ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                     “TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi .....                     Ermənistanda həbslər davam edir, .....                     Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib .....                     Azərbaycan nefti 79.76 dollara ticarət olunur .....                     ”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu .....                     Rusiyanın Afrikada hədəfi nədir? .....                     400 illik pivə şirkəti müflis oldu .....                     ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd .....                     ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib .....                     Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib .....                     Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı .....                     AMEA-da 200 minlik cari təmir: .....                     Neft 4 aydan sonra yenidən .....                     Tramp Ukrayna üçün hazırdır .....                     DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... .....                     "Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" .....                     Putin artıq xalqı aldada bilmir .....                     Maaş və sosial ödənişlərdə artım olacaq? .....                     Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? .....                     İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? .....                     Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! .....                     Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? .....                     Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər .....                     "Əsl ustad elə Arif Babayevdir" .....                     TRİPP "3+3"-ü arxa plana atdı .....                     Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR .....                     "Son zəng" üçün hər şagirddən 1800 MANAT! .....                     Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir .....                     Kremlin Paşinyanı devirmək planı yoxdur .....                     Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır .....                     Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə .....                     1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR .....                     Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? .....                     Paşinyana qarşı SƏFƏRBƏRLİK... .....                     "Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" .....                     Hökumətin icra qolu problemləri etiraf edirsə... .....                     Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR .....                     "Fəhləni ixtisar etməyin, maaşını artırın..." .....                 

ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Tarix: Bu gün, 09:10 | Çap et

İran və ABŞ-nin imzaladığı 14 maddədən ibarət memorandum Ermənistan revanşistlərinə Zəngəzur mövzusunda yeni spekulyasiyalara rəvac verib. İddia olunur ki, memorandumun dördüncü abzasında Zəngəzur yolunda ABŞ əsgərinin olması birmənalı istisna edilir: “Tehranın təkid etdiyi bir müddəa açıq şəkildə bildirilir. Amerika Birləşmiş Ştatları həmçinin son razılaşmanın bağlanmasından sonrakı 30 gün ərzində İran İslam Respublikasına bitişik ərazilərdən qüvvələrini geri çəkməyi öhdəsinə götürür”.

Tanınmış erməni politoloq Armen Ayvazyan “Ermənistanın səsi” radiosuna verdiyi müsahibədə iddia edib ki, bu, aydın bir nəticəyə gətirib çıxarır: “İran heç vaxt Sünikdə Amerika hərbi mövcudluğuna, xüsusən də uzunmüddətli olana razılıq verməyəcək. Amerika hərbi komponenti olmadan TRIPP layihəsinin hazırkı formada həyata keçirilməsi mümkün deyil. İranın iqtisadi yüksəlişi və müharibədən sonra artan hərbi və siyasi çəkisi Cənubi Qafqazda güc balansını əhəmiyyətli dərəcədə dəyişdirə və Tehranın birbaşa təhdid kimi gördüyü layihələrin irəliləməsinə mane ola bilər”.

Memorandumun detalları açıq və rəsmi şəkildə tam təsdiqlənmədiyi üçün konkret bəndlərə əsaslanaraq regiondakı layihələr barədə qəti nəticələr çıxarmaq risklidir. Bu cür sənədlərdə “qoşunların geri çəkilməsi” kimi ifadələr adətən daha geniş təhlükəsizlik kontekstinə aid olur və konkret olaraq Zəngəzur dəhlizi ilə birbaşa əlaqələndirilməsi interpretasiya məsələsidir. Digər tərəfdən, İranın müharibədən sonrakı dövrdə artan regional fəallığı danılmazdır. Tehran həm iqtisadi marşrutlar, həm də təhlükəsizlik arxitekturası baxımından Cənubi Qafqazda daha aktiv rol oynamağa çalışır. Bu isə o deməkdir ki, regionda istənilən layihə - istər Zəngəzur dəhlizi, istər alternativ marşrutlar - İran faktorunu nəzərə almadan reallaşa bilməz.

Yeri gəlmişkən, NATO-nun Ermənistanda keçirilən “Qartal Tərəfdaşlığı 2026" təlimləri region ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Rusiya artıq qəzəbli reaksiyasını rəsmi Moskvanın sözçüsü Zaxarovanın dili ilə çatdırıb. Tehrandan da ezop dilində bəzi eyhamlar eşidilməkdədir. Xatırlatmaq yerinə düşər ki, təlimlər 2023-cü ildən bəri hər il keçirilir. Təlimlərdə heç bir sülhməramlı məqsəd elan edilməyib.

İran tez-tez xəbərdarlıq edir ki, regiondan kənar qüvvələrin bölgəyə gətirilməsi yolverilməzdir. Bununla yanaşı, rəsmi İrəvan ittihamları rədd edir. Paşinyan administrasiyası bu addımları anti-İran hesab etmir. Lakin təkcə hərbi təlimlər məsələsi Tehranı narahat etmir. Erməni təhlilçinin fikirlərindən belə nəticə çıxır ki, dəhlizə yerləşdirilən qüvvələr mülki status daşımayacaq və ABŞ-nin hərbi gücü olacaq. “ABŞ-İran sülh razılaşması "Tramp marşrutu" (TRIPP ) layihəsini daha da aktuallaşdırır". İyunun 16-da Ermənistan baş naziri Nikol Paşinyan belə deyib.

“Bu, TRIPP layihəsini daha da aktuallaşdırır. TRIPP-in ən vacib xüsusiyyətlərindən biri Şərqdən Qərbə, eləcə də Şimaldan Cənuba və ya əksinə kommunikasiya yollarının açılmasıdır. Bu proses - TRIPP Bəsrə körfəzindən Qara dənizə kommunikasiya yollarını mütləq və birmənalı şəkildə açacaq”, - o bildirib.

Deputat Elşad Musayev qəzetimizə bildirib ki, TRİPP layihəsi ABŞ şirkətinin idarəçiliyi ilə həyata keçiriləcək. Onun sözlərinə görə, üçtərəfli 10 noyabr sənədində dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidmətinin mühafizə qanadının yerləşdirilməsi nəzərdə tutulmuşdusa, 8 avqust razılaşmasında belə deyil, yəni hər hansı hərbi kontigentin iştirakı barədə anlaşma olmayıb: “Əfsuslar olsun ki, Ermənistanda bu layihə haqda gah rusun, gah farsın dili ilə danışanlar var. Bu logistika Orta dəhlizin bir hissəsidir və beynəlxalq yükdaşımalarını nəzərdə tutur. Sözsüz ki, yolun təhlükəsizliyinə qarantiya Ermənistan və ABŞ-nin məsuliyyətidir. Ancaq onlar bunu amerikalı hərbçiləri İranla sərhədə yerləşdirməklə həyata keçirməyi planlaşdırmır. Əslində bu məsələnin özü də bizi az maraqlandırmalıdır. Azərbaycan üçün vacib olan hissə Naxçıvana quru yolun maneəsiz gediş-gəlişinin təmin edilməsidir. Ancaq hər bir halda, əgər belə narahatlıq varsa, İran üçün təhdid yaratmır. Çünki ABŞ şirkəti nəzarəti həyata keçirəcək və erməni tərəfi təhlükəsizliyə təminat verəcək. Ən əsası isə Azərbaycan yükləri yoxlanışsız Naxçıvana keçəcək. Maksimum rentgen kontrolu ola bilər”.

Deputat hesab edir ki, sözügedən anlaşma həm də gələcəyin öhdəliyidir: “Yəni İranın tələbinə əsasən, onun sərhədlərinə yaxın yerlərdə ABŞ hərbi qüvvələri olmamalıdır. Bu şərti təkcə Ermənistanla əlaqələndirmək də olmaz. Fikrimcə, körfəz dövlətlərində yerləşən ABŞ hərbi bazalarına işarə vurulur. Düzdür, bu bazalar İranla bitişik olmasa da, sərhəd ölkələrində yerləşir. Amma o anlama gəlmir ki, ABŞ ərəb dövlətlərindən hərbi kontigentini evakuasiya edəcək. Ümumiyyətlə, tərəflərin razılaşmaya əməl edəcəyi də sual altındadır. Bu baxımdan, regional siyasətdə qarşıdurmalar davam edə bilər. Azərbaycanın gözləntisi isə Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsidir. ABŞ bu prosesdə zamindir və 8 avqustda Trampla Paşinyan TRİPP sənədinə qol çəkib, Ermənistanda seçkilərdən əvvəl isə Rubio və Mirzoyan onlayn şəkildə imzalayıblar. Artıq ABŞ şirkəti regiona gələcək və missiyasını yerinə yetirəcək. Onu da yaddan çıxarmayaq ki, müqavilədə 99 illik icarə razılaşdırılıb. Belə demək mümkündürsə, Trampdan sonra vəziyyətin dəyişməsi üçün gərək ABŞ Cənubi Qafqazda mövqeyini əldən versin. Bu da yaxın gələcəkdə görünmür”.

Yada salaq ki, Naxçıvanla Azərbaycanın qalan ərazisini Ermənistan üzərindən birləşdirəcək bu 42 kilometrlik yol ABŞ şirkətinə həvalə ediləcək, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu adlanacaq. ABŞ-nin mühəndislik və konsaltinq şirkəti AECOM “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasına hazırlıq çərçivəsində ərazinin öyrənilməsi məqsədilə bu ilin mayında Ermənistanda olub. Prezident İlham Əliyev də bu günlərdə çıxışında bir daha bəyan edib ki, Zəngəzur dəhlizi reallaşacaq.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Bakıda sevgilisini xüsusi amansızlıqla öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 08:10
AMEA-da 200 minlik cari təmir: - Alimlərin binasına əl gəzdirilir!
Bu gün, 08:08
Neft 4 aydan sonra yenidən BU QİYMƏTƏ OLDU
Bu gün, 08:06
Tramp Ukrayna üçün hazırdır - Detallar razılaşdırılacaq
Bu gün, 08:04
DÖVLƏTİN DƏSTƏYİ... yeyinti ünvanına çevrilib... - BU DA FAKT...
Bu gün, 07:45
"Mənim alnımdan öpür, amma pulu başqa müğənniyə verir" - Zaur GİZLİNLƏRİ AÇDI
Bu gün, 07:38
Putin artıq xalqı aldada bilmir - Britaniyalı polkovnik
Bu gün, 07:31
Maaş və sosial ödənişlərdə artım olacaq? – 60 faiz…
Bu gün, 07:30
Kəmaləddin Qafarovun Onkologiya Mərkəzindəki səlahiyyətləri əlindən alınıb? - Belə deyirlər...
Bu gün, 07:28
İlham Əzimovu AAYDA sədri Vüsal Nəsirliyə kim tapşırıb? - İLGİNC İDDİA
Bu gün, 07:25
Səbuhi Abdullayev problemləri "arxivə" qoyur! - Qəbələdə icra böhranı
Bu gün, 07:15
Bakıda çox sayda tibb bacısı ZƏHƏRLƏNİB? - TƏBİB ARAŞDIRIR
Bu gün, 07:08
Azərbaycan pul qıtlığı ilə deyil, su qıtlığı ilə üzləşə bilər - ARAŞDIRMA
Bu gün, 07:04
"Əsl ustad elə Arif Babayevdir" - Xalq artisti
Bu gün, 06:58
TRİPP "3+3"-ü arxa plana atdı - Görünəni odur ki...
Bu gün, 06:44
Xətainin 9 nömrəli uşaq poliklinikasında BAZAR AÇIBLAR - İTTİHAM VAR...
Bu gün, 06:42
"Son zəng" üçün hər şagirddən 1800 MANAT! - BU NƏDİ BELƏ?
Bu gün, 06:40
Paşinyan düyməyə basdı: Azərbaycanın son tələbi də yerinə yetirilir - İNCƏLƏMƏ
Bu gün, 06:33
Kremlin Paşinyanı devirmək planı yoxdur - ŞƏRH
Bu gün, 06:31
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır - DETALLAR
Bu gün, 06:29
Tehrandan İrəvana açıq hədə: Türklərə qarşı yeni həmlə - NƏ BAŞ VERİR?
Bu gün, 06:27
1 milyon vergi borcu olan şirkət LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 06:24
Xəzərdə neft çirklənməsi niyə təhlükəlidir? - AKTUAL
Bu gün, 05:32
Paşinyana qarşı SƏFƏRBƏRLİK... - KREML HƏRƏKƏTDƏ...
Bu gün, 05:24
"Etirazlar baş verəndə isə bu infrastruktur orada yox idi" - Bennet deyir ki...
Bu gün, 05:19
Hökumətin icra qolu problemləri etiraf edirsə... - AKTUAL
Bu gün, 05:07
Sabirabad "voenkomatı" QANUN HƏRLƏMİR - BU NƏDİ BELƏ?
Bu gün, 05:03
"Fəhləni ixtisar etməyin, maaşını artırın..." - ÇAĞIRIŞ
Bu gün, 04:53
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru