Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi .....                     Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir .....                     “Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb .....                     Çarukyanın nələri varmış?! .....                     Asiya İnkişaf Bankına yeni vitse-prezident .....                     “Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” .....                     Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? .....                     Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? .....                     Qaqauzlar Türkiyədən dəstək istədi: .....                     Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb .....                     AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır .....                     Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi .....                     "Villa Inn" otelində sevgilisini döydü .....                     “İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” .....                     İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb .....                     “ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? .....                     “Rosatom”u Argentinadan qovdular .....                     Zəngəzur dəhlizində işlərin başlanacağı .....                     Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib .....                     Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? .....                     Əməkdar jurnalist komaya düşdü .....                     Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi .....                     Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub .....                     "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir .....                     Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı .....                     Həbsdə olan jurnalistin səhhəti pisləşdi .....                     Şirkətlər bu bankdan niyə qaçır? .....                     İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi .....                     NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? .....                     "O pul mənim üçün çox böyük puldur..." .....                     Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: .....                     "Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” .....                     Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır .....                     Fələstinli nazir Bakıda nə istəyib? .....                     Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq .....                     "Hamının evində anası-bacısı var” .....                     Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun .....                     Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi .....                     "Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib .....                     Ukraynanın yeni Baş naziri təyin edilib .....                 

“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Tarix: Bu gün, 16:49 | Çap et
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI - FOTO
Onları tamaşaçılar Ağdamın məşhur “Qarabağ bülbülləri” qrupundan tanıyıb sevdilər. Oxuduqları “Qarabağ şikəstəsi” ana laylaları, ata nəsihətləri oldu. Dörd oğlan idilər. Dördünün də yanğılı ifası, məlahətli səsi, şirin avazı onları hələ uşaq ikən məşhurlaşdırmışdı. Moskvanın ən böyük səhnələrində görkəmli sənətkarlarımızla birgə oxumaq da var imiş qismətlərində.. Həmin dördlükdən biri - İzahat Cəfərovun bu gün doğum günüdür. Təəssüflər olsun ki, bu doğum gününü də ailəsi onsuz qarşılayır. İzahat Cəfərov ömrünün ən gözəl çağında sevənlərindən, ailəsindən, dostlarından, ələxsus da canından çox sevdiyi nəvələrindən ayrılıb, əbədi dünyasına köçdü. Ağdamın Şelli kəndində doğulan sənətçi elə ilk təhsilini də həmin kənddə alır və daha sonra Bakıya gələrək arzularının ardınca getmək istəyir.
Sənətkarın ömür-gün yoldaşı Rahilə Cəfərova Moderator.az-a açıqlamasında bildirib ki, bütün çətin günləri bir yerdə keçib və onu hər zaman arxasında bir dağ kimi hiss edib:
“İçimdə bir qorxu var.. Həmişə qorxuram ki, birdən nəsə düz etmərəm, düz demərəm, Allaha qarşı çıxaram. Onu mənə Allah verdi, Allah da aldı. Onu mənə yazan Allaha çox minnətdaram. Çox şanslıyam ki, mənim belə ömür-gün yoldaşım olub. Bəzən Allahla danışıram, deyirəm ki, nə olardı, bir az da yaşayardı.. Axı ondan nə mən, nə övladları, nə də nəvələri doydu.. Kaş içəri girib, “Rahilə, bir çay hazırla, acmışam” deyərdi.. Gözüm hər yerdə onu axtarır. Heç İzahat da həyatdan doymadı. Heç ağlıma gəlmirdi ki, nə vaxtsa onsuz qalacam.. Amma bir gecə bunu hiss etdim. Gecəyarı idi.. Durub oturdum, ona baxdım və içimdən ağlamaq keçdi.. Bir hönkürdü ilə ağladım ki.. Öz-özümə dedim ki, “İzahat, sənə bir şey olsa mən necə olaram?” Elə bil ürəyimə dammışdı.. Sonra özümü toparlayıb dedim ki, “yox, sən həmişə mənimlə olacaqsan..” Şair deyir ki, “Ötən günə gün çatarmı, calasan da günü-günə?”. Həqiqətən də bütün günləri bir-birinə calasan da, onunla keçirdiyimiz günə gün çatmaz. Həyatımızdan gedən günündən bu yana elə bil saat və zaman dayanıb. Hər il onun doğum günündə, anım günündə itkisini daha da çox hiss edirəm. Onu axtarıram, özümə yer tapa bilmirəm. Nə övladlarıma yaxınlaşa bilmirəm, nə onlar mənə yaxınlaşa bilir. Təsəllim övladlarım, nəvələrimdir. Allaha yalvarıram ki, Nicatımı, Günelimi, Muradxanımı, nəvələrimi mənə çox görmə. Bir də düşünürəm ki, nə vaxtsa gedib ona qovuşacam. İnsan bir gün var, bir gün yoxdur. Hər birimizi Allah yaradıb, taleyimizi də o yazıb. Biz istəsək də, istəməsək də bu olacaq. Bütün çətinlikləri biz bir yerdə dəf etmişik. Çox xoşbəxt idik. Arzularımız da var idi, istəyirdik ki, nəvələrimizi birlikdə böyüdək. O həyat yoldaşı kimi də, ata kimi də, baba kimi də çox gözəl insan idi. İzahat sağ olanda arzularım çox idi... Arzudan arzu doğurdu.. Bu gün mən arzusuz qalmışam..Heç bir arzum yoxdur. Onunla bütün arzularım getdi. İzahatın yerini mənə nə övladlarım vermir, nə də nəvələrim. Onun yeri bir ayrı idi. Hələ mənim üçün tez idi onsuz qalmaq.. Şəkilləri ilə təsəlli tapıram, xoş günləri yadıma salıram, xatirəsini əziz tuturam.. Sonra bir də yadıma düşür ki, İzahat yoxdur.. Bağışla ki, mən sənə vəfasız çıxdım, İzahat. Demişdim ki, səndən sonra yaşamaram.. (ağlayır). Amma övladlarımıza, nəvələrimizə görə yaşayıram.. Bilirəm ki, sənin də ən böyük arzun məhz onları xoşbəxt, firavan görməkdir. Xoşbəxtliyimiz də, firavan həyatımız da səninlə getdi, İzahat”, - deyə sənətkarın həyat yoldaşı bildirib.
“Qarabağ bülbülləri” ansamblının rəhbəri, qabaqcıl Maarif xadimi Murad Rzayev isə saytımıza açıqlamasında bildirib ki, İzahat Cəfərov onun ən sevimli şagirdlərindən biri olub:
“Mən bu qrupu 1971-ci ilin may ayının 5-də yaratmışam. O vaxt ansamblın ilk üzvləri Gülçöhrə Quliyeva, Xanım Abdullayeva, Ədalət Feyziyev, Məhərrəm Qasımov və s. olub. Amma qrup dünyaya demək olar ki, Nazim Zeynalov, İzahat Cəfərov, Tacir Şahmalıoğlu və İlhamiz Paşayevlə çıxdı və tanındı. “Bayatı-Şiraz” onların ifasında sevildi. İzahat Cəfərov bizim ansambılda ən insaflı və vicdanlı, çalışqan tələbələrdən biri olub. Verdiyim tapşırıqları, proqramları vaxtlı-vaxtında hazırlayıb gətirirdi. Məsuliyyətli insan idi. Konsertlərdə çıxış edəndə ona daha çox güvənirdim. Bilirsiniz ki, biz bir çox dünya ölkələrində çıxışlar edirdik. Bir gün elə oldu ki, Moskvaya gedəsi olduq, dedilər ki, qrupun uşaqlarını yığ.. İşçilərin hərəsi bir uşağın arxasınca getdi. Mən də İzahatın dalınca getdim. Özüm də qəşəng bir kostyum geyinmişdim. Bağın içində bir çay var idi. Üstündən hoppananda kostyumla çayın içinə düşdüm. Həmişə bu hadisəni danışıb gülürdük. İzahat heç bir vaxt məni unutmadı. Həmişə yada salırdı, axtarırdı, gəlib baş çəkirdi. Heç kim inciməsin, amma İzahatın xətrini hamıdan çox istəyirdim. İzahat Cəfərov “Uzun ömrün akkordları”, “Mən mahnı qoşuram” və s. filmlərdə də çəkilib. Beynəlxalq festivalların laureatı olan İzahat Cəfərov həm də uşaq olmasına baxmayaraq bir çox dövlət tədbirlərində yaxından iştirak edib. İzahatın aramızda olmaması bir müəllimi kimi məni və onun bütün sənət yoldaşlarını çox üzür. Onun itkisinin yeri göynəyir, öz yeri isə qəlbimizdə görünür. O yer hər zaman boş qalacaq”.
Qrupun digər üzvü İlhamiz Paşayev isə Moderator.az-a açıqlamasında İzahat Cəfərovun ansamblın fəaliyyətindəki rolundan danışıb:
“İzahat hamımızın sevimlisi, istəklisi idi. Onun adı çəkiləndə kövrəlirəm, qəhərlənirəm, bütün bildiklərim də yadımdan çıxır.. Çünki onun itkisi, yoxluğu ilə barışmıram və heç vaxt da barışmayacam. O vaxt ansambıl yarananda çox yerdən uşaqlar gəlirdi. Gəlib özlərini göstərib, oxuyub, səhnə hərəkətləri edirdilər. İzahat da, mən də qrupa müsabiqə yolu ilə seçilmişdik. İzahat hamımızdan daha fərasətli idi. Bir də onun səsi bizdən fərqlənirdi, seçilirdi. Elə bir yanğı ilə ifa edirdi ki.. Bütün vətən həsrəti onun səsində öz əksini tapmışdı. Deyirlər, Allah sevdiyi, seçdiyi bəndələri yanına tez aparır. İzahat da həqiqətən yaxşı insan idi. Bizə gəlirdi-gedirdi.. Yayda hamı onlar tərəfə Ağdama gedirdi, o biz tərəfə gəlirdi. Müəllimimiz velosiped sürməyə qoymurdu, çünki səsə ziyan idi. Mənim də velosipedim var idi. Gəlirdi xəlvət ikimiz də velosiped sürürdük, sonra gizlədirdik. Oğlu Nicatın toyunda da məni dəvət etmişdi. Həm bir əmi, qardaş, həm də müğənni kimi.. Rəhmətlik Arif Babayev, Elnur Zeynalov və mən ifa edirdim. Hələ təklikdə çəkib mənə pul da təklif etdi ki, rayondan durub gəlmisən, əziyyət çəkmisən. Dedim ki, sən buna layiq övladsan. Allah onun ruhunu şad etsin. Heç inanmazdıq ki, aramızdan tez gedəcək”.
Qrupun digər üzvü Nazim Zeynalov isə saytımıza açıqlamasında bildirib ki, uşaqlıqdan İzahat Cəfərovla bir yerdə böyüyüblər:
“Biz qonşu kəndlərdə yaşayırdıq. Mən onların, o bizim evimizə gedib-gəlirdik. Uşaqlıqdan çox yaxın dost olmuşuq. Onu mənsiz, məni onsuz təsəvvür etməzdilər. Mən onlardan 5-6 ay sonra qrupa daxil olmuşam. Gələndə də ən böyük dəstəyi İzahatdan gördüm. Dost kimi də gözəl idi, insan kimi də. Sonra Bakıya qayıdanda da birlikdə dostluq etdik. Qaraqabaq adam deyildi. Deyib-gülməyi, sevincli xəbərləri bölüşməyi çox sevirdi. Onun danışdığı lətifələr, gülməli hadisələr hələ də yaddaşımda qalıb. Ömrünün sonuna qədər hər zaman bir-birimizin yanında olmuşuq. Mən onun haqqında keçmiş zamanda danışa bilmirəm (kövrəlir). Ölümü inanılmazdır. Çox ani ölüm oldu. Deyərdim ki, heç ona yaraşmadı”.
Tacir Şahmalıoğlu isə İzahat Cəfərovla sonuncu görüşünü belə xatırlayıb:
“Bilirsiniz ki, biz sənət adamları çox şeyə vaxt tapmırdıq. Amma İzahatla ara-sıra görüşürdük. Görüşə bilməyəndə isə telefonla danışırdıq, hal-əhval tuturduq. Sonuncu dəfə nəvəsinin toyunda bir araya gəldik. Çox sevinirdi.. Mən deyərdim ki, İzahat dünyada bəlkə də ən şansalı və sevilən baba idi.. Nəvələri onu ata kimi sevirdilər.. O da nəvələrini.. Deyirdi ki, “Tacir, ölümlü-itimli dünyadır, vaxt edib görüşək, oturub çörək kəsək”. Deyirdim ki, əlbəttə görüşərik. Amma əcəl imkan vermədi.. Bu sözdən 2 ay sonra İzahatın ölüm xəbərini eşitdim”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı iş adamı ilə bağlı ABŞ məhkəməsi QƏRAR VERƏCƏK
Bu gün, 18:02
Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir - KİV
Bu gün, 17:58
“Azərbaycan Sənaye Bankı”nın nağd vəsaitləri 28%-dən çox azalıb - DETALLAR
Bu gün, 17:56
Çarukyanın nələri varmış?! – Milyardları müsadirə edilir
Bu gün, 17:42
Asiya İnkişaf Bankına yeni vitse-prezident TƏYİN EDİLİB
Bu gün, 17:37
“Ölünü siyasi məqsədlərlə saxlamaq İslamda qəbuledilməzdir” - Tural İrfan
Bu gün, 17:31
Özgür Özəlin quracağı yeni partiyanın adı nə olacaq? – Bəzi detallar açıqlanıb
Bu gün, 17:23
Sosial şəbəkələr televiziya və radionu geridə qoyurmu? - ARAŞDIRMA
Bu gün, 17:19
Qaqauzlar Türkiyədən dəstək istədi: - Ankara nə edəcək?
Bu gün, 17:08
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: Aylıq 300-400 dollar alıb - TƏFƏRRÜAT
Bu gün, 17:04
AQTA bələdiyyə sədrinin müavinindən 36 min manatlıq mebel alır - BAZAR OLSUN...
Bu gün, 17:03
Naxçıvan Səhiyyə Nazirliyi 5 milyonluq işi “Azəri Med”ə verdi - DETALLAR
Bu gün, 17:01
"Villa Inn" otelində sevgilisini döydü - Məhkəmədə bağışlandı
Bu gün, 17:01
“İzahatı çağırmağa gedəndə kostyumla çaya düşdüm” - “Qarabağ bülbülləri”nin solisti doğum günündə XATIRLANDI
Bu gün, 16:49
İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb - “Reuters”
Bu gün, 16:45
“ATF” MMC-nin həbs olunan icra başçısı ilə nə əlaqəsi var? - ARAŞDIRMA
Bu gün, 16:29
“Rosatom”u Argentinadan qovdular - Yeni Prezident ABŞ-ni seçib
Bu gün, 16:22
Zəngəzur dəhlizində işlərin başlanacağı TARİX
Bu gün, 16:15
Ermənistanda partiya sədrinə məxsus əmlak İrəvan bələdiyyəsinə verilib
Bu gün, 16:09
Körfəzdə dava düşür, amma turist sayı təkcə Azərbaycanda azalır: NİYƏ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:04
Əməkdar jurnalist komaya düşdü - Vəziyyəti ağırdır
Bu gün, 15:59
Paşinyandan ermənilərə “Nənə-baba” zərbəsi - News.am
Bu gün, 15:47
Tether ABŞ sanksiyalarından sonra İranın 131 mln. dollarlıq kriptoaktivlərini dondurub
Bu gün, 15:46
"3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir - ŞƏRH
Bu gün, 15:28
Tovuz bələdiyyəsinin xərcləri proqnozu aşdı – 22 min manat "LUKOIL"a xərcləndi
Bu gün, 15:23
Həbsdə olan jurnalistin səhhəti pisləşdi - AÇIQLAMA
Bu gün, 15:16
Şirkətlər bu bankdan niyə qaçır? - 260 milyonu geri çəkdilər
Bu gün, 15:05
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi - “Hraparak”
Bu gün, 14:58
NATO-nun Bakıdakı təmas səfirliyi regiona nə vəd edir? - ŞƏRH
Bu gün, 14:56
"O pul mənim üçün çox böyük puldur..." - NARAZILIQ VAR...
Bu gün, 14:45
Ekspertdən ETN və MÜTDA-ya sərt sözlər: - “Milyardlar xərclənir, nəticə yoxdur”
Bu gün, 14:31
"Deyirlər, elə mahnı oxu ki, tamaşaçının “damarını tutsun” - Şölə
Bu gün, 14:28
Bağça-məktəb arasında qalan uşaqlar: Valideynlər narazıdır - NƏ BAŞ VERİR?
Bu gün, 14:25
Fələstinli nazir Bakıda nə istəyib? – “Koka-kola” planına möhtəşəm CAVAB
Bu gün, 14:22
Yeni model Bakıdakı bu məktəblərdə tətbiq olunacaq - SİYAHI
Bu gün, 14:08
"Hamının evində anası-bacısı var” - Novella Cəfəroğludan Taleh Yüzbəyova
Bu gün, 14:03
Vəzifə, ev, bahalı avtomobil vədi ilə milyonluq oyun - Dələduzluq sxemi ifşa olundu
Bu gün, 13:58
Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi - Texniki İstismar şöbəsi ləğv edildi
Bu gün, 13:54
"Çiçəklənən Ermənistan"ın lideri Tsarukyanın zavodu dövlətin idarəçiliyinə verilib
Bu gün, 13:48
Ukraynanın yeni Baş naziri təyin edilib - “RBK-Ukraine”
Bu gün, 13:47
"Azərpoçt"un sabiq şöbə müdiri 14 min manatı mənimsədi – MƏHKƏMƏ
Bu gün, 13:04
Netanyahu ABŞ-a planlaşdırılan səfərini təxirə salıb - “Ynet”
Bu gün, 13:02
ADSEA Lökbatanda qazdığı yolu niyə asfaltlamır? - Sakinlərdən narazılıq
Bu gün, 12:58
Xarici silahlı birləşmədə iştirak edən azərbaycanlı məhkum oldu: “Aylıq 300-400 dollar ödənilib” – MƏHKƏMƏ
Bu gün, 12:44
IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu - MƏQALƏ
Bu gün, 12:37
4 min verib aldığımız “iPhone” deyilmiş - AÇIQLAMA
Bu gün, 12:33
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Vəlvələ çayında “Elnur Cəlilov zəlzələsi” - İTTİHAM VAR...
Bu gün, 12:18
Donald Tramp İlham Əliyevin Şuşa Forumundakı çıxışı ilə bağlı paylaşım etdi - FOTO
Bu gün, 12:14
Ermənistan hökuməti TRIPP üzrə ABŞ-la çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib - “News.am”
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru