SUMQAYITDA ƏSRİN OĞURLUĞU
Tarix: 2-05-2012, 12:44 |
Çap et
ŞİRKƏTİN PUL DOLU SEYFİ OĞURLANIB
Azərbaycanda şirkətdən külli miqdar pul oğurlanıb.
Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.
Məlumata görə, aprelin 21-də Sumqayıt şəhər sakini, Tofiq Süleymanova məxsus “Su-İstilik Quraşdırma” şirkətinin ofisindən içərisində 300 min manat pul olan seyf naməlum şəxslər tərəfindən oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Sumqayıt şəhər Polis İdarəsi və Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini Qiyas Süleymanov tutulub.
Faktla bağlı araşdırma aparılır.