
TN-NİN SABİQ ƏMƏKDAŞI QANUNSUZ OLARAQ HƏBSDƏ SAXLANILIR
DİA.AZ: - Keçən il həbs olunan Təhsil Nazirliyinin sabiq əməkdaşı Orxan Kərimovun sağlamlığı təhlükə altındadır. Bu barədə məlumatı redaksiyamıza Orxan Kərimovun müdafiəçisi Ramiz Məmmədov verib.
Vəkilin DİA.AZ-a söylədikləri: “18 fevral 2012-ci il tarixdə Orxan Kərimov və qeyriləri barədə olan cinayət işi üzrə ittiham aktı təsdiq olunandan sonra iş Bakı Ağır Cinayətlər məhkəməsinə göndərildi. Dəfələrlə qeyd edildiyi kimi müdafiə tərəfini cinayət işi üzrə araşdırmalardan daha çox Orxan Kərimovun sağlamlıq durumu narahat edir. İstintaq zamanı onun müalicə olunması xahişi müxtəlif instansiyalara etdiyimiz müraciətlərə müsbət cavab verilmədi. Belə müraciətlər təkcə müdafiə tərəfindən deyil, Orxan Kərimovun anası, Azərbaycan Respublikası Yazıçılar Birliyinin sədri, Milli Məclisin bir qrup deputatı tərəfindən də edildi. Lakin həmin müraciətlər cavabsız qaldı və ya onlara növbətçi cavablar verildi. İstintaq orqanı hələ 14 fevral 2012-ci il tarixli məktubu ilə bizə “məsləhət gördü” ki, bundan sonra “O.Ə.Kərimovun səhhəti ilə bağlı Azərbaycan Respublikası PX-nın Bakı İstintaq təcridxanası vasitəsi ilə Ədliyyə Nazirliyi nəzdində olan tibb müəssələrinə müraciət edə bilərik”.
Daha sonra vəkil bildirir ki, 4 mart 2012-ci il tarixdə AR Ədliyyə naziri cənab Fikrət Məmmədova teleqramla müraciət edərək Orxan Kərimovun kardioloji müəssələrdə və ya təcridxana şəraitində ürəyindən əməliyyat olunmasının mümkünlüyü barədə göstəriş verilməsini xahiş etdik: “Teleqramda qeyd olundu ki, cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinin icraatındadır. Həmin müraciətimiz Ədliyyə nazirliyinin Tibb Baş İdarəsinə göndəriləndən sonra 09 mart 2012-ci il tarixli məktubla bizə cavab verildi ki, qaldırdığımız “məsələlər ətraflı müzakirə olunub” və “bir daha nəzərinizə çatdırmaq istəyirik ki, Orxan Kərimovun ...müayinə olunması...və hər hansı tibbi tədbirin kezirilməsi yalnız istintaq aparan orqanın qərarından sonra mümkündür”.
Qəribə məntiqdir. Belə təəssürat yaranır ki, heç kim edilmiş müraciətləri axıra qədər oxumur, Çünki müdəfiə tərəfi dəfələrlə müraciətlərində göstərib ki, istintaq hərəkətsizlik nümayiş etdirir, əməli tədbirlər görmür, O.Kərimovun sağlamlıq durumu təhlükədə qalıb. Cinayət işi məhkəməyə daxil olandan sonra da bizdən “hər hansı tibbi tədbirin kezirilməsi” üçün yalnız istintaq orqanının qərarı” tələb edilirsə buna şərh vermək mümkün deyildir. Orxan Kərimov barədə hələ istintaq zamanı təyin edilmiС” məhkəmə tibbi ekspertizasının rəyində birbaşa göstərilib ki, onun “müalicəyə ehtiyacı vardır”. Dövlət qapalı müəssisələrdə müalicəyə ehtiyacı olan şəxslərin sağlamlığını qorumağa borcludur. Buna baxmayaraq kimsə üzərinə düşən vəzifələri yerinə yetirmək istəmir , ötür-ötür oyunu oynanılır”.
Onu da bildirək ki, Orxan Kərimov həbsdə saxlama müddəti 4 mart 2012-ci il tarixdə bitib. Vəkil bildirir ki, qanunun tələblərinə görə onun saxlandığı Təcridxana müdiriyyəti məhkəmə qərarı ilə müəyyən edilmiş həbsdə saxlanılma müddəti başa çatdıqdan sonra O.Kərimovu dərhal azad etməli və bu barədə cinayət iС”ini icraata götürmüş hakimi məlumatlandırmalıdır: “Lakin bu günə qədər Orxan Kərimov həbsdən azad edilməmişdir. Nəzərə alaraq ki, məhkəmə 28 mart 2012-ci il tarixə təyin edilib bu qanunsuzluqlar ən azı həmin tarixə kimi davam edəcəkdir. Ən azı ona görə deyirəm ki, qanunları pozmaq artıq adət halını almışdır, vərdiС” edəndən sonra heç kim problemi hiss etmir.
Biz beynəlxalq təşkilatların fəaliyyətinə həsəd aparırıq. Orxan Kərimovun sağlamlığında yaranmış problemlə bağlı müdafiə tərəfi Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edəndən sonra qısa zaman çərzivəsində komitənin nümayəndəsi onunla görüşmüş və 7 mart 2012-ci il tarixində real vəziyyəti müşahidə etmişdir.
Bizim pentensiar xidmət isə cinayət işi məhkəmənin icraatında olmasına baxmayaraq “yalnız istintaq orqanının qərarını” tələb edir. Orxan Kərimovun mərhum atası Əli Kərim şerlərin birində yazmışdı ki, “sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi?”. Qapalı yerdə saxlanılan Orxan Kərimov nə etməlidir ki, şəxsin sağlamlığı üçün cavabdeh olan şəxslər onun müalicə olunmasına razılıq versinlər? Bu sual ətrafında düşünməyə dəyər”.









