Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tibb müəssisələrinə 2026-cı il üçün ehtiyac olan dərman vasitələri, sərfiyyat materialları və reaktivlərin alınması üçün 4 976 363 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, nazirlik işi “Azəri Med” MMC-yə verib.
Nazirlik və şirkət müqavilə bağlayıb.
Satışı həyata keçirəcək şirkətin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.










