Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                     Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb .....                     Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... .....                     "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı .....                     ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə .....                     Sülh prosesində hələ son mərhələyə çatmamışıq .....                     Dünya bazarlarında neft bahalaşıb .....                     Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA .....                     Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                     "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." .....                     NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                 

Avrasiya qitəsində vəziyyət gərgindir - İNCƏLƏMƏ
Tarix: 22-04-2024, 12:36 | Çap et
Avrasiya qitəsində vəziyyət gərgindir
Avrasiya qitəsində vəziyyət gərgindir. Müharibələrin və lokal toqquşmaların sayı artıb. Dövlət liderləri müharibələri sonlandırmaq və yenilərinin qarşısını almaq üçün səfərlərin saylarını artırıblar. Bölgədə qarşılıqlı səfərlərin çoxalması Avrasiyada mürəkkəb durumun yaranmasıyla bağlıdır. Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa və İran prezidenti İbrahim Rəisinin Pakistana səfəri ilə birbaşa əlaqəsi olmasa da, bu görüş və müzakirələr təhlükəsizlik məsələlərinə diqqətin artırılması ilə bağlıdır.
Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kremlin başqa bölgələrdə təsir imkanları getdikcə azalır. ABŞ və Avropa İttifaqı Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyada sıxışdırmağa çalışırlar. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Çinin də Cənubi Qafqaza və Mərkəzi Asiyaya təsir imkanları artıb. Rusiyanın hərbi hissələrinin Qarabağdan çıxarılması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verirdi. Kreml bu məsələdə Bakıya təzyiq edə bilmədi. Əka halda bu tərəfdaşlığa xələl gətirərdi. Rusiyanın Ermənistanda da mövqeləri zəifləmək üzrədir. Kreml Cənubi Qafqazı tam itirməmək üçün Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bakı Moskva ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək, ancaq dəhlizə Rusiya hərbçilərinin nəzarət etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya Orta dəhliz layihəsinin əhəmiyyətli kəsimini nəzarətində saxlayacaq. Bu Rusiyanın həm də Türk xəttini nəzarətdə saxlaması demək olacaq. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyə və regional layihələrin reallaşdırılmasını sürətləndirməyə hazırdır. Misal üçün Kreml şimal-cənub nəqliyyat dəhlizinin yük daşıma yükünü artırmaq istəyir. Bu dəhliz Azərbaycandan keçir. Azərbaycan bu istiqamətdə üzərinə düşəni etməyə hazırdır, sadəcə Moskva və Tehran Rəşt-Astara dəmirloyunun tikintisi həyata keçirilməlidirlər. Beləliklə, İlham Əliyev ruriyalı həmkarı Vladimir Putinlə həm Azərbaycanla Ermənistan arasındakı sülh prosesini, Zəngəzur dəhlizinin gələcəyini, həm də iqtisadi əlaqələr və şimal-cənub dəhlizinin reallaşmasının sürətləndirilməsini müzakirə edəcək.
Rəcəb Tayyib Ərdoğan da İraqa təhlükəsizlik məsələrini müzakirə etməyə gedib. Ankara ilə Bağdad arasında razılaşma əldə olunub. Türkiyə və İraq PKK terrorçularına qarşı birgə mübarizə aparacaqlar. PKK illərdir İraqın şimalında kök salıb. İraq öz qüvvələri hesabına PKK ilə mübarizə apararaq terrorçuları Kandil dağlarından qovmaq imkanına malik deyil. Bunu Türkiyə ordusu edəcək. İraqdan yeganə tələb Türkiyə ordusuna mane olmamaqdır. Bunun qarşılığında Türkiyə İraq iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayacaq, iki dövlət regional layihələri işə salacaqlar.
İran prezidenti İbrahim Rəisi Pakistana səfəri ilə bu ölkə ilə arasındakı anlaşmazlığı yoluna qoymaq istəyir. İran terrorçularla mübarizə adı altında Pakistan ərazisinə zərbələr endirmişdi. Pakistan da eyni adla İran ərazisinə zərbələr endirdi. Heç-heçə olduğundan hər iki tərəf barışmağa meyllidirlər. İran İsraillə növbəti toqquşmaya hazırlaşdığına görə, qonşuları ilə gərgin münasibətlər istəmir. Tehran üçün Azərbaycan istisnadır. Tehranın anti-Azərbaycan siyasətində fasilə yoxdur.
Bu arada, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın Azərbaycana planlaşdırılan səfəri də əhəmiyyətlidir. Ersin Tatar Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə qatılacaq. Ümumiyyətlə Azərbaycan Türkiyədən sonra Kuzey Kıbrıs Türk Cumhuriyyətinin müstəqilliyini tanımağa hazırlaşan ikinci dövlət olmağa yaxındır.
ABŞ dövlət katibi Entoni Blinkenin bu həftə Çinə səfəri də beynəlxalq aləmin diqqət mərkəzindədir. ABŞ rəsmiləri və konqresmenləri Çini Rusiya, Şimali Koreya və İranla birgə düşmən ölkə adlandırsalar da, Pekinlə dialoqdan imtina etmirlər, liderlər də ara-sıra görüşürlər. “Mehriban düşmənlər” olan ABŞ və Çin qarşıdurma istəmirlər. Ancaq Çinin bölgədə hərbi günü artırması və Tayvanı ələ keçirməyə çalışması Vaşinqtonun və onun bölgədəki müttəfiqlərini ciddi narahat edir. Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya və Sakit Okeanı bölgəsində də müharibənin başlayaca biləcəyi ehtimalı var. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı “Ream” adlı bazasında gəmilərinin sayı artıb. Hərbi baza Siam körfəzinin sahilində yerləşir. Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Bu layihə ABŞ-la yanaşı Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edirlər ki, uzunluğu 180 kilometr olan “Texo Funan” kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək. Bu Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq. Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir. Yəni hərbi gəmilər kanal vasitsilə birbaşa “Ream” hərbi bazasına çıxış imkanı qazanacaqlar. Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır. Entoni Blinken bu mövzuları müzakire etmək üçün Pekinə gedir.

Elxan Şahinoğlu - diaaz.space








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru