“Dindarları sanki bir töhmət altında saxlamaq doğru deyil” - deputat
Tarix: 16-04-2021, 09:17 | Çap et
 “Əgər kiminsə əlavə imkanı varsa və iftar süfrələri təşkil etmək niyyəti olubsa, buna çəkiləcək xərcləri şəhid ailələrinə, qazilərin müalicəsinə, onların ailələrinə xərcləsin”.
Bu sözləri Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Qazilər Şurasının üzvü Hacı Fuad Nurullayev deyib. Şeyxülislamın müavini həmçinin pandemiya ilə əlaqədar olaraq, insanlara iftar süfrələrində kütləvilikdən qəti çəkinməyi tövsiyə edib.
Deputat Fazil Mustafa məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb. Deputat Şeyxülislamın müavininin bu tövsiyəsi ilə razılaşmadığını dedi: “Biri deyir ki, Həccə getməyin pulunu ver təhsilə və yaxud 5 yoxsul adamı doyuzdur, ya da tələbənin təhsil haqqını ödə. Bu cür xeyriyyə addımı atmaq başqa bir funksiyadır. Əlbəttə ki, insanın artıq pulu varsa, bu cür işlər görsün. Lakin dini inancla bağlı məsələdə insana yol göstərmək doğru deyil ki, ”sən filan yerə pul xərclə". Onsuz da xeyriyyə addımı atmaq istəyən şəhid ailəsinə dəstək olacaq.
Bunun iftara nə aidiyyəti? Sadəcə, birmənalı şəkildə bilmək lazımdır ki, iftar süfrəsində toplaşmaq olmaz. Ən yaxşı yol budur ki, oruc tutan, lakin iftarda ərzaq baxımından çətinlik çəkən 10 yoxsul ailənin gündəlik yeməyini təmin edəcək dəstək ver. Məsələn, ət, yağ al ver, qoy həmin ailələr də Ramazanın nemətlərindən bəhrələnsin. Yəni dini inancla bağlı məsələləri başqa məsələlərə qarışdırıb, dindarları sanki bir töhmət altında saxlamaq doğru deyil. Onsuz da dindarlar bu cür addımlar atırlar. Deyim ki, xeyriyyə işləri görənlərin əksəriyyəti elə dindarlardır. Onlar şəhid, qazi ailələrinə əllərindən gələn yardımı edirlər. Beləliklə, iftarla bağlı qaydanı bu formada təqdim etmək, fikrimcə, doğru deyil. Bir daha qeyd edirəm ki, buna qarışmaq lazım deyil".
AĞ Partiya sədri Tural Abbaslı Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavininin təklifini bu cür dəyərləndirdi: “Hesab edirəm ki, bu məsələləri bir-birinə qarışdırmaq düzgün deyil. Hər bir dini işin və ya xeyriyyə fəaliyyətinin öz rolu və yeri var. Məsələn, iftar süfrəsini təşkil etməyin dini bir qarşılığı var. Yəni oruc tuta bilməyən insan oruc tutan digər insanlara iftar verir. Burada dini nüanslar var. İndi onu müqayisə etmək ki, iftara çəkilən xərc şəhid ailələrinə və yaxud qazilərə verilsin, bu doğru deyil. Əlbəttə ki, digər formada bunu həyata keçirmək olar. Bəzən deyirlər ki, filankəs Həccə getmək əvəzinə başqa bir xeyriyyə işi gördü. Bir daha qeyd edirəm, dini ritualların öz yeri, xeyriyyəçiliyin də öz yeri, qaydaları, məqamları var. Bunları qarşı-qarşıya qoymaq düzgün deyil. Bildiyimiz kimi, indi pandemiyadır və iftar süfrələrində insanların bir yerə toplaşması təhlükəlidir və qadağandır. Hesab edirəm ki, Şeyxülislamın müavini bu cür problemlərin ortaya çıxmaması və başlarının ”ağrımaması" üçün bu cür “şirinlik” edir".
İlahiyyatçı Emil Rahiloğlu fikirlərini bu cür açıqladı: “Əslinə qalanda yaxşı iş hər zaman yaxşıdır, istər şəhid ailələrinə, istərsə də digər insanlara qarşı olsun, fərqi yoxdur. Lakin burada üstünlük məsələsi var və əlbəttə ki, bu məqamda şəhid ailələri daha üstündür. Çünki həmin ailələrin övladı və yaxud atası, qardaşı cəbhəyə gedib, bizim üçün canlarından keçməsəydilər bəlkə də daha gözəl yaşayar, bizə ehtiyacı olmayacaqdı. Yəni yaxşı iş görməyə çalışıb, seçim məqamında qalsaq, əlbəttə ki, ilk növbədə şəhid ailələrini nəzərdə tutmalıyıq. Lakin ölkəmizdə şəhid ailələri elə bir vəziyyətdə yaşamalıdır ki, xeyriyyəçilik deyəndə ilk ağlımıza onlar gəlməsin. Mənim də təklifim bu olardı ki, Şeyxülislama müraciət etsin ki, bütün şəhid ailələrinə yardım göstərsin. Düşünürəm ki, buna imkanları da çatar. Amma o ki qaldı dini ritualları ilə bu məsələni qarışdırmamağa, hesab edirəm ki, doğru ifadə deyil. Ona görə ki, yaxşı işi Allah bəyənir. Deyə bilmərik ki, hansı yaxşı iş dinə aiddir, hansı aid deyil. Bütün yaxşı işlər insanlığa, vicdanımıza aiddir və hamısı dinin içərisindədir”. “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48 |
|
|
|
| • Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45 |
|
|
|
| • ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33 |
|
|
|
| • Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28 |
|
|
|
| • 400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20 |
|
|
|
| • ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10 |
|
|
|
| • ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05 |
|
|
|
| • Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03 |
|
|
|
| • Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10 |
|
|
|
| • AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08 |
|
|
|
| • Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06 |
|
|
|
| • Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04 |
|
|
|
| • DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45 |
|
|
|
| • "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38 |
|
|
|
| • Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31 |
|
|
|
| • Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30 |
|
|
|
| • Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28 |
|
|
|
| • İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25 |
|
|
|
| • Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15 |
|
|
|
| • Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08 |
|
|
|
| • Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04 |
|
|
|
| • "Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58 |
|
|
|
| • TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44 |
|
|
|
| • Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42 |
|
|
|
| • "Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40 |
|
|
|
| • Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33 |
|
|
|
| • Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31 |
|
|
|
| • Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29 |
|
|
|
| • Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27 |
|
|
|
| • 1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24 |
|
|
|
| • Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32 |
|
|
|
| • Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24 |
|
|
|
| • "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19 |
|
|
|
| • Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07 |
|
|
|
| • Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03 |
|
|
|
| • "Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53 |
|
|
|
| • Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09 |
|
|
|
| • Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59 |
|
|
|
| • Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34 |
|
|
|
| • Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30 |
|
|
|
| • Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27 |
|
|
|
| • Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23 |
|
|
|
| • Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12 |
|
|
|
| • Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10 |
|
|
|
| • 5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02 |
|
|
|
| • Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47 |
|
|
|
| • 18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02 |
|
|
|
| • Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57 |
|
|
|
| • Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52 |
|
|
|
| • Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50 |
|
|
|
|