Rusiya-NATO müharibəsinə doğru: Putin “cəfəngiyyat”, Qərb “reallıq” deyir - İNCƏLƏMƏ
Tarix: 29-03-2024, 08:33 | Çap et
 “Rusiya NATO ilə döyüşmək fikrində deyil. Çünki hərbi bloka başçılıq edən ABŞ müdafiəyə Rusiyadan qat-qat artıq vəsait xərcləyir”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Torjokda hərbçilərlə görüşündə deyib: “Bizim bu dövlətlərə qarşı aqressiv niyyətimiz yoxdur. Əgər Ukraynada dövlət çevrilişi olmasa, Donbassda hərbi əməliyyatlar olmasaydı, biz heç vaxt Ukraynada heç nə etməzdik”.
Putin xatırladıb ki, 2022-ci ildə ABŞ-ın hərbi büdcəsi təqribən 811 milyard dollar, Rusiyanın isə 72 milyard dollar təşkil edib: “Və bu nisbəti nəzərə alaraq, biz NATO ilə vuruşacağıq, yoxsa nə? Bu, sadəcə cəfəngiyyatdır”.
Qeyd edək ki, martın 17-də Putin etiraf etmişdi ki, Rusiya NATO ilə genişmiqyaslı münaqişə ilə üzləşə bilər: “Məncə, müasir dünyada hər şey mümkündür. Amma mən artıq demişəm və hamıya da aydındır ki, bu, tammiqyaslı Üçüncü Dünya müharibəsi olacaq”.
Ötən il dekabrın əvvəlində isə ABŞ Prezidenti Co Bayden NATO ölkələrinə Rusiyadan təhlükənin artdığını açıqlamışdı. Pentaqon rəhbəri Lloyd Ostin isə Ukraynanın məğlubiyyətinin Rusiya ilə NATO arasında müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib və bildirib: “Putin Rusiyası Ukraynanın suveren ərazilərini tutmaqla qalmayacaq. Ukraynadan sonra hədəf NATO ölkələri olacaq”.
Rusiya lideri isə belə bəyanatları “cəfəngiyyat” adlandırıb: “Bu, onun Rusiya istiqamətindəki yanlış siyasətinə bəraət qazandırmaq üçün sadəcə bir bəyanatdır”. Putin qeyd edib və Rusiyanın NATO ilə müharibədə “heç bir səbəbi və marağı” yoxdur.
Yeri gəlmişkən, Şimali Atlantika Alyansı da əks fikirdədir. Yanvarın 19-da NATO Hərbi Komitəsinin sədri, holland admiral Rob Bauer Rusiya ilə müharibənin qaçılmaz olduğunu bəyan edib. Onun sözlərinə görə, blokun bütün ölkələri bunun yaxın 20 il ərzində başlayacağına hazırlaşmalıdırlar. Oxşar çağırış Böyük Britaniya, Danimarka, Norveç, Hollandiya, İsveç, Almaniya, Polşa, Çexiya, Belçika və Estoniyanın ordu komandirləri və müdafiə nazirləri tərəfindən də edilib.
Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə isə Putin NATO ilə uzunmüddətli perspektivdə genişmiqyaslı müharibəyə hazırlaşır. İnstitutun analitikləri hesab edirlər ki, Şimali Atlantika Alyansı ilə qeyri-nüvə münaqişəsi zamanı Kremlin planları ölkənin hərbi-inzibati bölgüsündə aparılan islahatlarla sübut olunur. Xüsusilə, qüvvələri qərb istiqamətində cəmləşdirə biləcək Moskva və Leninqrad hərbi dairələri yenidən yaradılıb.
Rusiya-NATO müharibəsi ehtimalını AYNA-ya şərh edən politoloq Zaur Məmmədov deyib ki, hazırda demək olar ki, Rusiya-NATO müharibəsi əslində Ukraynada dolayısı ilə gedir: “Birbaşa müharibə olmasa da, bu gün Ukrayna NATO silahları ilə döyüşür və bu, Rusiya-NATO müharibəsi deməkdir. Faktiki olaraq, NATO silahlarının Ukrayna tərəfindən Rusiyaya qarşı istifadə edilməsi bir təcrübədir. Alyans sanki silahlarını sınaqdan keçirir, silahlarının müharibələrdə hansı nəticələri verə biləcəyini öyrənir”.
“Digər tərəfdən, həm Avropa ölkələri, həm ABŞ hərbi texniki imkanlarını yeniləyir, modernləşmə aparır. Demək ki, NATO ölkələri hazırlıqlarını aparırlar. Artıq NATO ölkələrinin rəhbərləri də ordularının güclənməsinə, Rusiyanın hücumlarına hazırlıqla bağlı çağırışlar edirlər. Bunlar sıradan bəyanatlar deyil”, - Məmmədov fikrini tamamlayıb.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Bu gün, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Bu gün, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Bu gün, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Bu gün, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Bu gün, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Bu gün, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Bu gün, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Bu gün, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Bu gün, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Bu gün, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Bu gün, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Bu gün, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Bu gün, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Bu gün, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Bu gün, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Bu gün, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Bu gün, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Bu gün, 11:43 |
|
|
|
| • Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
| • Xocavənddə traktor minaya düşdü
Bu gün, 11:06 |
|
|
|
| • 8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Bu gün, 11:04 |
|
|
|
| • Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Bu gün, 11:01 |
|
|
|
| • “Qala Sığorta”da 19 milyon manatlıq azalma
Bu gün, 10:56 |
|
|
|
| • Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Bu gün, 10:40 |
|
|
|
| • ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Bu gün, 10:34 |
|
|
|
| • Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Bu gün, 10:32 |
|
|
|
| • Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Bu gün, 10:30 |
|
|
|
| • "Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Bu gün, 09:24 |
|
|
|
| • ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Bu gün, 09:22 |
|
|
|
| • Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Bu gün, 09:20 |
|
|
|
| • Dünya bazarlarında neft bahalaşıb
Bu gün, 09:18 |
|
|
|
| • Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Bu gün, 09:13 |
|
|
|
| • Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42 |
|
|
|
| • Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28 |
|
|
|
| • "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25 |
|
|
|
| • NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22 |
|
|
|
| • “Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06 |
|
|
|
| • Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59 |
|
|
|
| • Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55 |
|
|
|
| • Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51 |
|
|
|
| • AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44 |
|
|
|
| • Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09 |
|
|
|
| • ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06 |
|
|
|
| • Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03 |
|
|
|
| • Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01 |
|
|
|
| • Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58 |
|
|
|
| • "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54 |
|
|
|
| • Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51 |
|
|
|
| • Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49 |
|
|
|
|