TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... .....                     "Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" .....                     Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... .....                     Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" .....                     Müəllim seçimində absurd əmsal sistemi .....                     “Oxu atıb, yayı gizlədən” AQTA... .....                     Yeni maşınlar əti daha da qiymətli edəcək? .....                     İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər .....                     Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı .....                     SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb .....                     Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? .....                     ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır .....                     Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                 

Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB? – Məhkəmə ilə MTK arasında qalan zərərçəkəndən ŞİKAYƏT
Tarix: 8-12-2022, 10:14 | Çap et
Sahibi olan 200 mənzil necə satışa ÇIXARILIB?
Bakıda tikinti şirkəti bir evi 3 nəfərə satıb. Söhbət Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli binanı inşa edən “Yeni Yasamal” Mənzil Tikinti Kooperativindən gedir.

Külli miqdarda pul verib ev alan Samir Musayev 15 ildir nə mənzilini, nə də pulunu geri ala bilir. Üstəlik məhkəmələr də onun bu iddiasını əsasız sayır.

Baxmayaraq ki, Samir Musayev “Yeni Yasamal “MTK tərəfindən verilmiş maliyyə arayışlarına əsasən 18 aprel 2007-ci il tarixli müqavilə ilə 53.227 ABŞ dolları (41.517 manat) dəyərində Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan mənzil alıb və evin dəyərini 1 il ərzində tam ödəyib. Sonra isə mənzilinin 3 nəfərə satıldığını, hətta evində yaşayış olduğunu öyrənib.

Şirkət işbazları tərəfindən aldadılan zərərçəkən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müracət edib və faktla bağlı cinayət işi açılıb.

Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsindən şikayətçinin müraciətinə göndərilən cavabda qeyd olunub ki, mənzil ondan sonra 21 noyabr 2016-cı il tarixli saxta müqaviləyə, maliyyə arayışına əsasən 37.000 manata Aybəniz İsgəndərovaya, 2017-ci ilin sentyabr ayında isə 02 mart 2014-cü il kimi göstərilmiş saxta müqavilə ilə 34.000 manata Laləzar Hacıyevaya satılıb. Həmçinin Prokurorluqdan bildirilib ki, aldığı mənzildə ondan sonrakı tarixə müqaviləsi olan şəxs (yəni Aybəniz İsgəndərova) yaşayır.

Samir Musayevin dediyinə görə ona Əhmədli qəsəbəsi ərazisində 55 kv.metrlik ev təklif olunub. Amma zərərçəkən itirdiyi 101 kv.metrlik ev müqabilində təklif olunan 55 kv.metrlik mənzillə razılaşmayıb və tələbindən dönməyib. İddiası ilə bağlı məhkəməyə müraciət edib.

İşə baxan Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov 5 avqust 2019-cu il tarixli qətnaməsi ilə Samir Musayevin iddia tələblərini rədd edib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli mənzillə bağlı “Yeni Yasamal” MTK tərəfindən öncə Samir Musayevlə müqavilə bağlansa belə həmin mənzil faktiki olaraq Aybəniz İsgəndərovaya təhvil verilib. Əsas isə gətirilib ki, Aybəniz İsgəndərova mənzildə təmir işləri apararaq ailə üzvləri ilə birlikdə orada yaşayır.

Bundan sonra zərərçəkən Apelyasiya məhkəməsinə üz tutub və Yasamal Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş edib. Bu tələbi isə prokurorluqda aparılan istintaqın nəticəsi ilə əsaslandırıb.

Bildirib ki, mübahisəli mənzilə dair digər şəxslərlə bağlanmış müqavilələr saxtadır və heç bir hüquqi əsası yoxdur. Yəni həmin mənzil Samir Musayevin qanuni istifadəsində olduğu halda, digər şəxslərə satıla bilməzdi.

Bununla da Apelyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova 9 iyun 2020-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 5 avqust 2019-cu il tarixli qətnaməsini ləğv edib, yeni qətnamə qəbul etməklə şikayətçinin iddiasını təmin edib.

Məhkəmənin qərarı ilə “Yeni Yasamal” MTK ilə Aybəniz İsgəndərova və Laləzar Hacıyeva arasında bağlanmış müqavilələr etibarsız hesab edilib. Mənzilə ödədikləri məbləğin sözügedən MTK-dan alınıb hər iki şəxsə qaytarılması ilə bağlı qərar çıxarılıb.

Mənzilin isə boşaldılaraq iddiaçı Samir Musayevə təhvil verilməsi qərara alınıb.

Amma evi alan ikinci şəxs, yəni Aybəniz İsgəndərova Apelyasiya Məhkəməsinin qərarı ilə razılaşmayaraq kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmə isə Apelyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edərək, işi yenidən həmin məhkəməyə qaytarıb.

Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, hazırda mənzil Aybəniz İsgəndərovanın faktiki sahibliyində və istifadəsindədir. Zərərçəkən Samir Musayevin iddiası ilə bağlı kassasiya instansiyası məhkəməsi, apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıb.

Qərara alınıb ki, mülki iddiaçı kimi tanınan Samir Musayev qanunvericiyə müvafiq olaraq “Yeni Yasamal” MTK-nə qarşı iddia qaldırmaqla, müqavilə üzrə ödədiyi pulu, həmçinin ona dəymiş zərəri geri tələb edə bilər.

Bununla da məsələ və şikayətin dəlillərinin təkrar araşdırılmasına lüzum olmayıb. Beləcə Samir Musayevin kassasiya şikayəti də təmin edilməyib.

Öz növbəsində “Yeni Yasamal” MTK-nın vəzifəli şəxslərinin qeyd olunan və başqa mənzillərlə bağlı da oxşar cinayət xarakterli hərəkətləri barəsində cinayət işi başlanıb. Belə ki, “Yeni Yasamal” MTK-nin qanuni təmsilçiləri Cahangir Alışov və Habil Fətəliyevin dələduzluq etmələri barədə Ağır Cinayətlər Məhkəməsində işə baxılıb.

Hər iki şəxs 3 il müddətində rəhbər vəzifə tutmaq hüququndan məhrum edilib. Cahangir Alışov 9 il, Habil Fətəliyev isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası alıb.

Məsələ ilə bağlı “Yeni Yasamal” MTK-nın satışa nəzarət şöbə müdiri Etibar Bağırov Bizim.Media-ya danışıb.

O, Samir Musayevin 2007-ci ildə aldığı mənzilin maliyyə və müqavilə arayışlarını saytımıza təqdim edərək, uzun illərdir həll olunmayan məsələdə “Yeni Yasamal” MTK-ni və məhkəmə instansiyalarını günahlandırıb:

“Samir Musayev mənim iştirakımla həmin mənzili almışdı. Əlimdə bütün sənədlər, dəlil və sübutlarla məhkəməyə gəlmişdim. Amma Apelyasiya Məhkəməsi məni dinləmədi və danışmağa imkan vermədi. O zaman bildim ki, məhkəmə saxtakarlıq edir və elə o dələduzlar kimi hərəkət etdi”.

Vəkil Pərvanə Məmmədova isə qeyd edib ki, qanunvericiliyin tələblərinə riayət olunmayıbsa, Ali Məhkəmənin qərarından şikayət vermək olar:

“İndiki halda belə problem yoxdur. Bilirsiz ki, Ali Məhkəmənin qərarı dərhal qüvvəyə minir. Ondan yalnız Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə müraciət etmək olar. Ali Məhkəmənin mövqeyi ondan ibarət oldu ki, Samir Musayevlə müqavilə bağlansa da, sənəd digər tərəfə təhvil verilib.

Bununla bağlı cinayət işi də var və orada təsdiq olunur ki, Samir Musayevin müqaviləsi qüvvədə idi, digər şəxsə satılma ilə bağlı sənədlər saxtadır. Məhkəmənin isə əsas alibisi o oldu ki, faktiki olaraq mənzil Samir Musayevə təhvil verilməyib.

Təhvil verilmə anını əsas götürərək, digər tərəfin hüququnu tanıdı. Apelyasiya Məhkəməsi hesab etmişdi ki, Samir Musayev məlumat aldığı vaxtdan 1 il ərzində şikayət verməli idi. Əlbəttə ki, Samir Musayev bu məsələni cinayət işinin axarına buraxmışdı.

1 il keçəndən sonra şikayət verib. Yəni digər tərəfin müqaviləsinin etibarsız olması ilə bağı müddət 1 il idi. Bildirim ki, Samir Musayev bundan sonra Konstitusiya və Avropa məhkəmələrinə müraciət edə bilər”.

Xatırladaq ki, bu cinayət işi üzrə zərərçəkmiş kimi tanınan 200-ə yaxın şəxs var. “Yeni Yasamal” MTK-nın iki vəzifəli şəxsi həbsdə olsa da, hazırda şirkəti idarə edənlərin yenə dələduzluqla məşğul olduğu bildirilir.
Bizim.Media








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
TƏBİB-in "əsassız çağırış" adında bir silahı var... - MALƏSƏF...
Bu gün, 07:46
"Səni məcbur edən var gəlib mənim səhifəmə baxıb əsəbiləşəsən?" - Nura Suri
Bu gün, 07:30
Torpaqları geri almışıqsa, onlar da geri qayıtmalıdırlar... - ÇAĞIRIŞ
Bu gün, 07:21
Tanınmış jurnalistdən İLGİNC açıqlama: "Dəstəklədiyim yeganə kişi Vasif Talıbov olub" - MR-da NƏ BAŞ VERİR?
Bu gün, 07:15
Müəllim seçimində absurd əmsal sistemi - NARAZILIQ VAR...
Bu gün, 06:46
“Oxu atıb, yayı gizlədən” AQTA... - Keyfiyyətsiz yağların adını niyə açıqlamır?
Bu gün, 06:39
Yeni maşınlar əti daha da qiymətli edəcək? - Görünəni odur ki...
Bu gün, 06:37
İrəvanda iddia edirlər ki, Konstitusiya islahatı Paşinyan üçün tələyə çevrilə bilər - AKTUAL
Bu gün, 06:33
Qaradağ Rayon İcra Hakimiyyəti 66 min manat vergi borcu olan şirkətlə müqavilə bağladı - FOTO
Bu gün, 06:30
SEPAH ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Bu gün, 06:27
Beyləqanda “pambıqla baş kəsən” kimlərdir? – “Ağ qızıl” üzərində qara əməliyyatlar gedir
Bu gün, 06:24
ABŞ beş il ərzində 28 min qanadlı raket almağı planlaşdırır - KİV
Bu gün, 06:19
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Dünən, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Dünən, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Dünən, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Dünən, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Dünən, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Dünən, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Dünən, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Dünən, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Dünən, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Dünən, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Dünən, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Dünən, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Dünən, 10:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru