Dənizdə batan Ümid müstəntiq işləyirmiş .....                     Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb .....                     İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir .....                     Qazaxda Federasiya Kuboku yarışı keçirilib .....                     Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir .....                     İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! .....                     Bərdədə səhiyyə sistemi iflic durumda! .....                     Şəki xəstəxanasında ÖZBAŞINALIQ .....                     "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." .....                     “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” .....                     Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR .....                     Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı .....                     SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü .....                     Şəhid anası ACINACAQLI DURUMDA... .....                     Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? .....                     Uşaqlarınızı ölümə göndərməyin! .....                     AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... .....                     Naxçıvanda CƏLİLOVŞİNA .....                     Gürcüstanda ELEKTROŞOK .....                     ƏSL JURNALİSTİKA... .....                     "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... .....                     "Xeyli insanı işsiz qoyublar..." .....                     "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." .....                     Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... .....                     Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi .....                     Okeanın bu tayından okeanın o tayına iradlar... .....                     Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi .....                     Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? .....                     "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" .....                     Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi .....                     İran və Ermənistan birgə işçi qrupu yaradır .....                     Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı .....                     "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu .....                     Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” .....                     Gürcüstanda enerji böhranı: .....                     Bakı şəhəri yenə yuyuldu .....                     Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar .....                     Ermənistanın ixracı: .....                     "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" .....                     SEPAH-ın ultimatumu: .....                 

DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏ KORRUPSİYA
Tarix: 27-02-2012, 10:23 | Çap et
DÖVLƏT MİQRASİYA XİDMƏTİNDƏ KORRUPSİYA

TİMUR MEHDİYEVİN İDARƏSİNDƏ MİQRANT DƏLLALLARI AT OYNADIR

DİA.AZ: - Azərbaycana xaricdən gələn miqrantların sayı artdıqca bu sahədə boşluqlar da özünü göstərməyə başlayıb. Hal-hazırda ölkədə nə qədər miqrantın olduğunu dəqiq deyən yoxdur. Bu sahənin mütəxəssisləri bildirirlər ki, Dövlət Miqrasiya Xidmətinin rəsmi açıqlamaları reallığı əks etdirmir. Bu barədə hətta Milli Məclisdə müzakirə olunmuşdu. Millət vəkilləri Dövlət Miqrasiya Xidmətinin Azərbaycana gələn miqrantlarla bağlı verdiyi statistik məlumatlar yetərincə dəqiq olmadığını bildirmişdilər. Və bu sahəyə diqqətin artırılması qeyd edilmişdi.

Çünki əməkçi miqrant adı ilə Azərbaycana gələn əcnəbilərin çox qismi rəsmi qeydiyyata düşmürlər. Daha çox Gürcüstandan və İrandan olan bu şəxslər qeydiyyatsız fəailiyyət göstəririlər. Çünki onlar əməkçi miqrant kimi ölkəmizdə işləmək üçün lazım olan sənədləri yığsalarda, qeydiyyat üçün Miqrasiya Xidmətindən dövlət rusumu adı altında külli miqdarda rüşvət tələb olunduğunu iddia edirlər. Özü də nə az, nə çox - hərəsinə 2-3 min manat.

Bəs əslində əməkçi miqrant kimi Azərbaycana gələn əcnəbilər hansı sənədləri toplamalı və nə qədər rüsum ödəməlidirlər. DİA.AZ olaraq araşdırmamıza görə, xarici vətəndaşlar fərdi qaydada əməkçi miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidir. Bunun üçün miqrant əvvəlcə nazirliyin miqrasiya şöbəsindən vahid ərizə formasını almalı və orada niyə Azərbaycanda işləmək istədiyini əsaslandırmalıdır. Bundan başqa, xarici əmək miqrantlarından pasport (viza müddətinin başa çatmasına ən azı 3 ay qalmaqla), ali təhsil haqqında diplomu (və ya sertifikat), işləyəcəyi müəssisənin təsis sənədlərini, Azərbaycanda qeydiyyatda olduğunu təsdiq edən vəsiqənin (bu sənəd Daxili İşlər Nazirliyi tərəfindən verilir) surətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki müvafiq komissiyaya təqdim etməlidir. Komissiya isə bu sənədləri Dövlət Miqrasiya Xidməti ilə müzakirə etdikdən sonra xarici vətəndaşın miqrant kimi Azərbaycanda işləməsinə icazə verilir. Bundan sonra miqrant 45 manat məbləğində dövlət rüsumu ödəməklə əmək fəaliyyətinə başlaya bilər.

Bundan əlavə Beynəlxalq təcrübəyə əsasən, ölkəyə əmək fəaliyyəti üçün gələn əcnəbi avtomatik olaraq immiqrant statusu almalıdır. Qanunda isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşayış hüququnu Azərbaycanda ən azı iki il yaşadıqdan sonra tanımağı nəzərdə tutur. Digər tərəfdən onlar müvəqqəti qalma və müvəqqəti yaşama mərhələlərini keçməlidir. Müvəqqəti qalma müddəti giriş vizasının müddəti ilə məhdudlaşır. Vizasız giriş hüququ olan şəxslər - məsələn, MDB ölkələrinin sakinləri - Azərbaycanda 90 günə qədər qala bilərlər.

Bundan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 1 il müddətinə qədər müvəqqəti yaşama icazəsi almalıdırlar, bu icazə dörd dəfə eyni müddətə uzadıla bilər. Və hər dəfə də yeni icazə almaq üçün Miqrasiya Xidmətinə müraciət etməlidir. Təbii ki, rüşvət vermə proseduru yenidən təkrarlanmalıdır. Yalnız Azərbaycanda iki il yaşadıqdan sonra xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs 5 il müddətinə immiqrant statusu ala bilər.

Digər tərəfdən normal ölkələrdə xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər immiqrant statusu almaq üçün gedəcəyi ölkənin diplomatik missiyasına müraciət edir. Onlar ölkəyə gəlmədən immiqrant statusu və ya imtina cavabı ala bilərlər. Bizdə bütün məsələlər burda həll olunur. Onlar əvvəlcə iş icazəsi, sonra müvəqqəti yaşama icazəsi, bundan sonra immiqrant statusu almaq üçün Azərbaycana gəlməli və yerində məmurlarla görüşməlidirlər. Yəni bura gəlmək istəyən əcnəbi bilavasitə məmurların bığının altından keçməlidir. Və bu cür pullu iş bilavasitə Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi miqrasiya idarəsinin məmurları ilə görülür.

Ancaq söhbət elədiyimiz əcnəbilər sənədləri toplayıb, dövlət rüsumu ödədikdən sonra da qeydiyyata düşməyin mümkün olmadığını bildirirlər. Onların dediyinə görə hal-hazırda qeydiyyata düşməyin ən asan yolu miqrant dəllallarına müraciət etməkdir. Həmin dəllallar müxtəlif adda şirkətlər yaradaraq, guya əcnəbilərin Azərbaycana gəlib işləməsini təmin edirlər. Və bu şirkətlərin vasitəsilə 2-3 min manat pulun miqdarında kimi istəsən Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçirə bilərsən. Özü də bunun üçün yuxarıda sadalanan sənədlərin hamısı tələb olunmur. Yalnız əcnəbi vətəndaşın pasportu və pulu kifayətdir. Maraqlıdır ki, Dövlət Miqrasiya Xidmətində belə bir vəziyyətin yaranması PA rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin həmin idarəyə birinci müavin təyin olunmasından sonraya təsadüf edir. Bu sahə ilə məşğul olan şəxslərin sözlərinə görə əvvəllər problem bu qədər ciddi deyilmiş.

Məhz T.Mehdiyevin gəlişindən sonra artan miqrant dəllallarının yaratdıqları şirkətlər əcnəbi vətəndaşları idmançı, turist adı ilə ölkəyə gəlməsinə köməklik edir. Və onları pulun hesabina əməkçi miqranta çevirirlər. Bəzi hallarda isə bu əcnəbilər insan alverinin qurbanı olurlar. Onlar dediyim kimi, idman, futbol, turist, hansısa sahənin mütəxəssisi kimi bura gətirilir, sonra isə pasportunu əlindən alıb restoranlarda, şadlıq evlərində ayrı-ayrı məqsədlərlə çalışdırırlar. Misal üçün, şadlıq evlərində qara qul kimi, xonça tutan kimi işləyən və yaxud müştəri cəlb etmək üçün qapıda duran qara dərili əcnəbiləri əksəriyyət görüb. Hətta onları televiziya ekranlarına belə çıxardıblar. Bu insanlar kimdir, hansı adla orda çalışırlar, onları kimlər himayə edir? Bütün bunlar növbəti araşdırmalarımızda...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37
Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31
İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28
Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37
Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32
İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28
Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24
Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19
"Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13
“Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11
Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05
Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56
SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53
Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35
Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22
Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10
AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06
Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56
Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37
ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26
"Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13
"Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00
"Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51
Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47
Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32
Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26
Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01
Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56
"SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53
Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49
İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45
Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28
Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19
Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17
Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31
Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05
Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04
"Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45
SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35
Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32
Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27
NAZİRİN NƏZƏRİNƏ: "Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi?" - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:21
Yavaş yeni partiya quran Özələ zəng vurdu – CHP-dən istefa verəcək?
Dünən, 12:17
““İnsanlar tənbəlləşib” anlayışı son zamanlar siyasi səhnədə çox səslənsə də, belə bir anlayış yoxdur” - Tural Abbaslı
Dünən, 12:10
İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ: "Bir bu qalmışdı..." - FOTO
Dünən, 12:09
"Zolotaya Korona" Azərbaycana da köçürmələri dayandırdı - TƏFƏRRÜAT
Dünən, 12:07
Dövlətin milyonları necə mənimsənilir? - Hüquqşünaslar AYDINLIQ GƏTİRDİLƏR
Dünən, 12:04
Rumıniyada F-16 pilotu naməlum PUA-nı zərərsizləşdirib
Dünən, 12:01
Azərbaycanda aldığı əşyaya görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT
Dünən, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru