Əsas Səhifə > Hadisə > SUMQAYITDA ƏSRİN OĞURLUĞU
SUMQAYITDA ƏSRİN OĞURLUĞU2-05-2012, 12:44 |
ŞİRKƏTİN PUL DOLU SEYFİ OĞURLANIB Azərbaycanda şirkətdən külli miqdar pul oğurlanıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib. Məlumata görə, aprelin 21-də Sumqayıt şəhər sakini, Tofiq Süleymanova məxsus “Su-İstilik Quraşdırma” şirkətinin ofisindən içərisində 300 min manat pul olan seyf naməlum şəxslər tərəfindən oğurlanıb. Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Sumqayıt şəhər Polis İdarəsi və Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini Qiyas Süleymanov tutulub. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |