Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? .....                     "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" .....                     Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... .....                     İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... .....                     "Evdə iydən otura bilmirik" .....                     "“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." .....                     Kartdan karta köçürməyə QADAĞA gəlirsə... .....                     Prezidentə müraciət olundu .....                     Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək .....                     Xurafat fanatizmi necə qidalandırır? .....                     Kəndlini kənddə saxlamaq üçün: .....                     Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib .....                     Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi .....                     "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                     “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib .....                     "Unibank"da yeni sədr təyinatı olub .....                     Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək .....                     Nəriman Axundzadə Türkiyə klubuna keçir .....                     Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: .....                     Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                     “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” .....                     İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb .....                     Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır .....                     SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni .....                     Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib .....                     “Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” .....                     "Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" .....                     Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı .....                     Tanınmış aktyor ADY-dan narazı qaldı: .....                     "Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib .....                     Rusiyada ağır vəziyyətdəki azərbaycanlını .....                 

ƏLİ HƏSƏNOVUN BİR MİLYARDLIQ YEYİNTİSİ
Tarix: 15-03-2012, 11:48 | Çap et
ƏLİ HƏSƏNOVUN BİR MİLYARDLIQ YEYİNTİSİ

QAÇQINLARIN ADI ALTINDA TALANAN NEFT PULLARININ AQİBƏTİ

DİA.AZ: - Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşdırılması üçün bir neçə istiqamətdə vəsait cəlb edilir. Bura dövlət büdcəsi, Dövlət Neft Fondu və beynəlxalq maliyyə təşkilatlarından ayırılan pullar daxildir. Təqribən indiyədək qaçqın və məcburi köçkün problemlərinə sərf edilmək adı altında 1 milyard manatdan çox vəsait xərclənib. Əlbəttə, bu məbləğ hökumətin çox da böyük sosial yükü olmayan layihələrə ayırdığı pullarla müqayisədə cüzi görsənir. Çünki nəzərə almaq lazımdır ki, 1 milyard manata yaxın vəsait 10 il ərzində sərf edilib. Təkcə В«Eurovision 2012В» hazırlığı isə bir ildən az müddət ərzində təxminən bu qədər vəsaiti В«yeyibВ». Ona görə də sosial əhəmiyyət daşıyan bir dövlət proqramı üçün sözügedən vəsait, hətta az görünə bilər. Deməli, burada əsas məsələ vəsaitin həcminin azlığı-çoxluğu deyil, xərclənən pulların şəffaflığı və ondan 1 milyona yaxın məcburi köçkünə nə qədər pay çatmasıdır.

DİA.AZ bildirir ki, Dövlət Neft Fondundan bu istiqamətdə indiyədək 857,8 milyon manat, o cümlədən cari ildə 140,0 milyon manat vəsait ayrılıb. Bu dövr ərzində Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, Oğuz, Şəki, Gədəbəy rayonlarında, Naxçıvan Muxtar respublikasında, Bakı, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, ramanı, Pirşağı və Fatmayı qəsəbələri ərazisində məcburi köçkünlər üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin tikintisi həyata keçirilib. Dövlət başçısının fərman və sərəncamlarının icrasına uyğun olaraq 58 qəsəbə salınıb. Buna müvafiq olaraq məktəblər, musiqi məktəbləri, fərdi evlər, binalar, uşaq bağçaları, tibb müəssisələri, icma mərkəzləri, yanğınsöndürmə deposu, rabitə qovşağı, idman olimpiya kompleksi, su anbarları, elektrik yarımstansiyaları, yollar, su xətləri, qaz və işıq xətləri, kanalizasiya sistemləri və sair işlər görülüb.

Hesabatlılıq baxımdan Dövlət Neft Fondunun təqdimatını müsbət qarşılamaq olar. Həmin hesabatda ayrılan vəsaitlə hansı işlərin görüldüyü göstərilsə də, xərclərin şəffaflığına nəzarət yox dərəcəsindəir. Bunu qeyri-hökumət təşkilatlarının apardığı monitorinqlər də sübut edir.

Qeyd etdiyimiz kimi, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşmasına DNF-lə yanaşı, dövlət büdcəsindən və beynəlxalq maliyyət təşkilatlarından da böyük pullar ayrılıb. Təəssüf ki, bu istiqamətdə xərclənən vəsaitlərin hesabatlılığı, ümumiyyətlə yoxdur. Dövlət büdcəsinin investisiya layihələri çərçivəsində Qaçqınların və Məburi köçkünlərin işi üzrə Dövlət Komitəsinə 35,6 milyon manat, Məcburi Köçkünlərin Sosial-İnkişaf Fonduna 15,2 milyon manat vəsait ayrılıb. Həmçinin beynəlxalq maliyyə təşkilatları tərəfindən 48 milyon dollar kredit verilib.

В«Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət ProqramıВ»na ayrılan vəsaitlərlə bağlı xeyli yeyintilər üzə çıxıb. Bu istiqamətdə ayrılan vəsaitlər Proqramın adında da ifadə olunan məqsədlərdən birinə - məşğulluğun təmin olunmasına qətiyyən yönəldilmir. Yeni qəsəbələrə köçürülən insanların məşğulluğu təmin edilməyib. Proqramda yeni qəsəbələrdə məşğulluğu təmin etmək məqsədi ilə hər bir ailəyə bir hektar torpaq payı verilməsi, təssərüfat fəaliyyəti göstərmələrinə yardım məqsədilə birdəfəlik pul yardımı edilməsi nəzərdə tutulurdu. Eyni zaman da, qəsəbələrdə istehsal sahələrinin açılması stimullaşdırılmalıydı. Lakin bunların heç biri yerinə yetirilməyib. Keçirilən tenderlərin hamısı formal xarakter daşıyıb. Demək olar ki, tenderlərin nəticələri əvvəlcədən bəlli olur.

Bərdəyə köçürülən ailələrin məşğulluğunu təmin etmək məqsədilə hər bir ailəyə bir hektar torpaq payı verilməli və qəsəbədə istehsal sahələri açılmalı olduğu halda, bunların heç biri yerinə yetirilməyib. Bu istiqamətdə yönələn vəsaitlərin açıq şəkildə mənimsənildiyi görünür.

Bundan əlavə tikilən evlər çox keyfiyyətsizdir. Bir müddət sonra binaların müəyyən qismində çatlar əmələ gəlib, evlərin suvaqları tökülüb, bir çox evlərdə yağış yağan zaman su damır, evlərin kənarlarına tökülən suvaq örtüklər dağılıb. Sakinlərin 25-30 faizi evlərdə sonradan öz hesablarına yenidən təmir işləri aparıb. Şəhərciyə kanalizasiya sisetmi, qaz xətti, telefon xətti çəkilməyib. Qəsəbələrarası yollara asfalt döşənməyib. Halbuki, proqramda bu işlərin hamısının həyata keçirildiyi göstərilib.

Yardımlar paylanan zaman da neqativ hallara yol verilib. Qəsəbələrdə yanar qaz olmadığından, qış aylarında evlərin istiliyini təmin etmək məqsədilə hər bir ailəyə hər ay mütəmadi olaraq 40 litr yanajaq verilməli və bu müddət 5 ay davam etməlidir. Lakin yerli icra nümayəndəliyi tərəfindən yanacaq paylanan zaman hər ay hər bir ailədən 5-6 litr müxtəlif bəhanələrlə yanacaq saxlanılır və mənimsənilir. Bu haqda mətbuatda da mütəmadi olaraq məlumatlar yer alır.

Habelə, Dövlət Proqramına əsasən, məcburi köçkünlərin hər birinə hər ay 5 kq un, 1 kq düyü, 1 kq şəkər tozu, 1 litr bitki yağı Neft Fondu hesabına yardım şəklində verilməlidir. Lakin 7-8 min nəfər məcburi köçkün həmin yardımlardan məhrumdur. Bunlar, əsasən yeni doğulanlar, ailəyə gələn gəlinlər, hərbi xidmətdən qayıdanlar və həbsdən gələnlərdir. Bu sayaq insanların heç biri yenidən qeydiyyata alınmır.

Həm Füzuli, həm də Bərdədə tikilən evlərin adi insanların öz hesablarına tiktirdiyi eyniproyektli evlərdən bir neçə dəfə baha sənədləşdirildiyi üzə çıxıb. Adıçəkilən təşkilatın aparıdığı monitorinq sənədinə əsasən, Zobucuq ərazisində 2114 ev var. Burada birotaqlı ev 18089 manata, ikiotaqlı 22937 manata, üçotaqlı evlər isə 29437 manata başa gəlib. Mütəxəssis hesablamalarına görə, podratçı şirkətə 20-25 faiz gəlir qalmaqla, qiymətlər uyğun olaraq 11694, 14251 və 18139 manatdır. Hər ev real qiymətindən təxmiən 9 min manat В«bahadırВ».

Qəsəbələrdə tikilən evlərin 1 kvadrat metri 500 manata, Bakıda isə 187 manata başa gəlir ki, bu da qiymət şişirtməsinin səviyyəsindən xəbər verir. Məsələ yalnız kimlərinsə xeyli miqdarda pul qazanması ilə bitmir. Prosesdə guya dövlətin yardım etdiyi insanlar da ziyan çəkib. Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə 2004-2007-ci illəri əhatə edən Dövlət Proqramının müddəti bitdiyindən, 2008-ci ildə ilin sonlarında çadırlarda yaşayan əhali tələsik yarımçıq qəsəbələrə köçürülüb. Köçürülmə qışın ortasına təsadüf edib. Qışa hazırlıq olmadığından məcburi köçkünlərin mal-qarası tələf olmuşdu. Ən maraqlısı budur ki, 2007-ci ildə salınan qəsəbələrdə hamam ixtisara düşüb. Yəni necə gəldi, evləri tikib təhvil veriblər. Burada məqsəd insanların yaşayışı deyil, proqramın icra olunması adı altında pul mənimsəməkdir. Qaçqınların yalnız 2-3 faizi qəsəbələrdəki sosial obyektlərdə işləyir, qalan əhali işsizdir. Əlavə torpaq sahəsi və birdəfəlik yardım verilməyib.

Murad TƏHMƏZOV DİA.AZ - ƏLİ HƏSƏNOVUN BİR MİLYARDLIQ YEYİNTİSİ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28
"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12
Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07
İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05
"Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01
"“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Dünən, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Dünən, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Dünən, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Dünən, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Dünən, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Dünən, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Dünən, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Dünən, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Dünən, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Dünən, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Dünən, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Dünən, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Dünən, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Dünən, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Dünən, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Dünən, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Dünən, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Dünən, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Dünən, 13:13
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri həbs edilib - BİRGƏ MƏLUMAT
Dünən, 13:00
Rusiyada ağır vəziyyətdəki azərbaycanlını Diaspor Komitəsi vətənə gətirdi
Dünən, 12:52
Melaniya Paşinyanın mətbuat katibi təyin edildi
Dünən, 12:44
10,99 yazılır, 11 manat tutulur: 1 qəpiklə varlananlar - AXI NİYƏ...
Dünən, 12:42
Komitə sədri bu idarəyə rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:38
Bank kartlarında pul köçürmələrinə niyə limit qoyuldu? - RƏSMİ İZAHAT
Dünən, 12:33
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:27
Sərxoş sürücü bilmədən prokurorluğun həyətinə daxil oldu - Gəncədə kuryoz hadisə
Dünən, 12:25
“Biz başı qərbli, ruhu səfəvi olan yeni bir xalqıq” - Aqşin Yenisey
Dünən, 12:21
ABŞ-dən 10 ölkə ilə bağlı XƏBƏRDARLIQ – Bakının narahatlığı
Dünən, 12:19
İran ətrafında vəziyyət qeyri-müəyyənliyini qoruyur - İNCƏLƏMƏ
Dünən, 12:03
Şahbuzda tonlarla məhsul MƏHV OLUR... məmurlar isə... - NARAZILIQ VAR...
Dünən, 11:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru