Paşinyanın mətbuat katibi Baş nazirin istefası ilə bağlı məlumatları təkzib edib
Ermənistan Baş nazirinin mətbuat katibi Mane Qevorqyan Nikol Paşinyanın istefası ilə bağlı məlumatlara münasibət bildirib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, Qevorqyan Paşinyanın istefası ilə bağlı yayılan məlumatları qeyri-ciddi olduğunu bildirib.
“Telegram kanallarından Baş nazir Nikol Paşinyanın istefası ilə bağlı məlumatlar dezinformasiyadır”, mətbuat katibi əlavə edib.
Qeyd edək ki, bu gün bir sıra “Telegram” kanalları Paşinyanın axşam saatlarında istefa verməsi barədə məlumat yaymışdı.
Yeri gəlmişkən bildirək ki, İrəvanda müxalif qüvvələr Paşinyanın istefa tələbilə mitinqləri davam etdirməkdədir. Etirazçılar Paşinyanın istefası ilə yanaşı, Vazgen Manukyanın Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyi tələb edirlər.