"Rusiyanın müharibədən sonra regionda rolu, nüfuzu və aktivliyi göz qabağındadır" - deputat
Tarix: 10-05-2021, 07:51 | Çap et
 Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinə sayılı günlər qalıb. Mayın 10-da baş tutacaq səfərin təfərrüatı ölkəmizin, həmçinin bölgədəki durumla yaxından maraqlanan müxtəlif ölkələrin diqqətindədir. Siyasi şərhçilərin fikrincə, rusiyalı nazirin ölkəmizə səfəri zamanı Qarabağ məsələsi ətrafında geniş müzakirələr aparılacaq. Bu baxımdan Rusiya XİN başçısının paytaxtımıza gəlişi müxtəlif detallarla yadda qala bilər. Bəs, Azərbaycan tərəfi Lavrovun qarşısına hansı məsələləri qoymalıdır?
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Lavrovun Bakı səfəri ilə bağlı fikirlərini “Sherg.az”la bölüşüb. Parlamentari düşünür ki, onun Azərbaycana gəlməsi ölkəmiz üçün vacib və əhəmiyyətlidir:
“Rusiyanın müharibədən sonra regionda rolu, nüfuzu və aktivliyi göz qabağındadır. Səfər də məhz buna dəlalət edir. Hesab edirəm ki, Lavrovun bir neçə gün əvvəl İrəvana getməsi, mayın 10-da isə Bakıya gəlməsi üçtərəfli bəyanatın icrası ilə birbaşa bağlıdır. Təbii ki, üçtərəfli bəyanatın imzalanması ilə bağlı Ermənistanda bəzi qüvvələr revanşist ideyalarını ortaya qoymaq niyyətindədirlər.
Bir neçə gün öncə Lavrovun İrəvanda olarkən Ermənistana “münaqişəni siyasiləşdirməyin” mesajı ondan xəbər verrir ki, prosesləri siyasiləşdirmək istəyirlər. Azərbaycan imzaladığı üçtərəfli bəyanatın yerinə yetirilməsində israrlıdır, hansısa bəndi pozmur. Əksinə tərəfləri bəndlərə əməl etməyə çağırır. Ona görə də səfər zamanı ilk öncə bu məsələlər müzakirə olunacaq.
İkinci məqam Rusiya-Azərbaycan münasibətlərinin ümumi şəkildə müzakirəsidir. Çünki strateji əhəmiyyət kəsb edən məsələlər inkişaf mərhələsini yaşayır. Bunların da həm Azərbaycan, həm Rusiyaya faydası var.
Üçüncü məqam isə regional əməkdaşlıqla bağlıdır. Cənab Prezidentin təklif etdiyi, israrla, iradə və məntiqlə həyata keçirdiyi siyasət əsasında regionda olan ölkələrin bir-biri ilə əlaqələrinin bərpası və genişlənməsi gündəmdədir. Məsələn, 6-lıq platforması da müzakirə olunmaqdadır. Yəni Azərbaycan, Gürcüstan, Ermənistan, İran,Türkiyə və Rusiya münasibətləri”.
S.Seyidov vurğulayıb ki, səfər zamanı Lavrovun qarşısına qoyulmalı olan digər ciddi məsələ beynəlxalq səviyyədə müstəqil siyasət aparan dövlətlərə qarşı təzyiqlərdir:
“Bu günlərdə bir neçə mətbu orqanlara fikirlərimizi söyləyərək cənab Prezidentin BBC-yə müsahibəsi haqqında danışdıq. Konkret olaraq ikili standartlarla bağlı məsələni müzakirə edirdik.
Çünki Qərb dünyasında ikili və fərqli siyasət yürüdülür. Həmçinin ali dəyərlərdən istifadə edərək müstəqillik əldə etmiş, ən əsası isə müstəqil siyasət aparan dövlətlərə qarşı təzyiq göstərmə vasitəsindən istifadə edirlər. Ona görə də istisna etmirəm ki, müstəqil siyasət aparan ölkələr müzakirə obyektinə çevrilə bilər.
Təbii ki, Azərbaycanla Rusiya arasında başqa məsələlər də müzakirə olunacaq. Əminəm ki, bura humanitar, iqtisadi və hərbi mövzular daxildir. 44 günlük müharibədən sonra Azərbaycanın gücü çox artdığı üçün və regionun siyasətini müəyyən edən aparıcı dövlətə çevriləndən sonra Rusiya ölkəmizlə əlaqə qurmaqda maraqlıdır. Əvvəllər hansısa formada Azərbaycana gəlib ölkəmizdə söhbət aparırdılar, sonra isə İrəvana gedib müzakirəni davam etdirirdilər. İndi isə format dəyişib.
Çünki son məkan və fikirlərin tam müəyyənləşməsi, istiqamətin təsbiti Bakı şəhəridir. Bu baxımdan Lavrovun səfəri çox vacib və əhəmiyyətli məsələlərlə yadda qalacaq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15 |
|
|
|
| • Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08 |
|
|
|
| • Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04 |
|
|
|
| • "Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58 |
|
|
|
| • TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44 |
|
|
|
| • Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42 |
|
|
|
| • "Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40 |
|
|
|
| • Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31 |
|
|
|
| • Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29 |
|
|
|
| • Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27 |
|
|
|
| • 1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24 |
|
|
|
| • Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32 |
|
|
|
| • Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24 |
|
|
|
| • "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19 |
|
|
|
| • Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07 |
|
|
|
| • Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03 |
|
|
|
| • "Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53 |
|
|
|
| • Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09 |
|
|
|
| • Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59 |
|
|
|
| • Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34 |
|
|
|
| • Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30 |
|
|
|
| • Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27 |
|
|
|
| • Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23 |
|
|
|
| • Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12 |
|
|
|
| • Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10 |
|
|
|
| • 5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02 |
|
|
|
| • Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47 |
|
|
|
| • 18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02 |
|
|
|
| • Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57 |
|
|
|
| • Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52 |
|
|
|
| • Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50 |
|
|
|
| • Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44 |
|
|
|
| • Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35 |
|
|
|
| • Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31 |
|
|
|
| • “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28 |
|
|
|
| • Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25 |
|
|
|
| • İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23 |
|
|
|
| • BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03 |
|
|
|
| • 11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01 |
|
|
|
| • Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59 |
|
|
|
| • Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44 |
|
|
|
| • “Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37 |
|
|
|
| • Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35 |
|
|
|
| • Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29 |
|
|
|
| • Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25 |
|
|
|
| • Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22 |
|
|
|
| • “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20 |
|
|
|
| • Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17 |
|
|
|
| • Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15 |
|
|
|
|