Belousov bu işin öhdəsindən gələ bilərmi? - ALINACAQMI?
Tarix: 13-05-2024, 15:01 | Çap et
 Putinin Şoyqunu müdafiə naziri postundan uzaqlaşdırmasında səbəb axtarışı diqqəti Ukrayna müharibəsinə yönəldir. Müharibənin gedişində müdafiə naziri dəyişirsə, bu cəbhədə problemin olduğu deməkdir. Ukrayna cəbhəsində problemlərin olduğu bəllidir, müharibənin ilk mərhələsində, xüsusilə İstanbul danışıqlarından sonra Rusiya üçün çətin dövr başlandı. İtkilərə, uğursuzluqlara görə son nəticədə Şoyqu məsuliyyət daşıyır. “Vaqner” üsyanından sonra Şoyqunun hədəf taxtasına çıxması daha da sürətləndi. Son olaraq, müavini Timur İvanovun korrupsiya ittihamı ilə həbsinin Şoyqu üçün xoşagəlməz vəziyyət yaratdığını düşünmək olar. Lakin səbəbləri Ukrayna cəbhəsində, yaxud Müdafiə Nazirliyinin dəhlizlərində axtarmaq yanıldıcı ola bilər. Birincisi, Rusiya kimi ölkələrdə yüksəkrütbəli məmurun korrupsiya əməli o qədər də təccüblü deyil və istisna deyil ki, müavininin məhz indi ifşa edilməsi Şoyqunun gedişini “asanlaşdırmaq” məqsədi daşıyıb; İkincisi, Ukrayna cəbhəsində Kiyevin böyük əks-hücum əməliyyatının uğursuzluğundan sonra rus ordusu üçün vəziyyət o qədər də pis deyil, əksinə işğal etdikləri ərazilərdə möhkəmləndiyi və irəlilədiyi haqda xəbərlər gəlir, Xarkov istiqamətində baş verənlər bunun son nümunəsidir; Şoyqunun gedişi və yerinə Andrey Belousovun təyin edilməsi daha çox Putinin gələcək planından qaynaqlanır. İqtisadçı olan Belousov mülki şəxs kimi Müdafiə Nazirliyinə rəhbərlik edəcək, lakin bu, Ukrayna müharibəsinin gedişində, ümumiyyətlə ordunun hərbi fəaliyyətində dəyişikliyin olacağı demək deyil. Çünki hərbi məsələlər Gerasimov başda olmaqla generalların işidir, Şoyqu postundan getdiyi vaxt Ukraynada müharibənin davam etməsi də nazirin həlledici olmadığını göstərir. Belousovun bu posta gətirilməsi bir neçə kontekstdə qiymətləndirilir: - Müdafiə Nazirliyində korrupsiyanı kökündən kəsmək; - Şoyquya yaxın “kabinet generalları” əvəzinə döyüşən hərbçiləri önə çıxarmaq; - Ordunun iqtisadi gücünü artırmaq, xüsusilə müharibənin getdiyi vaxt əməliyyatlarla təşkilatçılıq məsələlərini bir-birindən ayırmaq, eləcə də hərbi sənayenin inkişaf etdirmək və s; - Rusiya tamamilə müharibə iqtisadiyyatına keçir və “iqtisadi reseptləri” ilə ad çıxarmış Belousov bu işin öhdəsindən gələ bilər; Hərçənd, Putinin müdafiə naziri postuna Belousovu gətirməsi varislik planından da qaynaqlana bilər. Son ana qədər Şoyqunu Putinin mümkün varisi kimi təqdim edilən Tula qubernatoru Aleksey Dyuminin əvəzləyəcəyi deyilirdi, əvəzində Belousovun irəli sürülməsi daşları qarışdırdı. Sərt bürokrat olan Andrey Belousovu Rusiyada “ikinci adam” da hesab edirlər. O, Putin kimi Rusiya ətrafında “düşmən halqası” fikrinə inanan azsaylı şəxslərdəndir, hətta 2014-cü ildə Krımın ilhaqında Putinlə yanaşı, heç bir tərəddüd etməyən yeganə şəxs kimi də adı çəkilir. Son vaxtlar Putinə ən yaxın olan komandanın üzvünə çevrildiyi haqda məlumatlar var. Bu baxımdan, Putinin yolun yarısında “atları dəyişdirməsi”nin təkcə mövcud vəziyyətlə yox, həm də gələcək planlara hesablandığını demək mümkündür.
Asif Nərimanlı - diaaz.space

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
| • Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01 |
|
|
|
| • Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58 |
|
|
|
| • "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54 |
|
|
|
| • Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51 |
|
|
|
| • Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49 |
|
|
|
| • Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51 |
|
|
|
| • Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50 |
|
|
|
| • Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38 |
|
|
|
| • DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36 |
|
|
|
| • Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33 |
|
|
|
| • “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28 |
|
|
|
| • Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14 |
|
|
|
| • Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06 |
|
|
|
| • Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04 |
|
|
|
| • Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58 |
|
|
|
| • Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53 |
|
|
|
| • II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49 |
|
|
|
| • Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46 |
|
|
|
| • Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46 |
|
|
|
| • "Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43 |
|
|
|
| • Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40 |
|
|
|
| • Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37 |
|
|
|
| • Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35 |
|
|
|
| • Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12 |
|
|
|
| • "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50 |
|
|
|
| • "Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37 |
|
|
|
| • Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07 |
|
|
|
| • Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06 |
|
|
|
| • "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00 |
|
|
|
| • "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51 |
|
|
|
| • Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41 |
|
|
|
| • Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39 |
|
|
|
| • ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36 |
|
|
|
| • Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35 |
|
|
|
| • "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Dünən, 12:27 |
|
|
|
| • Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Dünən, 12:19 |
|
|
|
| • Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Dünən, 12:15 |
|
|
|
| • "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Dünən, 11:56 |
|
|
|
| • Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Dünən, 11:48 |
|
|
|
| • Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Dünən, 11:46 |
|
|
|
|