"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" .....                     Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı .....                     Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir .....                     “Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? .....                     “Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” .....                     Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub .....                     Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı .....                     “ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” .....                     "Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?” .....                     Partlayışda yaralanan həkim görün kim İMİŞ .....                     Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər .....                     AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub .....                     Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı .....                     "Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" .....                     Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir .....                     Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib .....                     Bakını hədəf alan agent ifşa edildi: .....                     Putin müharibəyə hazırlaşır: .....                     Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" .....                     ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır .....                     “Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" .....                     Elton Rəşad Dağlıya görə bu addımı atdı .....                     Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib .....                     Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək .....                     Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib .....                     Dünyada məcburi və könüllü hərbi xidmət: .....                     Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır .....                     “Kəramət kofe də satsa, hamı alacaq” .....                     “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu .....                     Kliniki Tibbi Mərkəzi kim idarə edir? .....                     “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” .....                     "Vasif Talıbov və oğlanları həbs edilməlidir” .....                     Moskva 4 may ərəfəsi İrəvanı sıxır .....                     "Savalan" yenidən səhnədə: .....                     “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” .....                     “Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur” .....                     İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək .....                     "Valideynlər olaraq susmaq niyyətində deyilik" .....                     Paytaxtın bu rayonlarında binalar təmir olunacaq .....                     Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər .....                 

Cəmiyyət vətəndaş qarşıdurmasına hazırlanır – Millət vəkilindən İLGİNC AÇIQLAMALAR
Tarix: 25-08-2021, 10:50 | Çap et
Cəmiyyət vətəndaş qarşıdurmasına hazırlanır
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, ölkəmizdəki son durumu dəyərləndirməyinizi xahiş edirik…

- Hazırda əsas diqqət sosial və iqtisadi sahədə qarşımızda duran vəzifələrin həllinə yönəldilməlidir. Bu istiqamətdə ciddi müzakirələr aparılmalı, islahatlar həyata keçirilməlidir. Qarabağda işğaldan azad olunmuş ərazilərimizdə, Ermənistanla sərhəddə möhkəmlənməyimiz, dağıdılmış yaşayış məntəqələrinin bərpası, Xankəndi üzərində suveren hüquqlarımızın təmin edilməsi güclü iqtisadiyyata bağlıdır. Amma çox təəssüf ki, Rusiyadan Jirinovski kimi hürüşünü qanmayan bir tula bilərəkdən, yaxud axmaqlığından Azərbaycanda gündəm yaratmaq üçün nəsə deyir, bizdən də İsfəndiyar kimi bütün “şüurlu” fəaliyyəti boyu xidmət etdiyi sahənin məğzini öyrənib dərk etməmiş, Qarabağ münaqişəsinin həllinə dair bir normal məqaləsi və ya açıqlaması ilə diqqət çəkməyi bacarmamış başqa bir tərbiyəsiz və savadsız heyvərə məsələni qızışdırmaq üçün tapşırıq əsasında ona cavab verir, XİN ehtiyac olmadığı halda məsələyə münasibət bildirsə də baş verənləri qınayıb pisləmir, iqtidar kənara çəkilir, amma bundan ruhlanan və baş verənlərin mahiyyətinə vara bilməyən bir qrup sadə cəmiyyət üzvüləri anti-Rusiya isterikası ilə həftələrlə bu mövzunu müzakirə edir. Hökumətə yaxın internet TV-lər və ora dəvət olunan, hökumətdə müəyyən dairələrlə əlaqəli üç-beş adam, xaricə sığınıb ermənipərəst dairələr tərəfindən yönəldilən şəxslərlə sanki yarışa giriblərmiş kimi, hər gün eyni şeyləri pafosla, qırıq patefon kimi təkrar-təkrar bağırır, region dövlətlərini asıb-kəsir, daxildə düşmən axtarışına çıxır, bununla da cəmiyyətin diqqəti vacib məsələlərdən yayındırılır. Bəzən özlərinin yaşamadığı, amma sadə insanların hər gün rastlaşdığı problemlərdən uzun-uzadı danışan bu adamların yəqin ki, bəziləri həmin problemlərin nədən qaynaqlandığını bilir, amma bu barədə “müdrikcəsinə” susurlar. Bəzilərinin isə bu barədə danışmağa qabiliyyətləri və savadları çatmır. Elə ona görə də onlara tribuna verirlər. Çoxları anlamır ki, yalnız iqtisadi baxımdan inkişaf etmiş ölkələrdə Qərb standartlarına cavab verən demokratik cəmiyyət qurmaq mümkündür. Mülki cəmiyyət, hüquqi dövlət quruculuğu iqtisadi inkişafa bağlıdır. İqtisadi inkişafla paralel mülki cəmiyyətə xas olan ali dəyərlərə sadiq, onu qorumaq üçün fədakarlıq etməyə hazır vətəndaş formalaşdırmaq lazımdır. Özlərini həmin ali dəyərləri mənimsəmiş, cəmiyyətin nümunəvi üzvləri kimi göstərmək əvəzinə, bu adamlar davranışları və leksikonları ilə savadlı və abırlı insanları siyasi həyatdan uzaqlaşdırırlar. Bu cür tərbiyə problemi olan, deputat olmaq üçün hər şeyə hazır adamcıqlar hakimiyyət təmsilçilərini, məmurları, varlı insanları cəmiyyətə düşmən kimi təqdim edir, onları ən pis formada təhqir etməkdən, onlara böhtan atmaqdan çəkinmir, cəmiyyəti parçalayırlar. Danışdıqca qızışan bu adamlar bəzən hansı missiyanın daşıyıcıları olduqlarını da unudur, təhqirləri və ağır ittihamları artıq ən yüksək səviyyəyə qədər qaldırırlar. Həmin şəxsləri böhtan və təhqirlərə görə cəzalandırmağın mümkünsüzlüyü barədə düşüncələr isə vəziyyəti bir az da ağırlaşdırır. Qərbin hökuməti “siyasi təqiblər” barədə şantaj etməsi öz bəhrəsini verməkdədir. Dövrümüzün daha bir ironiyası isə ondan ibarətdir ki, özlərini bloger, jurnalist, siyasətçi kimi təqdim edərək ictimai-siyasi həyata soxulmuş bu reket jurnalistlərin, siyasi dələduzların əksəriyyəti iqtidar üçün kənar şəxslər deyillər. Ola bilsin ki, baş verənlər, yəni diqqətin müvəqqəti olaraq əsas problemlərdən yayındırılması, hakimiyyətdə kimlərisə qane edir və ya onlar nə baş verdiyinin fərqində deyillər, amma əminliklə deyirəm ki, islahatların genişləndiriməsi yolu ilə problemlər həll edilməzsə və bu proses uzun müddət davam etdirilərsə bunun acısını nə zamansa hamımız yaşayacağıq. Artıq insanlarımızın bir hissəsi öz fikirlərini etika çərçivəsində, başqalarını söyüb təhqir etmədən söyləyən insanlara qulaq asmaq istəmir. Siyasi leksikonumuz söyüş və jarqonlarla dolmaqdadır. Hər kəs söyülüb təhqir edilməklə adekvat cavab verməyə məcbur edilir və beləliklə də cəmiyətin siyasi və mədəni səviyyəsi aşağı salınır, insanlar qisas hissi ilə alışıb-yanır, cəmiyyət vətəndaş qarşıdurmasına hazırlanır. Dediklərimin təsdiqi odur ki, hətta ən ümummilli məsələlərdən belə siyasi məqsədlər naminə namərdcəsinə sui-istifadə, faydalanma cəhdləri açıq-aydın ortadadır.

- Qüdrət bəy, Azərbaycanın “Krım platformasına” qoşulmaması, 44 günlük savaşdan sonra “Azərbaycanın Rusiyanın forpostuna çevrilməsi” barədə mülahizələrə də münasibətinizi bilmək istərdik.

- Qeyd etdikləriniz az öncə dediklərimin bariz nümunəsidir. Həmin təbliğat Rusiya ilə münasibətləri pozub, daxildə siyasi böhran yaratmağa və bundan dar mənafelər naminə faydalanmağa hesablanıb. Rusiya ilə Türkiyənin daha sıx əməkdaşlığa can atdığı bir vaxtda bu dəstə cəmiyyətə aşılamaq istəyir ki, əgər kim Rusiya ilə yaxşı münasibətlər tərəfdarıdırsa, deməli Türkiyənin, türk dünyasının düşmənidir. Təəssüf ki, region dövlətləri arasında açıq qarşıdurmalar yarandığı zaman ölkənin taleyinin necə olacağı həmin şəxsləri düşündürmür. Onlar hesab edirlər ki, vəziyyət nə qədər ağırdırsa, bu onların xeyrinədir. Diqqət yetirin, Rusiya əsgərləri sülhməramlı kimi Qarabağda yerləşdirilib. Rusiya Ermənistanla bizim aramızda əsas vasitəçidir. Rusiya XİN rəsmi şəkildə bəyan edir ki, “Krım platformasına” qoşulanları Rusiya özünə düşmən dövlət hesab edəcək və biz bilirik ki, həmin tədbirə qatılmağımız Ukraynanın ərazi bütövlüyünü bərpa etməyəcək, amma bizimlə Rusiya arasında belə həssas dönəmdə ciddi problemlər yarana bilər. Buna baxmayaraq, hətta Ukraynanın özü də bizi anladığı halda deyirlər ki, yox, Ukrayna səfiri Şuşaya getdiyi üçün, Ukrayna bizim ərazi bütövlüyümüzü müdafiə etdiyi üçün, Türkiyə həmin tədbirə qatıldığı üçün biz də həmin tədbirə qatılmalıydıq. Sanki peşəkar siyasətçilər və peşəkar səviyyədə siyasi jurnalistika ilə məşğul olanlar yox, kolxozçular danışır. Azərbaycan savaşdan sonra Rusiyanın forpostuna çevrilməyib. Sadəcə Prezident reallıq hissini itirməyib, onlardan fərqli olaraq dövlət və cəmiyyət qarşısında dövlətin başçısı kimi öz məsuliyyətini dərk edir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu mövqe dəyişməyib. Sentimental hisslərin əsiri olub ciddi siyasətdən uzaqlaşaraq Rusiyaya qarşı sərt mövqe sərgiləməyi tələb edən bu adamlar anlamırlar və demirlər ki, əgər Rusiya cavab versə ki, “sizin əleyhinizə nə edirəm, yaxşı edirəm və daha artığını edəcəm” onda Azərbaycan nə etməlidir? Bu zaman kimə şikayət etməlidir? Ukraynanın ərazi bütövlüyünə qarant durub, onu aldadaraq nüvə silahını təhvil verməyə razı salmış, amma sonradan Ukraynanın torpaqlarının işğalını kənardan seyr edən ABŞ-a? Məgər ABŞ, Fransa marağında deyildi ki, Rusiya bizim işğal altındakı torpaqları daima Ermənistanın nəzarətində saxlasın? Yoxsa, indi-indi özünün modern hərbi-sənaye kompleksini quran qardaş Türkiyəni nüvə dövləti ilə müharibəyə cəlb etməliyik?

Yeri gəlmişkən, 10 noyabr sazişini Türkiyəsiz imzalamaqla “Türkiyəni satdıq” deyən bu məkrli insanlar anlamırlar ki, Türkiyə onu satan dövlətlə heç vaxt Şuşa Bəyannaməsini imzalamaz, Türkiyə Prezidenti Azərbaycan Prezidenti ilə birlikdə Bakıda hərbi parad qəbul etməz. Ərdoğan kimi xarizmatik lider İlham Əliyevə “qardaşım” deyə müraciət etməz. Qarabağla bağlı bütün qərarlar Türkiyə ilə birlikdə qəbul olunub. İnsanlarımız bilməlidirlər ki,siyasətdə və diplomatiyada hər şey göründüyü kimi deyil. “Biz demokratik ölkə olsaydıq, Qərbin Qarabağ məsələsində bizə münasibəti fərqli olardı” deyənlər unutmasınlar ki, ABŞ 1992-ci ilin sonunda “Azadlığa Yardım Aktı”na 907-ci düzəlişi qəbul etməklə Azərbaycana sanksiya tətbiq edəndə Elçibəy Azərbaycan Respublikasının Prezidenti idi. Məhz həmin ərəfədə Qərb qardaş Türkiyəni alçaldaraq məcbur etdi ki, Ermənistana taxıl göndərsin, amma dinc insanları Kəlbəcərdən köçürüb ikinci Xocalı soyqırımı yaşanmasının qarşısının almaq üçün Elçibəyə iki mülki helikopter verməsin.

Ona görə Qarabağ məsələsində Prezidentə güvənməli, gələcəyimiz naminə yaxın tariximizi yaxşı-yaxşı öyrənməli, buraxılmış səhvlərdən nəticə çıxarmalıyıq.

- Bəs iqtisadi inkişafı sürətləndirmək üçün nə etməliyik?

- İlk növbədə böyük dövlət şirkətlərini,xidmət sahələrini parçalayıb özəlləşdirməliyik. İqtisadiyyatda dövlət inhisarçılığına son qoyulmalıdır. Dövlət biznes fəaliyyəti ilə məşğul olmamalı, iqtisadiyyatda tənzimləyici funksiya yerinə yetirməlidir. Sahibkarların aşağı faizli kreditlərə çıxışını təmin etmək üçün nüfuzlu bankların ölkəyə gəlməsinə imkan yaradılmalıdır. İstehsal və emal müəssisələrinin, yardımçı tikililərin, yaşayış binalarının tikintisinə icazə verilməsi şərtləri xeyli sadələşdirilməli, mərkəzləşməyə son qoyulmalıdır. Bələdiyyələrə yerli “dövlət hakimiyyəti orqanları” statusu verilməli, onların səlahiyyətləri genişləndirilməlidir. Bizdən daha üstün texnologiyaya sahib, inkişaf etmiş ölkələrlə iqtisadi platformalarda birləşməyə can atmalıyıq. Qısa müddətdə Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, Rusiya və Türkiyə ilə qarşııqlı vergiləri istisna edən azad ticarət haqqında sazişin imzalanmasına çalışmalıyıq. Yalnız bu cür ciddi və qətiyyətli addımlar hesabına iqtisadi inkişafda real nəticələrə nail olmaq olar.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Bu gün, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Bu gün, 16:44
Ali Məhkəmənin qərarı olsa da: Əlillərə ömürlük pensiya verilmir - AXI NİYƏ?
Bu gün, 16:42
“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib? – ŞOK DETALLAR
Bu gün, 16:37
“Mustafayevin İrəvan səfəri sensasiya deyil, planlı prosesdir” - ŞƏRH
Bu gün, 16:32
Ölkəmizdə idmançılar dövlətin diqqət və qayğısı ilə əhatə olunub - MƏQALƏ
Bu gün, 16:29
Paşinyan “Tramp Marşrutu”nun reallaşması üçün şərti açıqladı
Bu gün, 16:27
“ABŞ-nin İranla bağlı planları iflasa uğrayıb” – Xamenei
Bu gün, 16:17
"Oğlan 14 yaşlı qızla hamamda nə edirdi?”
Bu gün, 16:10
Partlayışda yaralanan həkim görün kim İMİŞ - FOTO
Bu gün, 16:09
Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər - İsrafil Kərimovun yazısı
Bu gün, 16:04
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub - FOTO
Bu gün, 16:00
Qadını qətlə yetirib, meyitini yolun kənarına atanlarla bağlı QƏRAR
Bu gün, 15:36
"Məni sənətdən uzaqlaşdırmaq istəyənlər var" – Yusif Mustafayev SÜKUTU POZDU
Bu gün, 15:32
Trampa sui-qəsd cəhdi Amerika xalqının narazılığının ifadəsidir - Professor
Bu gün, 15:29
Dəm qazından zəhərlənən yeniyetmə qız dilənçi imiş: Hər ikisi oğurluq edib - TƏFƏRRÜAT
Bu gün, 15:16
Bakını hədəf alan agent ifşa edildi: - Paşinyanla bağlı SENSASİON plan
Bu gün, 15:14
Putin müharibəyə hazırlaşır: - Bu dəfə kimə qarşı?
Bu gün, 15:12
Gəncədə 42 yaşlı kişidən evdə tək olan qıza qarşı cinayət: "Nəfəs ala bilmədim" - TƏFƏRRÜAT
Bu gün, 15:08
ABŞ-nin Hörmüz boğazında çöküşündən sonra yeni fəsil başlayır - Xamenei
Bu gün, 15:06
“Agrarco” MMC-nin ixrac gəlirləri "partlayıb" - 5 DƏFƏLİK ARTIM
Bu gün, 15:02
Elton Rəşad Dağlıya görə bu addımı atdı
Bu gün, 14:55
Manatın real məzənnəsi dollar qarşısında möhkəmlənib, digər valyutalar qarşısında zəifləyib - SİYAHI
Bu gün, 14:52
Ermənistan “Sülh Şurası”nın işinə könüllü maliyyə yardımı edəcək
Bu gün, 14:34
Ukrayna ordusu Permdəki neft infrastrukturuna yenidən dron zərbəsi endirib
Bu gün, 14:28
Dünyada məcburi və könüllü hərbi xidmət: - Əsgər gedən də var, pulla alan da
Bu gün, 14:19
Sülh prosesi davam edir, amma əsas fərqlər hələ qalır - ŞƏRH
Bu gün, 14:15
“Kəramət kofe də satsa, hamı alacaq” – Meyxanaçı Kərim Abi ilə MÜSAHİBƏ
Bu gün, 14:11
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Bu gün, 14:06
Kliniki Tibbi Mərkəzi kim idarə edir? - Direktorsuz qalan xəstəxanalarda vəziyyət necədir?
Bu gün, 13:59
“Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək” - Cəfər Namiq Kamal
Bu gün, 13:56
"Vasif Talıbov və oğlanları həbs edilməlidir” - Naxçıvan MR sabiq Baş nazirinin müavini Təranə Quliyeva
Bu gün, 13:44
Moskva 4 may ərəfəsi İrəvanı sıxır - yeni GƏRGİNLİK
Bu gün, 13:03
"Savalan" yenidən səhnədə: - Novruz Novruzlunun anım gecəsi keçiriləcək
Bu gün, 13:00
“Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır” - Hafiz Hacıyev
Bu gün, 12:57
“Ağdamda xəstəxanada çalışmaq istəyirəm, stadiona atamın adının verilməsi ən böyük arzumuzdur”
Bu gün, 12:47
İran limanlarının blokadası Fars körfəzində vəziyyəti gərginləşdirəcək - Pezeşkian
Bu gün, 12:42
"Valideynlər olaraq susmaq niyyətində deyilik" - ETİRAZ VAR...
Bu gün, 12:41
Paytaxtın bu rayonlarında binalar təmir olunacaq – 25 milyon manat ayrıldı
Bu gün, 12:34
Mayda əfv olsa, Rəşad Dağlı azadlığa çıxa bilər - AÇIQLAMA
Bu gün, 12:27
Xüsusi Təyinatlı Qüvvələrin Komandanı Əfsanəvi Kəşfiyyatçı, Şəhid kapitan Mühüd Orucovun məzarını və ailəsini ziyarət edib
Bu gün, 12:19
Rusiyadan Xəzərlə bağlı açıqlama: - Etiraf etməyə məcburuq ki, İrana hücum...
Bu gün, 12:16
Paşinyan üçün SEÇKİQABAĞI MƏSLƏHƏT... - Bu sualları rəqiblərinə ünvanlasın...
Bu gün, 12:09
“Hafka” ilə Qurban Qurbanov bir arada –FOTO
Bu gün, 12:02
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:58
Dəhşətli ssenari: Əvvəl karantin, indi də müharibə və qiymətlər - "The Wall Street Journal"
Bu gün, 11:55
Bir kilometr üçün eyni QİYMƏT – Velo, yoxsa taksi daha sərfəlidir?
Bu gün, 11:52
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə UZANAN ƏL... - Qrant qazanmağın daha bir yolu/FOTOLAR
Bu gün, 11:46
İrandan sonra... - Qafqaz uğrunda mübarizə: İKİNCİ CƏBHƏ
Bu gün, 11:38
Bu il Avropa ölkələrinin “iqtisadi gücü” nə qədər olacaq? - SİYAHI
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru