Paşinyan Rusiyaya səfər edib .....                     Sədərək gömrüyündə DƏRƏBƏYLİKDİR... .....                     Kişi "WhatsApp"da başqa şəxslə yazışan arvadını döydü, 1500 manat cərimələndi .....                     Putin 2027-ci ilin fevralınadək danışıqlara getməyəcək .....                     Ev almaq istəyənlərin nəzərinə .....                     “Laçını bu şəbəkənin əlindən qurtarın!” .....                     Ölübsə, necə tibbi yardım göstərəcək? .....                     Avropa ABŞ-sız böyük savaşa hazırlaşır .....                     Britaniya XİN əməkdaşlarının elektron poçtları ələ keçirilib .....                     Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR .....                     "Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi" .....                     Gizli şəbəkənin dəhşətli əməlləri... .....                     Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? .....                     Balakişi müəllim prosesə daha realist baxır... .....                     Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! .....                     Dübəndi sahilində FACİƏVİ DURUM... .....                     "Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." .....                     Benzin qıtlığı yaşayan Rusiyanın .....                     Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır .....                     "Ağılsız müharibədən ağıllı çıxış olmur" .....                     Zay məhsul satıb, aradan çıxırlar... .....                     İflic duruma düşən elektron məhkəmə sistemi .....                     Gələcəkdə belə əsərlər yarana bilərmi? .....                     Erməni adı altında Avropaya sığınan... .....                     Zəlzələn “mübarək”, İqbal Ağazadə! .....                     Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir .....                     Zülfəlinin buldozerin ağzına verdiyi TARİX .....                     Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... .....                     Günün fotosu: .....                     Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... .....                     Girişi pullu, çıxışı boş ümid dünyası! .....                     İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb .....                     Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... .....                     Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? .....                     AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur .....                     MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... .....                     Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib .....                     Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR .....                     Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi .....                     Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb .....                 

Cəmil Quliyevdən İTV-dəki kadr islahatları ilə bağlı ilginc açıqlamalar
Tarix: 26-12-2013, 17:04 | Çap et
Cəmil Quliyevdən İTV-dəki kadr islahatları ilə bağlı ilginc açıqlamalar
"Burada pis heç nə yoxdur"

DİA.AZ trend-ə istinadən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin müsahibəsini təqdim edir:
- İTV Yayım Şurasının sizi baş direktor seçməsindən 8 ay ötüb. Bu müddət ərzində telekanalda ilkin məqsədlərinizə nail ola bildinizmi?
- Qısa desək, başa çatan dövrdə xüsusilə yayım proqramının şəbəkəsi dəyişib. Biz maraqlı proqramları saxlamaqla yanaşı, minimum xərclə yenilərini yaratdıq. Efirdə verilişlərin yayım konsepsiyası da dəyişdi.
- Bəzi dedi-qoduçular iddia edirlər ki, telekanalın reytinqi aşağı düşüb.
- Bu, İTV-yə qarşı bəzi sosioloji xidmətlərin yürütdüyü düşünülmüş taktikadır. Birincisi, televiziya tamaşaçıları arasında populyarlıq qazanmış proqram və verilişlər yenə də onları sevindirməyə davam edir. Başa çatmış 8 ay ərzində İTV-də cəmi bir proqram bağlanıb, lakin müxtəlif xarakterli 10 yeni televiziya proqramı açılıb. Film və musiqi proqramlarının nümayiş sistemi dəyişdirilib. Bizə məlumdur ki, cəmiyyət bu dəyişiklikləri müsbət reaksiya ilə qarşılayıb. İncəsənət və mədəniyyətlə bağlı proqramların sayı artırılıb, tok-şouların sayı isə hətta iki dəfə artıb.
Təkcə son 3 ay ərzində görkəmli bəstəkarlar Emin Sabitoğlu və Elza İbrahimova, şairlər Əhməd Cəmil, Məmməd Araz, yazıçı Elçin və digərlərinə həsr edilmiş sənədli filmlər çəkilib və nümayiş etdirilib. Muğam ustadı Arif Babayev, aktyorlar Həsən Məmmədov, İlham Namiq Kamal, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb və rejissor Tofiq İsmayılovun həyat və yaradıcılığına həsr edilmiş onlarla televiziya filmi "Carçıfilm" studiyasının yeni uğurları sırasına aid edilir.
Bundan başqa, İTV yerli və beynəlxalq xarakterli irimiqyaslı tədbirləri yayımlayır. Biz prezident seçkilərini kifayət qədər uğurla işıqlandırdıq, Azərbaycan efirində "Eurovision-2013" mahnı müsabiqəsinin bütün prosedurlarının təşkilini və informasiya dəstəyini təmin etdik, TRT orkestri ilə birgə "Axşam səfası" layihəsini və s. həyata keçirdik. Yeri gəlmişkən, böyüklər və uşaqlar arasında "Eurovision-2013" müsabiqələrində televiziya kanalımızın fəal iştirakı ilə Azərbaycan təmsilçiləri müvafiq olaraq ikinci və yeddinci yerləri tutdular. Əgər xatırlayırsınızsa, ötən il 12 ölkənin uşaqları arasında keçirilən "Eurovison" müsabiqəsində təmsilçimiz 11-ci olmuşdu.
İTV son aylar beynəlxalq və yerli əhəmiyyətli bir çox mükafatlar qazanıb. Onlar arasında "Qağayı" filmini qeyd etmək istərdim. Biz həmin filmlə Rusiyanın paytaxtı Moskvada keçirilmiş Beynəlxalq televiziya və kinofilmlər festivalında təmsil olunmuşduq. Telekanalımızın yaradıcılıq məhsulu "Ən yaxşı sənədli film" nominasiyasında qalib oldu. Yeni il ərəfəsində İctimai Televiziya və Radio daha bir uğur qazandı. Yayım şirkətinin adı "Azeri Business Award" milli mükafatının laureatları sırasına daxil edildi. Xatırladım ki, bu mükafatın təsisçisi Azərbaycanın işgüzar dünyasının qabaqcıl nəşri "Business Time" jurnalıdır.
- Maraqlıdır ki, cəmiyyətdə yaradıcılıq məsələləri deyil, sizin tərəfinizdən aparılan kadr dəyişiklikləri müəyyən reaksiya doğurdu. Bəzi kütləvi informasiya vasitələri sizi AzTV-nin kadrlarına üstünlük verməkdə qınayır.
- Əvvəla, biz telekanalda mövcud yaradıcı özəyi qoruyub saxlamışıq. Lakin xatırlatmaq istəyirəm ki, 2005-ci ildə İTV yarananda bir çox rəhbər, yaradıcı və texniki kadrlar AzTV-dən dəvət olunmuşdu. Və burada pis heç nə yoxdur. Mənim üçün AzTV həmişə bütün ölkənin televiziya məkanı üçün mütəxəssislərin hazırlanmasında əsas peşəkar məktəb olub. Mən özüm bu yaxınlaradək AzTV-də çalışmışam, atam uzun illər Azərbaycan Televiziya və Radiosuna rəhbərlik edib. İTV-nin baş direktoru seçildikdən sonra mənə həvalə olunan telekanalın peşəkarlıq səviyyəsinin artırılması məqsədilə AzTV-dəki kadrları bura cəlb etdik. İTV-də kadr dəyişiklikləri ayrı-ayrı KİV səhifələrində ciddi reaksiya doğurdu, çünki işdən çıxarılan işçilərin bəzilərinin onlarla sıx əlaqəsi var və bu da İTV-dəki dəyişikliklərə qarşı qəzəbli kampaniyaya gətirib çıxarır.
- "Eurovision-2014" müsabiqəsinə hazırlıq necə gedir?
- 2014-cü ilin yanvarından İTV-də beynəlxalq "Böyük səhnə" layihəsi başlayır ki, orada kastinqlər və "Eurovision-2014" müsabiqəsinin iştirakçılarının seçimi aparılacaq.
- Adətən, televiziya işçiləri öz planlarını bölüşməyi sevmirlər. Lakin bilmək istərdik ki, qarşıdan gələn ildə İTV-nin tamaşaçılarını hansı yeniliklər gözləyir.
- Bizim gələcəklə bağlı planlarımız çoxdur. Bu planlar, xüsusilə, beynəlxalq fəaliyyətimiz və İTV-nin proqram siyasəti ilə bağlıdır. Mən televiziyaya gəlişimdən sonra gördüm ki, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uğurlu siyasəti nəticəsində ölkəmizdə televiziya məkanının inkişafı üçün hər cür şərait yaradılıb. Biz televiziya işçilərinə isə yalnız dövlətin və xalqın səadəti naminə çalışmaq qalır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Rusiyaya səfər edib
Bu gün, 09:21
Sədərək gömrüyündə DƏRƏBƏYLİKDİR... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Kişi "WhatsApp"da başqa şəxslə yazışan arvadını döydü, 1500 manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 08:19
Putin 2027-ci ilin fevralınadək danışıqlara getməyəcək - FT
Bu gün, 08:08
Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!
Bu gün, 08:06
“Laçını bu şəbəkənin əlindən qurtarın!” –Qazidən Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Bu gün, 07:47
Ölübsə, necə tibbi yardım göstərəcək? - İllərdir müzakirə olunan maddə
Bu gün, 07:43
Avropa ABŞ-sız böyük savaşa hazırlaşır
Bu gün, 07:34
Britaniya XİN əməkdaşlarının elektron poçtları ələ keçirilib - "The Daily Telegraph"
Bu gün, 07:32
Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR - BU DA FAKT...
Bu gün, 06:39
"Azərbaycanın təklifini blokladıq, Paşinyan çoxluğu itirdi" - Ermənistanda təşviş
Bu gün, 06:34
Gizli şəbəkənin dəhşətli əməlləri... - qanunsuz fəaliyyət, dağılan ailələr, məhv olan gənclik
Bu gün, 06:30
Kamaləddin Qafarov səhiyyə naziri olmaq istəyir? - Tibbi təhsili yoxdur
Bu gün, 06:25
Balakişi müəllim prosesə daha realist baxır... - ONA GÖRƏ DƏ...
Bu gün, 05:00
Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! - "Naxçıvan şəxsi biznes meydanı deyil!"
Bu gün, 04:56
Dübəndi sahilində FACİƏVİ DURUM... - FOTOFAKT
Bu gün, 04:32
"Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." - MÜRACİƏT
Bu gün, 04:26
Benzin qıtlığı yaşayan Rusiyanın BELARUS NƏFƏSLİYİ
Bu gün, 04:14
Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır - KİV
Bu gün, 04:11
"Ağılsız müharibədən ağıllı çıxış olmur" - partiya sədri
Bu gün, 04:07
Zay məhsul satıb, aradan çıxırlar... - AXI NİYƏ?..
Bu gün, 04:02
İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53
Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45
Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41
Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37
Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32
Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23
Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08
Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59
Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55
Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44
İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01
Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57
Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44
MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03
Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38
Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23
Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20
İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11
Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05
Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52
"Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43
Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40
Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru