İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                     Elm və Təhsil Nazirliyi ləğv edilsin! .....                     5 ayda 0 faiz artım.... .....                 

ŞOK: PUTİN İRƏVANA В«QARABAĞI BOŞALTВ» TƏLİMATINI VERİB
Tarix: 4-12-2013, 09:03 | Çap et
ŞOK: PUTİN İRƏVANA В«QARABAĞI BOŞALTВ» TƏLİMATINI VERİB
RUSİYA PREZİDENTİNİN ERMƏNİSTAN SƏFƏRİ İLƏ BAĞLI İLGİNC FAKTLAR

DİA.AZ: - Əslində bu gün Ukraynada baş verənlər Rusiya kimi Qərbin də öz maraqları istiqamətində nə qədər israrlı olmasını sübutlamaqdadır. Yəni dünənə qədər bizdə elə bir təəssürat var idi ki, keçmiş sovet məkanında yalnız Rusiya qətiyyətli və israrlı görünə bilər. Amma indi anlaşılanı odur ki, Qərb üçün qeyd olunan region artıq kifayət qədər tanışdır.

Elə bir mərhələ yetişib ki, Qərb köşəyə də çəkilə bilir, yəni çəkilməyə köşə də tapır, gərəkən anda meydana da çıxmağı bacarır. Və Ukraynanın bu gün əslində Avropanın bölgədəki maraqları baxımından bir sınaq mərhələsində olması da vəziyyətin kifayət qədər gərginliyindən xəbər verməkdədir.

Dünən Ukraynada müxalifət, daha doğrusu, Avropanın dəstək verdiyi müxalifət çevrilişin qapısına qədər yaxınlaşmağı bacardı. Amma alınmadı. Rusiyanın dəstək verdiyi, daha doğrusu, Rusiyanın yanında olmaq zorunda qalan Yanukoviç iqtidarı Kremlin istəyi ilə geri çəkilmədi. Halbuki situasiya elə bir nöqtəyə qədər inkişaf etdirilmişdi ki, Yanukoviçin Regionlar Partiyası hakimiyyəti təhvil verməli idi.

Əslində bu gün Ukraynada baş verənlərin Azərbaycanın xarici siyasətinə də təsir etməsi bir faktdır və bu baxımdan rəsmi Bakı da öz addımlarını məhz Ukraynada cərəyan edn olaylara uyğun şəklə salmaq zorundadır. Çünki Azərbaycan, məsələn, Ermənistandan fərqli olaraq dövlətdir və konkret dövlət aparatına malikdir. Dövlətlər isə öz siyasətlərini cəngəllik qanunları ilə yox, məhz dünyada, ən yaxın məsafədə və maraqlı regionlarda baş verən hadisələrə uyğunlaşdırmaq zorundadırlar.

Bu gün özünü tam olaraq Rusiyaya təslim etmiş Ermənistanın elə bir qayğısı mövcud deyil. Hətta Ukraynada sonuncu rus qalalarını belə göyə uçursalar, rəsmi İrəvan Kremlin qucağından düşməyəcək. Və bunu həm də Qərb dairələri yaxşı bili rvə Qərbdə Ermənistana Rusiyanın uzantısı kimi yanaşıldığından o ərazi ilə bağlı Qərbin hər hansı ciddi maraq layihələri, planlamaları da mövcud deyil. Çünki istənilən halda Ermənistanın əvəzindən qərarı Rusiya verəcək və Ermənistanda hakimiyyətin dəyişməsi də bu situasiyanı dəyişməyəcək. Artıq Qərbdə yaxşı anlayırlar ki, ermənilərin dövlətçiliyinin qarantı Rusiyadır. Belə olan təqdirdə ermənilərin dövlətçiliyinin yoxluğundan danışmaq daha məntiqli görünür. Yəni o ərazilər Rusiyanın hərbi-siyasi dairələrinin tam nəzarəti altında olduğundan Ermənistan ciddi planlamalarda nəzərə alınmır və Ermənistanla bağlı hər hansı niyyətlənmə Rusiyaya yönəlik siyasətdə bir maddə olaraq qeyd olunur.

Amma Ermənistandan fərqli olaraq Azərbaycan artıq özünün dövlət mexanizmasını formalaşdırmış ciddi bir siyasi məkan olduğundan rəsmi Bakı ilə Qərbin təmasları tamam fərqli ampluadadır. Hətta son illərdə Azərbaycanın öz maraqlarını diqtə etmə cəhdləri rəsmi Bakıya olan münasibətləri də dəyişməkdədir. Yəni eynən Türkiyə ilə bağlı gedən proseslər bu gün Azərbaycana münasibətdə formalaşmaqdadır. Artıq Azərbaycana hansısa şərtin diqtə olunduğu ünvan kimi yox, özünün mövqeyi olan və dil tapılmağa layiq biri siyasi məkan kimi yanaşılır. Təbii ki, dövlət və dövlətçilik baxımından bu şərt kifayət qədər vacib və əhəmiyyətlidir.

O zaman ortaya bir sual da çıxır: Azərbaycan bundan sonra nə edəcək. Təbii ki, əl-qolun yana atılıb, Ukraynadakı Avropa-Rusiya toqquşmasını seyr etmək də doğru olanı deyil. Çünki rəsmi Bakı son iki ildə Kremlə kifayət qədər toqquşmalı olub. Necə ki, bu günlərdə Ukraynanın prezidenti Yanukoviç son üç ildə Rusiya kimi nəhəng güclə üz-üzə qaldığını etiraf etdi və bu müstəvidə Avropadan dəstək almadığını da yana-yana söylədi. Eləcə də rəsmi Bakının belə bir etirafı işlətməsi doğru görünərdi.

Həqiqətən də, Azərbaycan konkret olaraq son iki ildə Kremlin ciddi təzyiqlərinin əsas hədəfinə çevrilib. Ukraynadan fərqli olaraq Azərbaycan torpaqları işğal altındadır və Rusiyanın bu işğalda iştirakının olması faktı rəsmi Bakının mövqelərini daha da çətin vəziyyətə salır. Amma buna rəğmən Azərbaycan Ukraynadan daha dayanıqlı görünməkdədir. Sadəcə olaraq, bir situasiya fərqliliyi var ki, Azərbaycanda hakimiyyətdə olan qüvvələr Rusiya və Avropaya münasibətdə məsafə mütənasibliyini qoruyur. Rəsmi Kiyev isə siyasi bağ baxımından daha çox Kremlə aid hesab olunur. Və ona görə də Avropanın Yanukoviçi Kremlin basqıları ilə təkbətək buraxması da kifayət qədər anlaşılandır. Yəni Avropanın Ukraynadakı siyasi partnyoru heç də hakim Regionlar Partiyası deyil.

Azərbaycanda isə Avropa hakimiyyətlə ciddi əməkdaşlığa və bağlara malikdir. Bunu inkar etmək olmaz. Hətta bu gün Avropaya aid bəzi təşkilatların Azərbaycanda keçirilən seçkiləri şübhəyə alırmış kimi davranmaları da məsələnin mahiyyətini dəyişmir. Ən azından Avropanın taleyini müəyyənləşdirən əsas güclərin - Fransa-Almaniya-Britaniya üçlüyünün, həmçinin yəhidlərin nəzarəti altında olan maliyyə şəbəkələrinin bu gün rəsmi Bakıya sıcaq münasibət bəsləməsi bu müstəvidə hakimiyyətin alternativsiz yürüməsindən xəbər verir. Yəni Avropanın Azərbaycanda ikinci bir tərəfdaşı mövcud deyil.

Elə buna görə də İlham Əliyev hakimiyyəti bu gün balanslaşdırılmış siyasəti yürüdərkən belə Avropaya daha yaxın görünür. Bu isə Rusiyanı qıcıqlandırmaqdadır.

Amma Azərbaycan Rusiyaya lazımdır. Azərbaycan Rusiyanın planlarında müstəsna yerdə dayanır. Buna görə də, bizi gözləyən sonrakı mərhələlərdə artıq Kremlin basqılarından yox, Azərbaycana təklif edəcəyi güzəştlərdən danışa bilərik. Bunun ilkin işartıları da görünməkdədir.

İrəvana səfər edən Putinin oradan verdiyi mesajlar da ciddi mənada belə bir qənaət formalaşdırır ki, Azərbaycan Rusiya ilə münasibətlərində məhz öz maraqlarına uyğun bir mövqedə qərarlaşıb. Bunun ilk dəfə olduğunu da söyləyə bilərik. Yəni yaxın keçmişimizdə Moskva-Bakı münasibətlərinin belə bir məcrada yürüməsinə şahidlik etməmişik. Hər zaman Rusiya daha çox diqtəedən tərəf kimi çıxış edib və yaxud da belə bir görüntü yaranıb.

Amma indi situasiya dəyişib. Artıq Putin İrəvanda erməniləri sevindirəcək açıqlamalar vermir. Sadəcə olaraq İrəvana hərbi baxımdan dəstək verəcəyini və müharibənin olmayacağını vəd edir. Ermənilərin isə qorxduğu budur. Bu gün ermənilər fərqindədirlər ki, Azərbaycan son illərdə gücləndirdiyi hərbi imkanlarını məhz Ermənistana - Qarabağı işğal etmiş Ermənistana qarşı xərcləməyi planlaşdırır. Bu xərclənmənin isə Ermənistan üçün yaxşı nəsə vəd etmədiyini İrəvanda oturanlar da anlayır. Hətta bu gün Rusiyanın Ermənistana açıq hərbi dəstəyi belə gözlənilən müharibədə Azərbaycanın Qarabağ uğrunda düşmənə böyük zərbə vuracağını istisna etmir, bunun qarşısını ala bilməyəcək.

Və elə buna görə də, Ermənistana Putinin daha çox В«müharibə olmayacaqВ» vədi daha gərəkli idi. Rusiya prezident idə bu mövcuda xəsislik etmədi. Amma Ermənistan mövqelərindən, ələ keçirdiyi mövqedən geri çəkilmək zorunda qalacaq.

Bu barədə DİA.AZ-a da olduqca maraqlı informasiyalar daxil olub. Diplomatik qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, ənənəvi olaraq İrəvanda ermənilərə təskinlik verən Vladimir Putin bu dəfə ermənilərin qanını qaraldıb: В«Putin Ermənistana əslində, İrəvanı yeni güzəştlərə hazır olmaları üçün xəbərdar etməyə getmişdi. Putin-Sərkisyan görüşündə maraqlı müzakirələr olub. Rusiya prezidenti Azərbaycanla Ermənistanın gələcəkdə eyni ittifaqda olmalarının vacibliyindən danışıb və bunun üçün İrəvanın Qarabağ işğalından geri çəkilməsinin zəruri olduğunu bildirib. Amma prosesin birdən-birə yox, tədrici olaraq həyata keçiriləcəyi də Putin tərəfindən İrəvana vəd olunub. Hətta Putin Qarabağın işğaldan azadlığının müqabilində Bakıdan ermənilər üçün böyük həcmdə təzminat ala biləcəklərini də söyləyibВ».

Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən Ermənistanda bu gün daxili siyasi vəziyyət qarışıb: В«Bunu edən erməni millətçiləridir. Onlar Putinin İrəvana etdiyi təkliflərdən xəbərdardırlar. Ona görə də İrəvanda vəziyyət qarışa və sonunda hakimiyyət dəyişə bilər. Hələlik belə bir plan var. Amma Rusiya Ermənistanda kifayət qədər güclü olduğundan, Putinin istədiyi, dəstək verdiyi hakimiyyətin Ermənistanda süquta uğraması inandırıcı deyilВ».

Mənbəmiz bildirir ki, hələlik erməni tərəfi Putini dinləyib: В«Amma konkret cavab yoxdur. Lakin bir məqam da var ki, Putin İrəvana nəyisə xahiş etmək üçün yox, nəyisə diqtə etmək üçün getmişdiВ».

Xatırladaq ki, bu arada Türkiyə mətbuatı da maraqlı bir xəbəri yayımladı. Məlumatda qeyd olunurdu ki, Rusiya Ermənistanı 2 rayonun işğalından geri çəkilməyə razı sala bilib… Ola bilsin ki, bu, Azərbaycanın Avrasiya İttifaqına şirnikləndirilməsi üçün ilk addım kimi nəzərdə tutulub…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
"Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38
Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru