BƏƏ şirkəti 18 ildən sonra .....                     11 milyonluq daha bir şirkət MMC-yə çevrilir .....                     Mourinyo Ardaya mesaj yazıb, deyib ki... .....                     Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib .....                     “Təhsil haqları həddən artıq yüksəkdir” .....                     Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı .....                     Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI .....                     Məktəb direktoruna kabinetində xəsarət yetirdi .....                     Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı .....                     “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb .....                     Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                     Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi .....                     Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu .....                     Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi .....                     Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi .....                     “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN .....                     Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır .....                     Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                     Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi .....                     AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə .....                     Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi .....                     Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                     Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                     Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! .....                     İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub .....                     ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib .....                     Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib .....                     “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, .....                     Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                 

“Ödəniş qəbul etmədiklərinə görə əhalinin plastik kartlara olan inamı azalıb” - deputat
Tarix: 5-08-2021, 07:43 | Çap et
“Ödəniş qəbul etmədiklərinə görə əhalinin plastik kartlara olan inamı azalıb”
Müasir dünyada insanlar demək olar, nağd puldan istifadə etmirlər. Hər kəsin şəxsi ödəniş kartı var və alış-veriş, o cümlədən xidmət zamanı həmin kartlardan istifadə edirlər. Azərbaycanda da ödəniş kartlarının sayı az deyil. Bu ilin yanvar ayına olan rəsmi statistikaya görə, dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 9,6 milyon ədəddir.

Lakin əksər satış və xidmət müəssisələri kartla ödəniş qəbul etməkdən imtina edir. Xüsusən, ictimai iaşə müəssisələri, kafe və restoranlar, o cümlədən orta və kiçik marketlər birmənalı şəkildə kartla ödəniş qəbul etmir.

AYNA-nın əməkdaşı Xətai rayonu ərazisində monitorinq aparıb. Üz tutduğumuz 10 kafedən heç biri “Ödənişi kartla edəcəyik” xəbərdarlığından sonra bizi qəbul etmədi. Gah aparatın işləmədiyini, təmir mərhələsində olduğunu söylədilər, gah da dedilər ki, buna görə, həm vergi ödəməli, həm də pullarını bankda saxlamalı olacaqlar. Bu isə onlara sərf etmir.

“Bolt”, “Uber”, “Maxim taxi” şirkətləri kartla sifariş qəbul etsə də, sürücülər kartla ödəniş edəcəyimizi əsas gətirib sifarişi geri çevirməyimizi istədilər. Onların bildirdiyinə görə, kartla ödəniş zamanı qət etdikləri yolu havayı getmiş olurlar. Çünki kartda qalan vəsaitlərini bəzən aylarla çıxara bilmirlər.

Bəs, görəsən Azərbaycanda kartla ödəniş mədəniyyəti nə zaman formalaşacaq? Sahibkarlıq subyektlərini kartla ödəniş qəbul etməkdən çəkindirən səbəblər nədir: vergi dərəcələrinin yüksək olması, vəsaitlərin banklarda yatıb qalması, yoxsa daha çox qazanmaq və vergidən yayınmaq istəyi?

AYNA mövzunu ekspetlərlə müzakirə edib.

Milli Məclisin üzvü Vüqar Bayramovun sözlərinə görə, baş verənlər əhalidə ödəniş kartlarına olan inamı sarsıdır: “Plastik kartlar daha təhlükəsizdir. Ona görə ki, nağd pulu itirmək, oğurlatmaq təhlükəsi var. Plastik kartı oğurlasalar da, ondan istifadə etmək mümkün deyil. İtəndə banka gedib yenisini çıxara bilirsən. Digər yandan bütün dünyada bundan geniş istifadə edilir. Biz bu vərdişləri əxz etməliyik. Onsuz da başqa seçimimiz yoxdur. Lakin sizin də qeyd etdiyiniz kimi, ictimai iaşə obyektləri, o cümlədən kiçik müəssisələr satış və xidmət zamanı kartla ödəniş qəbul etməkdən imtina edir”.

“Kartla ödənişi qəbul etməyən sahibkarlar maliyyə sanksiyalarına məruz qalırlar. Bununla bağlı qanunda müddəalar var. İlk dəfə olduqda 1000 AZN, ikinci dəfə 3000 AZN, üçüncü dəfə isə 6000 AZN məbləğində cərimə nəzərdə tutulub. “195 telefon çağrı mərkəzi”nə zəng etməklə vətəndaş bununla bağlı öz şikayətini bildirə bilər. Bu müraciətlər dərhal nəzarətə götürülür və əksər hallarda plastik kartla ödənişdən imtina edən sahibkarlar cərimələnirlər”, - deyə deputat bildirib.

Əlavə edib ki, bununla bağlı müvafiq addımlar atılmalıdır: “Gözləmək ki, vətəndaşlar şikayət etsin, bundan sonra məsələ araşdırılsın - bu, yolverilməzdir. Bununla bağlı ciddi monitorinqlər aparılmalıdır. Eyni zamanda stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. “ƏDV geri al” layihəsi vətəndaşlar arasında xüsusi maraq yaradıb. Demək olar ki, hər kəs daxil olan çekləri qeydiyyatdan keçirir və bu yolla gəlir əldə edir”.

“Bu sahədə də oxşar texnologiyalar tətbiq edilməlidir. Nəzərə alanda ki, bu yolla külli miqdarda vəsait vergidən yayındırılır və nəticədə dövlət büdcəsinə böyük zərər dəyir, bu addımlar qaçılmazdır. Onsuz da stimullaşdırıcı aksiyalarda geri qaytarılan vəsaitlər ümumi itkinin cüzi hissəsini təşkil edəcək. Bununla da plastik kartlardan istifadə mədəniyyətini formalaşdıra biləcəyik. Digər yandan, banklarda olan vəsaitlərin nağdlaşdırılması prosesi sadələşdirilməlidir. Belə olarsa, zamanla bu sahədə olan hərc-mərcliyi, özbaşınalığı aradan qaldırmış olarıq”, - deyə Bayramov vurğulayıb.

Sabiq deputat, iqtisadçı ekspert Nazim Bəydəmirlinin dediyinə görə, bankların xidmət haqları çox yüksəkdir: “İlk növbədə banklar komissiya tariflərini endirməli və vətəndaşlar üçün əlçatan etməlidir. Çox təəssüf ki, bir bankın POS-terminalından istifadə edib, digər banka ödəniş yönəldəndə xidmət haqları çox baha olur. Təbii ki, sahibkarlar ortaya çıxan çətinlikləri görüb daha çox nağd ödənişə üstünlük verirlər”.

“Şübhəsiz, burada vergidən yayınmaq elementləri də var. Nağdsız ödənişləri təşviq etməyin üsulları tapılmalıdır. Bunun üçün ilk növbədə banklar əlavə rüsum tutmamalıdır. O cümlədən bir bankdan digər banka ödəniş yönləndirərkən heç bir rüsum tutulmamalıdır”, - deyə həmsöhbətimiz söyləyib.

Bəydəmirli hesab edir ki, sahibkarları cərimələmək yox, onları təşviq etmək lazımdır: “Buna qədər müəyyən stimullaşdırıcı layihələr həyata keçirilir. ƏDV-lərin geri qaytarılması, POS-terminallardan istifadə edənlərə vergi güzəştlərinin tətbiqi və s. Əgər sahibkara plastik kart ödənişi qəbul etdiyi zaman vergi güzəştləri tətbiq edilərsə, bir müddət sonra onları buna təşviq etmək mümkün olacaq. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı müvafiq addımlar atmalıdır. Bundan öncə hökumət portalı vasitəsilə müəyyən ödənişlər edən zaman komissiya tutulmurdu. Artıq bir faiz komissiya tutulur. Bütün bunlara son qoyulmalıdır”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Bu gün, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Bu gün, 17:01
Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Bu gün, 16:59
Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Bu gün, 16:44
“Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Bu gün, 16:37
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Bu gün, 16:35
Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Bu gün, 16:29
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Bu gün, 16:25
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Bu gün, 16:22
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Bu gün, 16:20
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Bu gün, 16:17
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Bu gün, 16:15
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Bu gün, 16:04
Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Bu gün, 15:54
Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Bu gün, 15:52
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Bu gün, 15:50
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Bu gün, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Bu gün, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Bu gün, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bu gün, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Bu gün, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Bu gün, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Bu gün, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Bu gün, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Bu gün, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru