalarına daha çox müharibənin gətirdiyi stress kimi baxılmalıdır: “Çünki psixoloji baxımdan məğlubiyyətlə barışmaz mövqe yaranıb. Kimsə onun səbəbini Mövcud iqtidarda görür, kimi də keçmiş iqtidarda. O səbəblə bugünki iqtidarla keçmiş iqtidar arasında bir-birini ittiham etmə artıq adi bir hala çevrilib, bu da millətin parçalanması deməkdir ki, siyasi qüvvələrin fonunda özünü açıq-aydın göstərir.

Ermənistanın son vaxtlardakı təxribatları da məğlubiyyət sindrimonu aşmaq üçün cəhdlərdir. Ancaq real güc buna adekvat deyil. Ermənistan müharibənin bədəlini təkcə müharibədəki canlı qüvvə itkiləri və ya texnika itkisi ilə deyil, həm də cəmiyyətin demoqrafik və sosial strukturunda olan köklü dəyişikliklərlə ödəyir. Ermənistan cəmiyyətində gələcəyə yönəlik bir inamsızlıq var. Bu inamsızlıq yeni hakimiyyət formalaşandan sonra da Ermənistan cəmiyyətinə hər hansı ümidverici nəsə vermədi. Yeni hakimiyyət o zaman formalaşır ki, revanş götürüb nəyisə geri qaytarsın. Heç nə geri qayıtmayanda cəmiyyət tam pessimist vəziyyətə gəlib çıxır ki, bu da parlamentdəki dava fonunda özünü büruzə verməyə başlayıb".

Politoloq Qabil Hüseynli də bildirdi ki, Ermənistanda Paşinyan hakimiyyətinin qorunması üçün artıq avtoritar rejim qurulmaq üzrədir: “Paşinyan Soros fondunun adamı olduğundan ilk vaxtlar , parlament seçkilərində demokratik şüarlardan geniş şəkildə istifadə edirdi. Vəd verirdi ki, demokratik olacaqlar, hakimiyyətin qolları arasında səlahiyyətləri dəqiq müəyyənləşdirəcəklər, insan haqlarına riayət edəcəklər və sair. Amma 44 günlük müharibə və Paşinyana olan hücumlardan sonra Paşinyan daha yaxşı başa düşdü ki, Ermənistan cəmiyyəti hələ demokratiyaya hazır deyil. Üstəlik hakimiyyətini qoruyub saxlamaq üçün avtoritar metodlardan istifadə etməli idi. Ona görə də ikinci seçkidən sonra Ermənistan cəmiyyətində demokratiyanı Paşinyan və onun komandası boğmağa başladılar. Bu gün Ermənistan cəmiyyətində nə demokratik struktur var, nə parlament özü demokratik qaydalarla işləyir. Çünki bir partiyanın təkbaşına hökumət qurmaq imkanı yarandıqdan sonra, Paşinyana qarşı müharibə məğlubiyyətindən sonra hədsiz dərəcədə təhqirlər, təzyiqlər olduğundan o baş verənlərdən nəticə çıxarıb. Ola bilər ki, haradasa demokratiya görüntüsü yaratsınlar, ancaq Paşinyan yaxşı başa düşür ki, Ermənistan cəmiyyətini yalnız avtoritar metodlarla idarə etmək olar. Bu metodları da o həyata keçirir. Elə parlamentdə davaya çıxan adamlar da onu göstərir ki, müxalifət və iqtidaryönlü partiyaların nümayəndələri bir-birinə düşmən gözü ilə baxırlar”.

Politoloqun sözlərinə görə, elə Ermənistan cəmiyyətinin özündə də bu cür parçalanma var: “Cəmiyyət ən azı 3 qrupa parçalanıb. Əgər birinci qrup Paşinyan , onun kadrları və onu təmsil edən elektoral bazadırsa, ikinci qrup həqiqətən demokratiya istəyən və demokratiya uğrunda mübarizə aparan hissədir. Üçüncü qrupa isə 5-ci kalon da demək olar, onlar Rusiya tərəfdarları və Ermənistanda Rusiyanın mövqeyinin güclənməsini istəyənlərdir. Onların ön cərgəsində Qarabağ klanının adamları dayanır, Sərkisyan, Köçəryan və başqaları. Ona görə də, Ermənistanda rəngarəngliyin və fərqli yanaşmaların mövcud olması cəmiyyəti ideoloji, hətta sinfi əlamətlər üzrə parçalayır, onların hakimiyyət uğrunda mübarizəsini labüd edir. Qarabağ klanı nəyin hesabına olursa olsun Paşinyanı sıradan çıxartmaq və hakimiyyəti ələ keçirməyə çalışır. Ermənistan cəmiyyəti nə demokratik dəyərləri, nə də nailiyyətləri ilə öyünə bilər. Onlar Sərkisyanın dövründə olduğu kimi bir cəmiyyətdir və bu cəmiyyətin hazırda öyünəcək nəyisə yoxdur”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru