"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir .....                     Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı .....                     Həbsdə olan jurnalistin səhhəti pisləşdi .....                     Şirkətlər bu bankdan niyə qaçır? .....                     İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi .....                     NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? .....                     "O pul mənim üçün çox böyük puldur..." .....                     Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: .....                     "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” .....                     Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır .....                     Fələstinli nazir Bakıda nə istəyib? .....                     Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq .....                     "Hamının evində anası-bacısı var” .....                     Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun .....                     Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi .....                     "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib .....                     Ukraynanın yeni Baş naziri təyin edilib .....                     "Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi .....                     Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb .....                     ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” .....                     IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu .....                     4 min verib aldığımız “iPhone” deyilmiş .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” .....                     Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi .....                     Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib .....                     Flora Kərimovanın səhhəti necədir? .....                     NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar .....                     Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə .....                     Autizmli uşağın anası: .....                     “Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi .....                     Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır .....                     AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? .....                     "Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq .....                     Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... .....                     “Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın .....                     ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib .....                     Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub .....                     “Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” .....                 

"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Tarix: Bu gün, 14:03 | Çap et

Məlum olduğu kimi, aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı ictimaiyyətdə birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Reklam çarxında qadınların dondurma ilə müqayisə edilməsi bir çox istifadəçi tərəfindən qadınlara qarşı alçaldıcı və stereotipləri təşviq edən yanaşma kimi qiymətləndirilib.

İctimai narazılığın artmasından sonra reklamı hazırlayan dondurma şirkəti sözügedən videonu sosial media hesablarından silərək izləyicilərdən üzr istəyib. Lakin bunun ardınca Taleh Yüzbəyov reklam çarxının loqosuz və reklamsız versiyasını öz sosial şəbəkə hesabında yenidən paylaşaraq videonun səhifəsində qalacağını bildirib. Bu addım isə müzakirələri daha da alovlandırıb.


Musavat.com bildirir ki, məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də münasibət bildirib. Komitənin yaydığı açıqlamada qeyd olunub ki, sözügedən reklam müasir cəmiyyətin mənəvi dəyərlərinə, gender bərabərliyi prinsiplərinə və insan ləyaqətinə hörmət anlayışına ziddir.

Bildirilib ki, media və reklam məhsulları cəmiyyətin, xüsusilə də uşaq və yeniyetmələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Gender stereotiplərini təşviq edən birtərəfli məzmunlar sağlam ictimai münasibətlərin inkişafına mənfi təsir göstərməklə yanaşı, müasir cəmiyyətin mənəvi dəyərlərinə və insan ləyaqətinə hörmət prinsipinə də uyğun gəlmir.

Komitə hüquqi aspektə də diqqət çəkərək vurğulayıb ki, bu cür təqdimatlar mövcud qanunvericiliyin fundamental tələbləri ilə uzlaşmır. Belə ki, "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Eyni zamanda, "Reklam haqqında" Qanun reklam məhsullarının etik normalara cavab verməsini, şəxsiyyəti alçaldan, ayrı-seçkiliyi təşviq edən və cəmiyyətdə mənfi davranış modelləri formalaşdıran elementlərdən uzaq olmasını tələb edir. Açıqlamada vurğulanıb ki, hər bir reklam məhsulu kommersiya məqsədləri ilə yanaşı, yüksək sosial məsuliyyət də daşımalıdır.

Bu baxımdan, istənilən reklam və kommunikasiya layihəsində qadınların və kişilərin yalnız vizual obyekt kimi deyil, intellektual potensialı, peşəkarlığı və ictimai fəallığı ilə seçilən sağlam obrazlar şəklində təqdim olunması daha məqsədəuyğun hesab edilir. Bu səbəbdən də bütün aidiyyəti qurumlar və reklam istehsalçıları fəaliyyətlərində həm qanunvericiliyin tələblərinə, həm də ictimai məsuliyyət prinsiplərinə ciddi şəkildə əməl etməlidirlər.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə Musavat.com-a bildirib ki, estetik əməliyyatlar və müxtəlif kosmetik prosedurlar təkcə qadınlara aid deyil.

“Kişilər də ən az qadınlar qədər estetik əməliyyat etdirir, qaşlarını formaya salır, üz gərmə və digər kosmetik prosedurlardan istifadə edirlər. Bu, artıq bütün dünyada geniş yayılmış bir tendensiyadır. Hər bir insanın öz bədəni ilə bağlı qərar vermək hüququ var və kimin hansı estetik proseduru seçməsi onun şəxsi seçimidir”,_ deyə xanım hüquq müdafiəçisi vurğulayıb.

Onun sözlərinə görə, bu baxımdan reklamlarda yalnız qadınların hədəfə çevrilməsi doğru yanaşma deyil: “Çünki bu gün kişilər də eyni əməliyyatlardan keçir və bunu cəmiyyət də açıq şəkildə görür. Belə olan halda niyə yalnız qadınlar üzərindən stereotiplər yaradılır və tənqid hədəfinə çevrilirlər?”

N.Cəfəroğlu deyib ki, əgər cəmiyyətdə gender bərabərliyindən danışılırsa, diqqət məhz həqiqətən problem olan məsələlərə yönəldilməlidir: “Məsələn, niyə bələdiyyə sədrləri arasında qadınların sayı azdır? Niyə nazir və digər yüksək vəzifələrdə qadınlar kifayət qədər təmsil olunmur? Niyə icra hakimiyyəti başçıları arasında qadınlara demək olar ki, rast gəlinmir? Məhz bu məsələlər müzakirə olunmalı, cəmiyyətin diqqəti bu problemlərə yönəldilməlidir”.

Müsahibimiz qeyd edib ki, qadının estetik əməliyyat etdirib-etdirməməsi, üzünə və ya görünüşünə hansı dəyişiklik etməsi ictimai müzakirənin əsas mövzusu olmamalıdır: “Əsas məsələ qadınların cəmiyyətin müxtəlif sahələrində bərabər imkanlara malik olması, idarəetmədə, siyasətdə, dövlət qurumlarında və qərarvermə prosesində daha geniş təmsil edilməsidir. Eyni zamanda, reklamlar və sosial layihələr qadını yalnız zahiri görünüş üzərindən təqdim etməməlidir. Niyə qadının lider kimi uğurları təbliğ olunmur? Niyə qadının alim, müəllim, həkim, sahibkar, dövlət qulluqçusu kimi nailiyyətləri daha çox ön plana çəkilmir?”

Onun fikrincə, qadın həm anadır, həm ailənin dayağıdır, həm cəmiyyətə layiqli övladlar yetişdirir: “O, vətən üçün qəhrəmanlar böyüdür, qazilər yetişdirir, şəhid anaları olur, ölkənin inkişafına öz zəhməti və biliyi ilə töhfə verir. Cəmiyyətin bu gün malik olduğu bir çox dəyərlərin təməlində qadının əməyi dayanır. Məhz bu keyfiyyətlər reklam olunmalı, qadının böyüklüyü, cəmiyyətdəki əvəzsiz rolu və xidmətləri daha çox ön plana çıxarılmalıdır. Çünki hər bir insanın evində ana, bacı, qız övladı var. İnsanlar bunu düşünməli, qadın haqqında alçaldıcı fikirlər səsləndirməməli, onu təhqir edən və dəyərsizləşdirən məzmunların yayılmasına yol verməməlidirlər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Bu gün, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Bu gün, 15:23
Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Bu gün, 15:16
Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Bu gün, 15:05
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Bu gün, 14:58
NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Bu gün, 14:56
"O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Bu gün, 14:45
Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Bu gün, 14:31
"Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Bu gün, 14:28
Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:25
Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Bu gün, 14:22
Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Bu gün, 14:08
"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Bu gün, 14:03
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Bu gün, 13:58
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Bu gün, 13:54
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Bu gün, 13:48
Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Bu gün, 13:47
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Bu gün, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Bu gün, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Bu gün, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Bu gün, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Bu gün, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Bu gün, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Bu gün, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Bu gün, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Bu gün, 12:04
Flora Kərimovanın səhhəti necədir?
Bu gün, 12:01
NAXÇIVANDA NƏ BAŞ VERİR: Ceyhun Cəlilova etiraz edib vəzifələrindən ayrıldılar - İLGİNC İDDİA
Bu gün, 11:55
Bakıda 582 min manatlıq zeytun bağını yandıran şəxsə 7 il 6 ay həbs cəzası verildi
Bu gün, 11:46
Autizmli uşağın anası: - "Ailələlər böyük maddi yükün altında əzilir"
Bu gün, 11:42
“Nərgiz Med” Tibb Mərkəzi cərimələndi: Reagent dəsti müsadirə edildi - TƏFƏRRÜAT
Bu gün, 11:32
Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır - NARAZILIQ VAR...
Bu gün, 11:27
AzəriQaz-da NƏ OYUN ÇEVRİLİR: Bir ildə iki dəfə imtahan-ixtisar? - NHMT sədri soruşur ki...
Bu gün, 11:18
"Azər Türk Bank"ın rəhbərliyində dəyişiklik olacaq - TƏDARÜK VAR...
Bu gün, 11:12
Türkofoblar panikada: Moskva və Tehranın TURAN KABUSU... - NƏ BAŞ VERİR?
Bu gün, 11:10
“Ağ Çiçəyim”in dövlətə 300 min manata yaxın VERGİ BORCU VAR
Bu gün, 11:08
ABŞ və İranın qarşılıqlı zərbələri gecə boyu davam edib - TƏFƏRRÜAT
Bu gün, 11:07
Milli Depozit Mərkəzinin İdarə Heyətinə təyinat olub - DOSYE
Bu gün, 11:03
“Bakı və İrəvan razılığa gəlməlidir, cavab gözləyirik” - KREML
Bu gün, 11:02
MDB büdcəsi haqda şok qərar: Azərbaycan ildə bu təşkilata neçə milyon ödəyir? - ARAŞDIRMA
Bu gün, 10:59
Paşinyan "boz kardinal"la yollarını ayırır -hakim komandada böhran
Bu gün, 10:57
"Bax, Aytən Səfərova, bu budur.."
Bu gün, 10:55
Rusiya BMT-nin yeni baş katibindən nə gözləyəcək? –Moskvanın tələbi açıqlandı
Bu gün, 10:48
Qubada 5 aylıq hamilə xəstəxanada ölüb
Bu gün, 10:46
Dərmanları rütubət içində saxlayıblar - “Buta Farm” cərimələndi
Bu gün, 10:32
Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır - DETALLAR
Bu gün, 10:30
Qida Təhlükəsizliyi Agentliyi QİDALARIMIZIN TƏHLÜKƏSİZLİYİ ilə məşğuldur, amma... - BİZİM YOX!
Bu gün, 10:24
Bitməyən qərəzin məntiqi NƏTİCƏSİ – Azərbaycanın AŞPA-dan tam çıxması GÜNDƏMDƏ
Bu gün, 10:22
ABŞ İranda uşaq xərçəng xəstəxanasını raketlə vurdu?.. -İSRAİL KİV
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru