ABŞ Konqresinin Senatı bazar ertəsi federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsini təmin etməyə yönəlmiş qanun layihəsini 11-ci dəfə rədd edib.
Teleqraf xəbər verir ki, "C-SPAN" telekanalının yaydığı iclasda respublikaçılar tərəfindən hazırlanaraq Nümayəndələr Palatasında təsdiqlənmiş sənədi 50 senator dəstəkləyib, 43-ü isə əleyhinə səs verib.
Qanun layihəsinin qəbul edilməsi üçün 60 səs tələb olunur.
Tərəflərin razılığa gələ bilməməsi nəticəsində hökumətin fəaliyyəti qismən dayandırılıb.