Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                     Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! .....                     İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub .....                     ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib .....                     Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib .....                     “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, .....                     Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                     Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                     Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                 

Azərbaycanda vətəndaş müharibəsi istəyirsiniz?! - Sərdar Cəlaloğlu
Tarix: 26-08-2021, 08:51 | Çap et
Azərbaycanda vətəndaş müharibəsi istəyirsiniz?!
Bu gün В«TalibanВ»ın siyasi islam üzərindən hansı yeni quruluşu yaradacağı müzakirə obyektindədir. В«TalibanВ» hansı addımları atacaq və kimdən dəstək alacaqdır... Bu və ya digər məsələlər haqqında ADP sədri Sərdar Cəlaloğlu maraqlı fikirlər söyləyib.

- В«TalibanВ»ın Əfqanıstanda qurduğu rejim İslam qaydalarına nə dərəcədə ziddir? Siyasi İslamla В«TalibanВ» arasında ziddiyyətlər varmı?

- В«TalibanВ» insanları məcbur etməklə insanları Allaha daha çox yaxınlaşdırır? Qəlbində Allaha məhəbbət yoxdursa, öz bildiyini edəcək. Bu məcburiyyət insanların vicdan azadlığına qəsd və İslam prinsiplərinə, beynəlxalq hüquq normalarına ziddir. В«TalibanВ»ın ikinci hakimiyyəti göstərir ki, əvvəlki səhvlərindən dərs çıxarmır. Əfqanıstanda puştunların arxasında Pakistan durur, taciklərin arxasında İran və Rusiya. İndiki halda Türkiyə ilə Pakistan arasında əlaqələr buna ümid verir ki, orada türklərlə puştunların koalisiyasını yaratmaq mümkündür. Bununla da orada Türkiyə modelinə uyğun bir İslam modeli yaratmaq mümkündür.

Təsadüfi deyildir ki, В«TalibanВ» hakimiyyətə gələndə onların Türkiyə ilə bağlı bəyanatları olduqca sərfəli idi. В«TalibanВ»ın Əfqanıstanda yaradacağı rejimin Türkiyə tərəfindən qəbul ediləcəyi ilə bağlı mesajlar verilib. Onlar Türkiyədən yardım alıb müttəfiq olmaq istəyirlər. Görürük ki, yenə də Rusiya, İran dərhal bəzi qurumları səfərbər edib Əfqanıstanda yeni bir vətəndaş müharibəsi başlatmağa hazırlaşırlar. Bu, çox təhlükəli məsələdir. Əfqan xalqı 40 ildən artıqdır müharibənin içərisindədir. Bu müharibə Əfqanıstana kənardan sırınıb. Xarici dövlətlər bu və ya başqa qrupları maliyyələşdirərək müharibə yaradır. Amerika etiraf edir ki, Əfqanıstana 1 trilyon dollar pul qoyub. Eyni pulu Rusiya, Çin və digər ölkələr də qoyub. Əfqanıstanda xalqın azad seçiminə imkan verilmir. Mənə elə gəlir ki, Türkiyə ilə Pakistan Əfqanıstanda bir yerdə fəaliyyət göstərəcəksə orada sabitliyə nail olmaq mümkün olacaq.

- “TalibanВ» belə bəyanat verir ki, Əfqanıstanda əmirlik qurulur, hər şeyi bir adam təyin edəcək və dövləti şəriət qanunları ilə idarə edəcəklər. Bu hansı siyasi quruluşdan söz açır?

- Əvvəla, sivil idarəçilik normalarının 90 faizi şəriət normalarına uyğundur. “Şəriət normaları” deyəndə biz qorxuruq, elə bilirik bu, qeyri-normaldır. Halbuki 1966-cı ildə Yunesko Ümum-İslam İnsan Hüquq və Azadlıqları Bəyannaməsini qəbul etdi. Əgər o Bəyannaməyə baxsanız və BMT-nin 47-ci ildə qəbul etdiyi Ümumi İnsan Hüquq və Azadlıqları Bəyannaməsinə baxsanız, görəcəksiniz ki, bu bəyannamələr arasında çox cüzi fərqlər var. Bir İslam dövləti durub orada İslam hüquq və azadlıqlarını bərpa etsə, bu, dünyanın ən demokratik ölkələrindən biri olar.

В«TalibanВ»ın əmirlik yaratması, ölkəni bir nəfərin idarə etməsi boş şeylərdir. Bu, В«TalibanВ»ın indiki şərtlər daxilində mövqeyidir. В«TalibanВ» Türkiyədən müəyyən dəstək alacaqsa, Ankara Əfqanıstanda belə bir rejimin yaranmasına imkan verməyəcək. Əfqanıstanın dünyaya inteqrasiya etməsi üçün rejimin özünün dünyanın qəbul edəcəyi şəkildə olması lazımdır. İslam ölkələri arasında radikal ölkə Səudiyyə Ərəbistanı sayılsa da, orada çox ciddi islahatlar həyata keçirilib. Əfqanıstandan əvvəl Pakistan, İran İslam respublikalarıdır. Bunların heç birində В«TalibanВ»ın Əfqanıstanda həyata keçirdiyi siyasət həyata keçirilmir. Bu baxımdan В«TalibanВ» əvvəlki kimi çox radikal, İslam adı altında İslama uyğun olmayan addımlar atacaqsa, hakimiyyətdə qala bilməyəcək. В«TalibanВ»ın hakimiyyətinin atdığı addımların 90 faizi İslama ziddir. İslamda zorakılıq yoxdur, qadınlarla kişilər eyni hüquqdadır. Allah-Taala kişi ilə qadını eyni hüquqda görür, əmr edir ki, müsəlmanlar təhsil alsınlar, oxusunlar. Sən necə müsəlmansan ki, qadınlara deyirsən oxumaq olmaz, televizora baxmaq olmaz. Düzdür, biz də öz qadınlarımızı bir çox televiziya verilişlərinə baxmağa qoymururq. Həmin efirlər pozğunluğu təbliğ edir. Bu, başqa məsələdir. Amerikanın özündə də publik və kabel televiziyaları var. Bu kabel televiziyalarında hər cür açıq-saçıq verilişlər verilir. Publik televiziyalarda, ancaq elmi, mədəni, əxlaqlı verilişlər olur. Demokratiya tələb edir ki, hər bir insana onun istədiyi yaşamaq şəraitini verəsən, bu zaman bir insan başqasının istəklərinə mane olmasın. Yəni əgər biri istəyirsə ki, intim filmə baxsın, onun özü üçün elə bir film göstərmək imkanı yaradılır. Biri istəyir ki, tarixdən, elmdən, mədəniyyətdən nəsə öyrənsin, ona da elmi verilişləri təqdim etmək lazımdır. Tutaq ki, Azərbaycan televiziyalarında ancaq boşboğaz ucuz şoulardır. Məsələn, ciddi, tarixi kinolar yoxdur, elmi verilişlər yoxdur. Elmi-tərəqqinin təbliği ilə bağlı verilişlər yoxdur. Bu o deməkdir ki, mən Azərbaycan televiziyalarına baxsam, bir dənə yenilik öyrənə bilmərəm.

В«TalibanВ» kütləvi televiziyalarda xalqın milli-mənəvi dəyərlərinə zidd verilişləri qadağan eləməlidir. Bütün dünya dövlətləri, eləcə də Amerika bunu qadağan edib. Demokratiya bir xalqın dini və mili-etnik dəyərlərində yaşamaq azadlığı deməkdir. Bir adam xristiandırsa, sən onu məcbur etməklə müsəlman olan deyil. Bir adam türkdürsə və o türk adət-ənənəsi ilə yaşaya bilmirsə, bu, demokratiya deyil. Demokratiya xalqa onun kim olduğunu verə biləcək siyasi rejimdir. İndi dünyada müdaxilələr var, xalqları əsarətdə saxalamaq üçün onların etnik kimlikərini sıradan çıxarmaq, etnik kimliklərini unutdurub, tarixlərini yaddan çıxarmaq istəyirlər. Məsələn, Azərbaycanda da insanlara yanlış təsəvvürlər verirlər. Guya din gerilik mənbəyidir. Halbuki din elmdən də çox cəmiyyəti irəliyə apara biləcək vasitədir. İslam ölkələrindəki bu təcrübə İslam dini deyil. Dünyada mövcud olan 1 milyard müsəlmanın 90 faizi həqiqi İslamda deyil. Halbuki Qurani-Kərim insanlara ilahi bir yol - Allahın yoıunu təklif edir. Məhəmməd peyğəmbərin dövründə insanlar həqiqi İslamda idi. İslam dünyanın yarısını zəbt etdi, elmi, mədəniyyəti bütün dünyaya yaydı. İslam ölkələrində dünyanın nəhəng şəxsiyyətləri formalaşdı və yetişdi. Elə ki, xurafat mərhələsinə qədəm qoyduq, məhv olub getdik.

- Necə hesab edirsiniz, В«TalibanВ»da baş verən prosesləri xurafatçı yanaşmalardan ayırmaq üçün nə edilməlidir?

- “TalibanВ»a müəyyən şərtlərlə dəstək vermək lazımdır. Onun biri Əfqanısatanda koalision hökumət olmalıdır, türklər, taciklər, puştunlar orada təmsil olunmalıdır. İkincisi, ölkə Qurani-Kərimə uyğun, demokratik qaydada idarə olunmalıdır. Hansısa mollanın yazdığı qanunlarla yox. Eyni zamanda, Əfqanıstan dünyaya açıq olmalıdır. Əfqanıstan özündə elə addımlar atmalıdır ki, dünya ölkələri ondan üz döndərməsin.

- Belə deyilir ki, Əfqanıstanda qurulan hökumət İran şiəsinin parodiyasıdır.

- Ayrı-ayrı adamlar müxtəlif dini şüarlar deyə bilər. В«TalibanВ»ın Əfqanıstanda necə bir hökumət quracağı barədə heç kəs heç bir söz deyə bilməz. Bu xəmir çox su aparacaq. В«TalibanВ»ı hakimiyyətə xoşluqla buraxdılar. “TalibanВ» bundan sui-istifadə edəcəksə, əvvəlki dünyanı saymadan ağlasığmaz hərəkətlər edəcəksə, təzədən sıxışdırılacaq və təzədən vətəndaş müharibəsi ola bilər. Hələlik, Əfqanısatan hökumətinin legitimliyi elan olunmayıb. Əfqanıstanın Prezidenti hakimiyyətdən getdiyini elan eltməyib. Vaxtilə Elçibəy Kələkiyə getdi, bu da gedib oturub Birləşmiş Əmirlikdə, deyir ki, mən hələ prezidentəm. Əfqanıstan daxilində В«TalibanВ»ın legitim dövlət yaratması çox çətindir. Birinci, bu, tanınmalıdır, tanınandan sonra ölkə ilə iqtisadi əlaqələr qurulmalıdır. Bu mənada Əfqanıstanın Türkiyə və Pakistana ehtiyacı var. Bu baxımdan, Türkiyə və Pakistan təcili olaraq В«TalibanВ»la birlikdə Əfqanıstanın gələcəyi ilə bağlı çox aydın mövqe ortalığa qoymalıdır. Əfqanıstanda yaşayan bütün millətlər dövlətdə, hakimiyyətdə təmsil olunmalıdır. Dil və milli ayrı-seçkiliyin bütün təzahürləri aradan qaldırılmalıdır. Heç kəs öz təriqətini, inancını başqa bir adama məcburən qəbul etdirə bilməz, o cümlədən də В«TalibanВ».

- Son dövrlərdə sosial şəbəkələrdə "Azərbaycanda da В«TalibanВ»da olduğu kimi idarə quruluşu olmalıdır”, - deyə çağırışların sayı artıb. Azərbaycanda - sosial şəbəkələrdə В«TalibanВ»ın hərəkətlərini dəstəkləyən bəyanatların artması nə ilə bağlıdır, nə dərəcədə təhlükəlidir?

- “TalibanВ» hələlik heç bir quruluş yaratmayıb, ölkə ərazisinə tam nəzarət edə bilmir. Əfqanıstanda hakimiyyət boşluğu yaranıb və В«TalibanВ»ın heç bir rəsmi hakimiyyəti yoxdur. İndi “adamlar” В«TalibanВ»a oxşamaq istəyirlər. Nədi, ölkədə xaos istəyirsən?! Azərbaycanda vətəndaş müharibəsi istəyirsiniz?! Azərbaycanın problemi ölkənin dünyəvi dövlət olması ilə bağlı deyil. Azərbaycanın problemləri dünyəvi dövlət kimi bəzi qanunlara əməl etməməyimizdədir. Əslinə baxsan, Azərbaycan xalqının dindarının da, ateistinin də istədiyi Avropa həyat tərzində yaşamaqdır. Azad, firavan, sosial təminatlı, öz istedad və qabiliyyətlərini inkişaf etdirmələri üçün imkanların olması və sair. Xalq bunu istəyir, dindarlar da bunu dini yolla həyata keçirməyi düşünür. Bunun bir modeli var: Avropa modeli. Bəzi məsələləri – cinsi azlıqlara hüquqların verilməsi və s. çıxmaq şərtilə Azərbaycanda Avropa modelini qurmağımız insanların xoşbəxtliyinə bəs edər.

- Belə çağırışlar haradan gəlir?

- Sosial şəbəkə bir küçədir. Orada hər cür dünyagörüşünə, əxlaqa, ağıla, hər cür əqidəyə sahib olan insan var. Sosial şəbəkədən nəticə çıxarmaq və orada gedən müzakirlərin özünü ciddiyə almaq özü yanlış məsələdir. Çoxları yalançı profillərdən çıxış edir. Mütləq bunun altında xarici kəşfiyyatın, ola bilsin, Rusiya, İran kəşfiyyatının əli var. Azərbaycanı dünyadan təcrid eləmək üçün onu ciddi bir döngəyə itələmək istəyirlər. İstəyirlər ki, dünya В«TalibanВ»dan necə üz döndəribsə, Azərbaycandan da üz döndərsin. Ola bilər ki, erməni və ruslar azərbaycanlı adı altında təbliğat aparırlar. Kimsə burada В«TalibanВ»dakı kimi rejimin olmasını istəyirsə, gəlsin televiziya kanallarında müzakirə aparaq. Həmin o adamı axtarsan, tapa bilməyəcəksən. Yalançı profillərdir. Onlar xüsusi kəşfiyyat orqanlarının agentləridir. Azərbaycan xalqı nə 1918-ci ildə dini dövlət yaradıb, nə də Ərəb xilafətinin tərkibində olanda bəzi qaragüruh fanatiklər kimi olmamışıq. Türklər din məsələsində heç vaxt fanatizmə yuvarlanmayıb. İslamdan əvvəlki illərə baxsan, görərsən ki, türkün dini elə İslama ən yaxın din olub. Ona görə xoşluqla qəbul ediblər. Azərbaycanda bəzilərinin dediyi kimi, İrana, В«TalibanВ»a oxşar rejim qurula bilməz. Əvvəla, xalq bunu istəməlidir. Azərbaycan xalqı isə qərbtərzli həyat sürmək istəyir. Əsrin əvvəllərində də belə idi, indi də belədir.

500 il bundan əvvəl bizim birinci imperator Şah İsmayıl Roma papası, Avropa ilə danışıqlar apardı. Nadir Şah Avropa ilə danışıqlar aparmışdı, Qacar Napoleonla müqavilə bağlamışdı. Azərbaycan hökmdarlarının xarici siyasətinə baxsaq, onların hamısı Qərblə sıx əlaqələr qurub. Azərbaycan Qərbdən gələn yeniliyə açıqdır. Yenilikçi, mədəni istehlakçı olaraq, Azərbaycan kimi ikinci xalq yoxdur. Azərbaycan xalqının evində xalçalar, gözəl şəkillər, arxiv əşyaları saxlanılır. Bu, Azərbayacan xalqının nə qədər nəhəng, mədəni xalq olduğunu göstərir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru