Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                     Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? .....                     Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər .....                     "Əsl ustad elə Arif Babayevdir" .....                     TRİPP "3+3"-ü arxa plana atdı .....                     Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR .....                     "Son zəng" üçün hər şagirddən 1800 MANAT! .....                     Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir .....                     Kremlin Paşinyanı devirmək planı yoxdur .....                     Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır .....                     Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə .....                     1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR .....                     Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? .....                     Paşinyana qarşı SƏFƏRBƏRLİK... .....                     "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" .....                     Hökumətin icra qolu problemləri etiraf edirsə... .....                     Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR .....                     "Fəhləni ixtisar etməyin, maaşını artırın..." .....                     Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... .....                     Push30'un biabırçı müştəri xidməti .....                     Ronaldo üçün hələ hər şey indi başlayır... .....                     Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... .....                     Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... .....                     Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi .....                     Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... .....                     Başı getmiş Rusiya sülhə məcbur edilir... .....                     5 gündür susuz qalan jurnalistdən QARĞIŞ .....                     Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı .....                     18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                     Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi .....                     Ölkədə anti-Ukrayna ab-havası hökm sürür .....                     Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... .....                     Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur .....                     Zelenski Polşaya səfərdən imtina etdi .....                     “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub .....                     Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR .....                     İranda banklara növbəti kiberhücum olub .....                     BƏƏ şirkəti 18 ildən sonra .....                     11 milyonluq daha bir şirkət MMC-yə çevrilir .....                 

"Bəlkə Ümumdünya Səhiyyə Təşkilatına bir az rüşvət verək, toy edək" - deputatdan TƏKLİF
Tarix: 8-05-2021, 08:31 | Çap et
"Bəlkə Ümumdünya Səhiyyə Təşkilatına bir az rüşvət verək, toy edək"
Dünyada koronavirusa yoluxanların sayı durmadan artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son sutka ərzində bu say 847 mindən çox olub. Məlumata əsasən, ötən sutka ərzində 847 min 537 nəfər yeni koronavirusa yoluxub, 14 min 777 nəfər isə dünyasını dəyişib.

Bir neçə gün öncə sərt karantin rejimi tətbiq edilən Türkiyədə artıq yoluxma sayı aşağı düşüb. Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, yeni növ koronavirusdan sutka ərzində 304 nəfər ölüb. Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 22 388 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün 37 298 nəfər sağalıb, ağır xəstə sayı isə 3 378 olub.

Azərbaycanda da yoluxma sayı aşağı enib. Amma ölüm sayı yenə də çoxdur. Yeri gəlmişkən, son bir neçə gündə koronavirus bir neçə tanınmış həkimin həyatına son qoyub. Ötən gün isə xalq artisti Arif Quliyev COVİD-19 səbəbindən həyatla vidalaşdı.

Bu arada virusu simptomsuz keçirib, qəfil ölüm hallarının olması haqda məlumatlar da var. Koronavirusla bağlı digər narahat doğuran məsələ isə qarşıdan gələn tətil günləri ilə bağlıdır. Ramazan bayramında tətil günlərində rayonlara gediş-gəliş yoluxmanı kəskin artıra bilərmi? Bəzi ekspertlər bayram günləri tam qapanmanın olmasını təklif verib. Bu çıxış yoludurmu?

Bu arada virusun Hindistan variantı dünyanı təşvişə salıb. ÜST COVID-19 virusunun Hindistanda aşkarlanan variantının (B.1.617) dünyada sürətlə yayıldığını, artıq 20-dək ölkədə koronavirusun bu ştammının aşkarlandığını açıqlayıb. Məlumatda bildirilir ki, Böyük Britaniya, ABŞ, Sinqapur kimi ölkələrdə də aşkarlanan COVID-19 virusunun Hindistan variantı virusun orijinal variantından daha təhlükəlidir. Belə ki, bu variantın yoluxuculuq qabiliyyəti daha yüksəkdir və daha ölümcüldür. Bundan başqa, vaksinlərin qoruyuculuq qabiliyyətinə üstün gələ bilir.

Mövzu ilə bu və digər suallarla bağlı ekspertlərə müraciət etdik. İlk olaraq Hindistana gediş-gəlişin olub-olmaması haqda aidiyyəti qurumlarla əlaqə saxladıq. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı rəsmi məlumatı Dövlət Sərhəd Xidməti verir. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən isə bu məsələ ilə bağlı məlumatsız olduqlarını bildirdilər.

Həkim-infeksionist İlhamə Abbasova isə “Yeni Müsavat”a bildirib ki, bayram günlərində sərt karantin rejiminə keçməyə ehtiyac yoxdur: “Qapanmalara, sərt karantin rejiminə ehtiyac yoxdur. İnsanlar sosial məsafə saxlayıb, maskadan istifadə etsələr, yoluxma sayı da artmaz. Əgər yoluxma sayı 3-5 minə qalxarsa, onda sərt karantin rejiminə gedilə bilər. Hələ ki, epidemioloji vəziyyət qaneedicidir. Amma bayram günlərində insanlar çalışmalıdırlar ki, bir yerə toplaşmasınlar. Gigiyena qaydalarına riayət etsinlər ki, virusa yoluxanların sayı artmasın. Hər kəs özünə cavabdeh olsa, əlbəttə hər bir şey qaydasında olar. Yoxsa bayramda ”yığışaq gedək, virus boş şeydir", deyilsə, onda əlbəttə xəstələnənlər artacaq".

İnfeksionist virusu simptomsuz keçirənlərin qəfil ölməsi məsələsinə də münasibət bildirib: “Bu mümkün deyil ki, xəstəliyi hiss etmədən kimsə anidən ölsün. COVİD-19 simptomsuz adamı öldürmür. Mən qəbul etdiyim xəstələrdə də bununla rastlaşıram. ”Soyuducudan su içdim, elə bildim boğazım gəlib", “mənim həmişə bu aylarda allergiyam olur, öskürürəm, elə bilirdim ondandır”, yəni bu kimi tərəddüdlərin nəticəsində sonradan ciyər 70-80 faiz buzlaşır, oksigen çatışmır, qan dövranı ilə bağlı problemlər yaranır, xəstə anidən ölə bilər. Amma elə bir şey olmayıb ki, xəstəliyi simptomsuz keçirsin, qəfil ölsün. Anidən vəfat etmə yalnız ürək tutmasından ola bilər. Sadəcə olaraq insanlar xəstəliyə əhəmiyyət vermirlər".

İnfeksionist, “koronavirusdan vəfat edən xalq artisti Arif Quliyevlə vida mərasimində çoxlu insanın toplaşması təhlükəli sayılmırmı” sualına da cavab verib: “Cənazə açıq deyil, bükülü haldadır. Yuyulur, kəfənə bükülür, üstünü də bağlayırlar. Hətta xalçaya da bükürlər. Meyitdən virusa yoluxmaq təhlükəsi yoxdur, amma orda kimsə xəstə olarsa, digərləri yoluxa bilər. Onların da haqqıdır ki, əzizləri ilə vidalaşsın. Amma mən də gördüm, toplaşan qadınların ağzında maska belə yox idi. Orda kimsə xəstə olsa, digərlərini də yoluxduracaq”.

Millət vəkili Aqil Abbas isə “Yeni Müsavat”a deyib ki, bir müddət insanlar bir yerə toplaşmamalıdır: “Gözləmək lazımdır, xəstəlik yayılır. Gözləməliyik, qorunmalıyıq. Yoluxma sayı 62 minə çıxmışdı, indi 20 minə düşüb. Toplaşmalar olarsa, yenə də 62 minə çıxacağıq. Belə olarsa, heç xəstəxanalarda da yer qalmayacaq”.

Deputat toylarla bağlı narazılığını bildirib: “Mənim bir zarafatım var, sizinlə də bölüşüm. Bəlkə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bir az rüşvət verək, toy edək. Rüşvət verilsə, icazə də verərlər. Belə olmaz axı, toyu qadağan etməkmi olar?! Restoranlarda 200 adam çörək yeyə bilər, amma 50 adam toplaşıb, toy edə bilməz. Həmin restoranları da görmüşəm. ”Torqovıy"da çayxanalar var, orda oturanların hamısının ağzı açıq, ondan bir az aralıda maskasız gəzənləri cərimə edirlər, belə şey olar?! Ümumdünya Səhiyyə Təşkilatına pul verək, bəlkə bizdən əl çəksin. Bu sözlərimə görə qınasalar da, söysələr də məni deyəcəm: bu, sırf siyasi məqsəd daşıyır, ölkələri məhv etmək, iqtisadiyyat çökdürmək, adamları məhv etmək istəyirlər. Məqsəd qorxu hissi yaratmaqdır. Qardaş qardaşın evinə girə bilmir. Dünən qardaşım evimə gələ bilmədi, həyətdən geri qayıtdı. Belə şey olar?! ÜST-dən icazə almalıyıq ki, sən Allah icazə ver, qardaşım evimə gəlsin?!".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59
Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44
“Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35
Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru