Ankaranın Kahramankazan rayonunda inşa olunan BMC Ankara Tank və Yeni Nəsil Zirehli Maşınlar İstehsalı Müəssisəsinin rəsmi açılış mərasimi keçiriləcək.
APA xəbər verir ki, oktyabrın 28-də obyektin açılış mərasimində, həmçinin kütləvi istehsalına başlanılan ALTAY tanklarının ilk tədarükü də baş tutacaq.
Layihə çərçivəsində 85-i T1, 165-i T2 konfiqurasiyasında olmaqla 250 tank Quru Qoşunları Komandanlığına təhvil veriləcək.