Bu ilin ikinci rübündə Tovuz bələdiyyəsinin xərclərinin cəmi 80 min 921 manat olub. Bu, proqnozdan 8 min 497 manat (12%), bu ilin birinci rübündən isə 52 min 848 manat (2,9 dəfə) daha çoxdur.
"DİA-AZ" xəbər verir ki, xərclərin 70 min 7 manatı bələdiyyə orqanlarının fəaliyyətinə sərf olunub. Bu da, gözlənilən xərclərdən 21 min 633 manat daha çox olub. Bu xərclərin 22 min manatı” Lukoil”a xərclənib.
Bundan başqa təhsil xərclərinə 800 manat nəzərdə tutulsa da, bu xərclərə pul ayrılmayıb. Eyni zamanda qeyd olunan dövrdə səhiyyə xərcləri də olmayıb.
Sosial müdafiə və sosial təminat xərcləri 2,2 min manat proqnoza qarşı 200 manat olub. Yəni bu xərclərdən 2 min manat qənaət edilib. Mənzil və kommunlar təsərrüfatı xərcləri də 100 manat az olmaqla 1 150 manata bərabər olub.
Ətraf mühitin mühafizəsinə 1,3 min manat (pronozdan 200 manat az), nəqliyyat və rabitə xərclərinə 216 manat (proqnozdan 284 manat az), digər xərclər 8 min 48 manat (proqnozdan 8 min 952 manat az) xərclənib.
Ümumi olaraq ilin ikinci rübündə bir çox xərclərə qənaət edilib – gözlənilən xərclərdən daha az vəsait sərf olunub. Ümumi xərclərin proqnozu üstələməsinin səbəbi bələdiyyə orqanlarının fəaliyyətinə sərf olunan xərclərin kəskin artması olub.










