Xəstəxanalardakı uzman həkimlər .....                     Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr .....                     Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib .....                     Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi .....                     Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı .....                     Orxan Rəhimov direktor təyin edildi .....                     Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər .....                     Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı .....                     “Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır .....                     Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib .....                     Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var .....                     Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı .....                     Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək .....                     Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir .....                     Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb .....                     Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: .....                     Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... .....                     “Bacıma söyürdü” .....                     Dilqəm Əsgərov oğlu ilə dalaşdı .....                     “Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı .....                     Heç nə ADSEA-nın umrunda deyil... .....                     Naxçıvanda çörəyə də HARAM QATIRLAR... .....                     Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürən şəxs .....                     Dövlət Məşğulluq Agentliyi auditor seçir .....                     Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb .....                     Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü .....                     Adil Vəliyev Sabunçuda obyektlərin üstünü satır .....                     Zonabendin iflasa məhkum tamaşası və puç olan arzular .....                     Gürcüstandan işğal olunan Abxaziyaya yanacaq göndərilir .....                     Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi .....                     Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı .....                     Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi .....                     “Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim” .....                     FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi .....                     Ermənistan bu kəndi Azərbaycana qaytaracaq .....                     Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, .....                     Nazir müavininə ağır itki .....                     Azərbaycan nefti 95.5 dollara satılır .....                     Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? .....                     Ermənistanın ikili oyunu: nə gözlənilir? .....                 

Qazan qaynayır, Ərdoğan və Putin görüşməyə hazırlaşır - Qarabağ məsələsi də müzakirə olunacaq...
Tarix: 18-09-2021, 12:01 | Çap et
Qazan qaynayır, Ərdoğan və Putin görüşməyə hazırlaşır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimal-qərbində baş verən zorakılıqları müzakirə etmək məqsədilə bu ayın sonlarında Rusiyada prezident Vladimir Putinlə görüşəcək. Bu barədə məlumatı iki Türkiyə rəsmisinə istinadən ötən gün “Reuters” agentliyi yayıb.

Xəbər verildiyi kimi, Suriyanın şimalında, bir il əvvəl Türkiyə və Rusiyanın birbaşa hərbi toqquşma riskinə gəlib çatdıqları İdlib bölgəsində qazan yenə qaynayır. Rusiya aviasiyası və Əsəd rejimi qüvvələri son günlər Suriyanın şimalında, İdlibdə müxalif qruplaşmalara qarşı hücumları artırıb. Rusiya aviasiyası o cümlədən Türkiyə sərhədinin cəmi bir neçə kilometrliyindəki yaşayış məntəqələrini və Türkiyə ordusunun müşahidə məntəqələrinin yaxınlığındakı nöqtələri vurur. Habelə PKK/YPG terrorçularının hücumları nəticəsində Türkiyə ordusu Suriyanın şimalında itkilər verir.

İdlibdə Əsəd rejimi və Türkiyəyə bağlı müxalif qruplaşmalar arasında döyüşlər 2020-ci ilin martında Ankara ilə Moskva arasında əldə edilmiş atəşkəs razılaşması əsasında dayandırılmışdı. Həmin vaxt Türkiyə ordusunun “Bayraktar” və digər dronları Əsəd ordusunun İdlibə hücumunun dayandırılmasına, hökumət qüvvələrinin və onlara bağlı qrupların ağır itkilər verməsinə səbəb olmuşdu.

İndi isə Əsəd yenidən İdlibə nəzarət etmək niyyətindədir və ehtimal olunur ki, Suriya diktatoru bu məsələni bir neçə gün əvvəl Moskvaya sürpriz səfəri zamanı Putinlə müzakirə edib.

Məlumatlara görə Suriya ordusu İdlib istiqamətində qüvvələr cəmləşdirir və irimiqyaslı yerüstü hücum əməliyyatının başlaması "an məsələsidir". Habelə İdlibdə Türkiyənin dəstəklədiyi 4 müxalif qruplaşma bu günlərdə "Suriya azadlıq cəbhəsi" adı altında 20 minlik vahid ordu şəklində birləşdiklərini elan ediblər və belə görünür ki, Əsəd ordusunun yeni hücumuna hazırlaşırlar.

“Reuters” yazır ki, hər iki tərəf-həm Rusiya, həm Türkiyə 18 ay bundan əvvəl imzalanmış atəşkəs razılaşmasının pozulmasından şikayətlənir. Türkiyə ötən şənbə günü bu bölgədə iki əsgərinin şəhid olduğunu xəbər verib. Adının çəkilməməsi şərtilə danışan Türkiyə rəsmisi deyib ki, Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılan görüşdə gündəliyin əsas mövzusu Suriya, daha dəqiq deyilərsə, İdlib olacaq. Həmin rəsmi, İdlib razılaşmasının hələ də tam icra edilmədiyini vurğulayıb.

2020-ci ilin martında imzalanmış atəşkəs razılaşmasından əvvəl Türkiyə və Rusiya birbaşa toqquşma həddinə çatmışdılar.

Başqa bir vəzifəli Türkiyə rəsmisi isə “Reuters” agentliyinə deyib ki, Suriyada daha bir eskalasiya baş verməməlidir.

Ərdoğanın Rusiyaya planlaşdırılan ikigünlük səfərindən əvvəl Türkiyə prezidenti gələn həftə BMT Baş Assambleyasında iştirak üçün Nyu Yorka yola düşəcək. Bu səfərlərin heç birinin dəqiq tarixi göstərilmir. “Reuters” yazır ki, Suriya və Liviya münaqişələrində Rusiya və Türkiyə qarşı duran tərəfləri dəstəkləsələr də, Moskva və Ankara arasında müdafiə, enerji və turizm sahələrində sıx əməkdaşlıq mövcuddur.

NATO üzvü olan Türkiyənin Rusiyadan S-400 raket sistemi alması Türkiyə müdafiə sənayesi üzərinə ABŞ sanksiyalarının qoyulması ilə nəticələnib.“Reuters”-in müsahibi olan hər iki Türkiyə rəsmisi Ərdoğanla Putin arasında bu məsələnin, habelə enerji layihələrinin və turizmin müzakirə oluna biləcəyini deyib.

Xəbərdə deyilir ki, Ankara və Moskva habelə ötən il Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədə rəqib olublar. Rusiya bu münaqişədə Türkiyənin dəstəklədiyi Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə edilməsinə nail olub. Bununla yanaşı Türkiyəyə atəşkəsin monitorinqində iştirak imkanı verilib. Bundan başqa Türkiyə bu ilin əvvəllərində Ukraynaya, daha sonra isə NATO üzvü Polşaya “Bayraktar” dronları satmaqla Rusiyanı qəzəbləndirib. Rəsmi bildirib ki, Soçi danışıqlarında həm Dağlıq Qarabağ, həm də dron məsələləri müzakirə oluna bilər.

virtualaz.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?
Bu gün, 13:08
Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr – 7 ölkədə sorğu
Bu gün, 13:01
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib - "Yaxın vaxtlarda..."
Bu gün, 12:59
Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi - Ali Məhkəmə NÖQTƏNI qoydu
Bu gün, 12:56
Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı - "Evimdəyəm, ocağımdayam..."
Bu gün, 12:53
Orxan Rəhimov direktor təyin edildi - ƏMR
Bu gün, 12:44
Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər - Paşinyandan AÇIQLAMA
Bu gün, 12:40
Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı
Bu gün, 12:32
“Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır - Bakıdakı böyük savaş
Bu gün, 12:27
Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib - Ermənistan mediası
Bu gün, 12:20
Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR
Bu gün, 12:18
Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı - KİV
Bu gün, 12:12
Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək
Bu gün, 12:01
Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb
Bu gün, 11:56
Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: - Azərbaycan vətəndaşları xarici sərgüzəştlər üçün sərf olunan material deyil
Bu gün, 11:50
Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... - VİDEO
Bu gün, 11:45
“Bacıma söyürdü” – Yeznəsini bıçaqlayan kişinin MƏHKƏMƏSİ
Bu gün, 11:38
Dilqəm Əsgərov oğlu ilə dalaşdı - VİDEO
Bu gün, 11:36
“Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı - NƏ BAŞ VERİR?
Bu gün, 11:27
Heç nə ADSEA-nın umrunda deyil... - Tam ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:26
Naxçıvanda çörəyə də HARAM QATIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 11:09
Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 10:59
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Bu gün, 10:50
Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb – FOTO
Bu gün, 10:48
Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:35
Adil Vəliyev Sabunçuda obyektlərin üstünü satır - VİDEO
Bu gün, 10:29
Zonabendin iflasa məhkum tamaşası və puç olan arzular - Bakının mövqeyi qətidir
Bu gün, 10:23
Gürcüstandan işğal olunan Abxaziyaya yanacaq göndərilir – Kobaxidze təsdiqləyib
Bu gün, 10:18
Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi - FOTO
Bu gün, 10:12
Şadlıq sarayında mahnı sifarişinə görə dava salaraq qonağın burnunu sındırdı – QƏRAR
Bu gün, 10:09
Kəmaləddin Heydərov Baş İdarəni ləğv etdi - BUNDAN SONRA...
Bu gün, 10:06
“Mahnılarım unudulmur, xarici ölkələrdən dəvətlər gəlsə də getmədim” - 89 yaşlı Elmira Rəhimova
Bu gün, 10:04
FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - TƏFƏRRÜAT
Bu gün, 09:58
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq - “Hraparak”
Bu gün, 09:47
Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, həbs olundu
Bu gün, 09:40
Nazir müavininə ağır itki
Bu gün, 09:29
Azərbaycan nefti 95.5 dollara satılır
Bu gün, 09:26
Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? - AKTUAL
Bu gün, 08:11
Ermənistanın ikili oyunu: nə gözlənilir? - ŞƏRH
Bu gün, 08:07
Elə bil kimsə buraları şumlayıb... - Nə başçı, nə də deputat maraqlanmır...
Bu gün, 08:05
Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı – SENSASİON DETALLAR
Bu gün, 07:56
Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi - Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
Bu gün, 07:45
"Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:41
“Türk anakondası” İranı mühasirəyə alır — "Silah və hərbi qüvvə Zəngəzurdan daşınacaq"
Bu gün, 07:38
ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib - “ProPublica”
Bu gün, 07:34
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? – Vacib detallar açıqlandı
Bu gün, 07:31
SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ - TƏFƏRRÜAT
Bu gün, 07:07
Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... - Nüvə silahı artıq yada düşmür...
Bu gün, 07:01
Kəramətdən gözləntiniz nə idi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru