Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                     İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? .....                     Azərbaycanda da dəhşətli istilər olacaq? .....                     O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” .....                     “Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... .....                     Əli Mirəliyev kimləri hədəf aldı? .....                     Ermənistanda "dedovşina": .....                     Bakıda bu universitet BAĞLANIR? .....                     Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb .....                     Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar .....                     S-400-lər Rusiyaya qaytarılır? .....                     Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır .....                     "Həyatımdan narazıyam" .....                     Azərbaycanda xarici kapitallı şirkət .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? .....                     Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz .....                     Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı .....                 

İş adamı Rafael Cəbrayılovdan ölkə rəhbərliyinə şikayət etdi - İTTİHAM VAR
Tarix: 29-01-2016, 11:30 | Çap et
İş adamı Rafael Cəbrayılovdan ölkə rəhbərliyinə şikayət etdi
“Məlahət” MMC firmasının direktoru Məlahət Qurbanova Milli Məclisin üzvü Rafael Cəbrayılova qarşı sensasion ittihamlar irəli sürüb. İş adamı ölkə rəhbərliyinə müraciətdə başına gətirilən haqsızlığın təfərrüatlarını açıqlayıb.

Müraciətdə deyilir: “Nə qədər acınacaqlı da olsa, bəzi millət vəkilləri dövlətimizin və xalqımızın onlara verdiyi etimaddan sui-istifadə edərək, bizi boğur, soyur və incidirlər. Mən 30 ilə yaxın müddət ərzində lombard sahəsində rəhbər vəzifədə çalışıram. İxtisasca hüquqşünas olduğum halda bu sahəyə maraq göstərmiş və ulu öndərimiz Heydər Əliyevin “özəlləşdirmə” çağırışına ilk qoşulanlardan biri olaraq, “Məlahət” MMC-ni təsis etmişəm və bu onlarla vətəndaşımıza iş yeri olmuşdur. Bu gün də rəhbərlik etdiyim müəssisə onlarla ailənin yeganə qazanc mənbəyidir. Fəqət Azərbaycanda azad sahibkarlığa qənim kəsilmiş, dəfələrlə bank kreditlərini ödəmədiyi üçün məhkəmələrə verilən Azərbaycan Milli Məclisinin üzvü Rafael Cəbrayılov ölkəmizin ilk özəlləşdirilmiş qurumlarından biri olan “Məlahət” MMC-nin də fəaliyyətinə olduqca ağır zərbə vurub”.
Şikayətçi Rafael Cəbrayılovun ona vurduğu maddi zərbəni bu cümlələr açıqlayır: “Milli Məclisin üzvü Rafael Cəbrayılov şəriki Mirəhməd Abbasovun vasitəsi ilə məndən 165 min manat borc alıb və bu günə qədər borcunu ödəməyib. Belə ki, öncə tələbə yoldaşım, o zamankı adı ilə Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsindən tanıdığım Mirəhməd Abbasov vasitəsi ilə məndən Cəbrayılov qardaşlarının tikinti biznesi üçün kiçik məbləğlərdə borc götürən deputat bununla etimadımı qazanmaq məqsədi güdüb. 2012-ci ildə isə Mirəhməd Abbasov deputatın tikinti biznesi, Türkiyə Cümhuriyyətində aldıqları mülklərin ilkin ödəməsi və qoyunçuluq-donuzçuluq fermaları üçün yuxarıda söylədiyim rəqəmdə məbləğdə pul istədi. Əvəzində isə 300 min manat dəyəri olan qeyri-yaşayış sahəsinin satın alınmasına dair müqaviləni təqdim etdi. Deputatın qardaşı Elşən Cəbrayılovun direktoru olduğu “Dərhal” MMC-nin həmin məbləğin ödənildiyini təsdiq edən qəbzi, Abşeron rayon icra hakimiyyətinin obyektin tikintisinə dair icazə sənədi, tikintinin layihəsi mənə təqdim olundu. Lakin aylıq ödəmələr gecikdiyi üçün biz Mirəhməd Abbasovla əlaqə saxladıqda, o, öncə deputatın borcu ödəmək fikrində olmadığını və özünün də bizə kömək etmək istədiyini desə də, sonradan şəriki ilə birlikdə haqqımda çirkin məqalələrin yayılmasına başçılıq etdi. Mən pulun əvəzində həmin mülkü tələb etdikdə isə, pulum qaytarılmadığı kimi, təminat olaraq sənədləri bizə təqdim edilən mülkün də başqasına satıldığı məlum oldu. Nəticədə mən həmin pulu bankdan götürüb verdiyim üçün 165 min əsas məbləğdən başqa 56 min 600 manat da faiz borcu yaranıb. Mən isə bank qarşısında götürdüyüm öhdəliyi vaxtlı-vaxtında ödəyirəm ki, bu da bir sahibkar olaraq, məni iflas həddinə çatdırıb”.
Deputatın vurduğu zərbənin təkcə ona deyil, həm də kasıb əhaliyə dəydiyinə diqqət çəkən M.Qurbanova daha sonra yazıb: “Nəzərə alsaq ki, bizim müştərilərimizin heç də hamısı R.Cəbrayılov kimi zənginlər deyil, əksəriyyətinin sosial durumu olduqca aşağı səviyyədədir, durumumuzun nə qədər acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. Biz 1917-ci ildən fəaliyyət göstərən tarixi lombard olaraq, bu sahədə illərlə əhalinin və vergilərimizi zamanında ödəyərək, dövlət qurumlarının da etimadını qazanmışıq və bu gün təsadüfi lombardlardan fərqli olaraq, insanlar bizə inanırlar. Təəssüf ki, Rafael Cəbrayılov və Mirəhməd Abbasovun bizə vurduğu zərbə nəticəsində rəhbərlik etdiyim müəssisənin fəaliyyəti iflic vəziyyətə düşüb”.
Əsl mərəkə də bundan sonra başlayıb. Hüquqşünasın qanuna uyğun mübarizəsi deputatın qeyri-leqal və qeyri-bərabər fəndləri nəticəsində hələ ki, boşa çıxır.
Şikayətçi qeyd edir ki, indiki zamanda bir insanın işsiz qalmasının bir ailənin ac qalması demək olduğu bir zamanda Rafael Cəbrayılov onlarla işçini çörəklə imtahan edir: “Mən bir sahibkar olaraq, onlarla insanı işlə təmin edərək, Sizə sədaqətlə xidmət edirəm. Hesab edirəm ki, hər bir işçi bir ailə deməkdir. Onlarla ailəyə maaş verə bilmək, vergi ödəmək mənim üçün böyük xoşbəxtlikdir və vətənə xidmətdir. Lakin Rafael Cəbrayılov və şərikinin mənə vurduğu zərər nəticəsində fəaliyyətimiz iflic olub və partnyorlarımız qarşısında etibarımızı itirmək təhlükəsi ilə üzləşmişik”.
Müraciətinin sonunda Məlahət Qurbanova deputatı debata çağırmaqdan da çəkinmir: “Əgər mən haqqımda yazdırdığı kimi millət vəkili vəsiqəsi daşıyan Rafael Cəbrayılova qarşı iftira atıramsa, bunu niyə aydınlaşdırmaq istəmir? Nə üçün parlamentin 125 üzvü arasında sadəcə onun adını hallandırdığımla maraqlanmır? Bir sahibkar olaraq, məni borc bataqlığında boğmaq, eyni zamanda Sizə çatmasını istədiyim haqq səsimi batırmaq istəyir”.
Göründüyü kimi, onlarla insana çörək verən bir müəssisə bir deputatın maraqlarına qurban edilir. Üstəlik, bu müəssisə və iş xanımı Rafael Cəbrayılov və qardaşlarının müflis etdiyi ilk müəssisə və iş xanımı deyil. Azərbaycanda bank tərəfindən məhkəməyə verilən və uduzan millət vəkili ünvanına sahib Rafael Cəbrayılovun uğursuz tikinti biznesi və donuz fermerliyi çox iş adamını müflis edib. Hazırda o iş adamları ilə danışıqlar aparılır və yaxında Rafael Cəbrayılovun qurbanları bir təşkilatda birləşərlərsə, buna təəccüblənməmək lazımdır.
Onu da deyək ki, millət vəkili hələlik barəsində səslənən ittihamlara cavab verməyib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Rusiya Ukrayna üzrə danışıqlar üçün açıq qalır - Peskov
Dünən, 15:09
"Həyatımdan narazıyam" - Əməkdar artist
Dünən, 15:04
Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR
Dünən, 15:02
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli tenderləri:saxta imzanı kim çəkib? - İTTİHAM VAR...
Dünən, 14:51
Ailəli qadına və övladlarına etdiyi İŞGƏNCƏLƏRİ filmlərdə görə bilməzsiniz – 14 illik CƏZA
Dünən, 14:48
Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı - GƏLİŞMƏ
Dünən, 14:46
“Bakıdakı gizli görüşün məqsədi…” – Deputat müdhiş SİRLƏRİ açdı
Dünən, 14:45
İlhamə Novruzova işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 14:42
Şahin Şıxlinski haqqında ŞOK QƏRAR: Səfərovlarla birgə... - TƏFƏRRÜAT
Dünən, 14:41
ABŞ-ni yeni "şatdaun" təhlükəsi gözləyir
Dünən, 14:36
Azərbaycan bu ölkənin iş modelinə keçir - atalıq məzuniyyəti olacaq
Dünən, 13:12
"Azərbaycanda internet ən azı 2 dəfə ucuzlaşmalıdır" - ÇAĞIRIŞ
Dünən, 13:05
Karapetyanın ölkədən çıxışına qadağa qoyuldu
Dünən, 13:02
Ermənistan Prezidenti xəstəxanaya yerləşdirildi
Dünən, 12:49
İsrail üçün Azərbaycan təkcə regional tərəfdaş deyil, həm də... - İNCƏLƏMƏ
Dünən, 12:47
Günel Natiq Rüfətdən yazdı: - İntihar edəcəyini deyirdi...
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru