Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                     Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! .....                     İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub .....                     ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib .....                     Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib .....                     “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, .....                     Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                     Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                     Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                 

"Onların məqsədi, məramı nəyəsə qarışmaq deyil" - deputat
Tarix: 26-08-2021, 08:28 | Çap et
"Onların məqsədi, məramı nəyəsə qarışmaq deyil"
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədində, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə atəşkəsin tez-tez pozulması müşahidə edilir. Xüsusilə Rusiya sülhməramlılarının proseslərə səssiz qalması, Birgə Monitorinq Mərkəzinin isə fəaliyyətsizliyi təəssüratı müəyyən suallar yaradır.

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ölkəmizə yeni təyin olunan rezident əlaqələndiricisi, xanım Vladanka Andreyevanı qəbul edərkən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələri 28 il ərzində Qarabağ münaqişəsinin həlli üçün passivlik nümayiş etdirdikləri üçün tənqid edib. Prezident görüşdəki çıxışında deyib: “...Müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır”.

İlham Əliyev artıq neçənci dəfədir ki, MQ haqda bu cür qəti bəyanatlar verir. Amma onlar ATƏT MQ-nu diriltməyə, prosesə cəlb etməyə çalışırlar. Bunun üçün Azərbaycana təzyiq edirlər. Ermənistanı qızışdırırlar. Bəs bu istəyə çata biləcəklərmi? Ermənistanın baş naziri Nikol Paşınyan əmindir ki, Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasını maksimal dərəcə tez başlamaq lazımdır. Bu barədə o, avqustun 24-də parlamentdəki çıxışında deyib. O, həmçinin Ermənistan və Azərbaycan qoşunlarının sovet xəritələri əsasında geri çəkilməsinin zəruriliyini qeyd edib.

Paşinyanın bu mövqeyini Azərbaycan tərəf necə qiymətləndirir? Baş nazirin “Ermənistan və Azərbaycan qoşunlarının sovet xəritələri əsasında geri çəkilməlidir. Tex-Meqri sahəsində işlər məhz bu prinsiplə aparılırdı və erməni tərəfi bu istiqamətdə hərəkət etməyə hazırdır” fikirləri maraqlıdır. Bununla belə, Ermənistan-Azərbaycan dövlət sərhədində, habelə rus sülhməramlılarının nəzarətində olan ərazilərdə atəşkəsin tez-tez pozulması müşahidə edilir. Xüsusilə Rusiya sülhməramlılarının proseslərə səssiz qalması, Birgə Monitorinq Mərkəzinin isə fəaliyyətsizliyi təəssüratı müəyyən suallar yaradır. Maraqlıdır, Birgə Monitorinq Mərkəzi atəşkəsin pozulmasına nə üçün səssiz qalır?

Politoloq Sülhəddin Əkbər deyib ki, faktiki olaraq Azərbaycanda Rusiya və Türkiyə arasında birgə geopolitik idarəçilik həyata keçirilir. Bu da Rusiyanın xoşuna gəlmir.

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Monitorinq Mərkəzinin əsas məramı, məqsədi sülhməramlı qüvvələrin işinə müdaxilə deyil: “Mərkəz tərəfindən toplanan məlumatlar yüksək siyasi rəhbərliyə məruzə olunur. Həm Türkiyə, həm Azərbaycan tərəfindən məruzələr olunur və müvafiq nəticələr çıxarılaraq addımlar atılır. Əsas məqam ondan ibarətdir ki, onların fəaliyyəti daha şəffaf olsa, Azərbaycan vətəndaşlarına, dünyaya məlum olar ki, orada hansı proseslər baş verir. Mərkəzin texniki və vizual, həm də digər imkanları var ki, əməliyyat şəraiti haqqında mütəmadi olaraq məruzələr etsinlər”.

Deputat deyir ki, Monitorinq Mərkəzində toplanan məlumatlar ictimaiyyətə açıqlanmalıdır: “Mütəmadi olaraq brifinqlər keçirib toplanan məlumatları yaysalar, indiki məqamda çox təqdirəlayiq hal olardı. Son hadisələrlə bağlı Türkiyə tərəfi belə bir məlumatlar yaydı, nə baş verdiyini açıqladı. Təəssüf ki, Rusiya tərəfi açıq şəkildə bəyanat vermir. Lakin bir daha qeyd etmək istəyirəm ki, Monitorinq Mərkəzinin əsas məramı sülhməramlı missiyanı həyata keçirmək və baş verən hadisələrin siyasi rəhbərliyə məruzəsindən ibarətdir. Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı sualların olması normaldır. Lakin anlamaq lazımdır ki, burada Azərbaycan və Türkiyə təmsilçiləri də var. Bu fakt belə özlüyündə hər şeyin qaydasında olduğunu sübut edir”.

Deputat deyir ki, Monitorinq Mərkəzində xidmət aparan hərbçilər kiçik silahlara malikdirlər: “Həmin silahlar daha çox özlərini qorumaq üçündür. Onların məqsədi, məramı nəyəsə qarışmaq deyil”.

Qeyd edək ki, Rusiya və Türkiyə müdafiə nazirlərinin imzaladığı memoranduma əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq mərkəzi bu ilin yanvarında fəaliyyətə başlayıb. İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmətin inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlarla - su, elektrik və istiliklə təmin olunub. Ondan əlavə, hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada 2 ədəd idman şəhərciyi, eləcə də 2 ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarları yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə-nəzarət qülləsi quraşdırılıb, sutkalıq müşahidə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla təmin edilmiş istirahət otaqları da hazırlanıb. Türkiyə-Rusiya Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir. Türkiyə-Rusiya Birgə Mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru