Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                     Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                 

ƏSAS PROSESLƏR HAKİMİYYƏTİN İÇİNDƏ BAŞ VERƏCƏK
Tarix: 25-10-2013, 09:38 | Çap et
ƏSAS PROSESLƏR HAKİMİYYƏTİN İÇİNDƏ BAŞ VERƏCƏK
ARTIQ MÜXALİFƏTLƏ HESABINI ÇÜRÜTMÜŞ İQTİDARDAN GÖZLƏNTİLƏR

DİA.AZ: - Artıq prezident seçkiləri geridə qalıb. Yeni hökumət də formalaşıb. Hər halda, bütün bu faktlar siyasi müstəvidə, həm də iqtidariçi münasibətlərdə yetərincə gərilmiş emosiyaların, toqquşan maraqların üzərinə su səpilməsi üçün kifayət etməkdədir. Və hiss olunanı da budur. Bütün narazılar baş verənlərə boyun əymiş kimi görünürlər. Elə hakimiyyətə özünü opponent kimi təqdim edən müxalifətdəkilər də. Beləcə, İlham Əliyev 20 il əvvəl mərhum prezident Heydər Əliyevin başlatdığı bir siyasəti davam etdirə bilməsi üçün növbəti fürsəti yaratmış oldu.

Müxalifət nə etməli?

Hər halda, bu gün müxalifət liderləri üçün kifayət qədər açıq mənzərə mövcuddur. Nəyin necə baş verməsindən asılı olmayaraq real olanı, görüntüdə olanı budur ki, artıq hazırki müxalifət hansısa formada dəyişiklik edəcək iqtidarda olmadığından bu müxalifətin iqtidar ola bilməsi üçün nə zamansa şəraitin yetişəcəyi inandırıcı deyil.

Müxaliflərdən fərqli olaraq isə hakimiyyət kifayət qədər ciddi görünür. Bütün proseslərdə. Hər kəs bu seçki prosesində əsas olaraq bir məsələni müşahidə etdi. Hakimiyyətdə oturanlar öz mövqelərini qoruya bilmələri üçün hər xırda detala nə qədər ciddi yanaşdısa, bunun əksinə olaraq rəqib kimi təqdim olunan müxaliflər hətta ciddi olanlara belə dırnaqarası baxdılar.

Və bu da ilk başdan sezildi. Təsəvvür edin, çox ciddi ajiotaja nail olmuş müxaliflər Milli Şura adlı qurumlarına hər kəsin yalnız yaxşı kinoçəkən kimi tanıdığı Rüstəm İbrahimbəyovu rəhbər seçdilər, onu vahid namizəd elan etdilər.

Rüstəm İbrahimbəyov isə özünün çəkdiyi filmlərində olduğu kimi girişdiyi prosesdə daha çox kadr arxasında qalmağa üstünlük verdiyini nümayiş etdirdi. O, hələ Milli Şuranın vahid namizədi olarkən çox ciddi məqamda Bakıdan ona telefon açan jurnalistlərə В«əlimdə daha ciddi işlərim var, montajla məşğulamВ» deməsiylə baş qəhrəman yox, epizodik rola В«çəkilmək istədiyiniВ» nümayiş etdirdi.

Əslində həmin ərəfədə Rüstəm İbrahimbəyov artıq BAŞ QƏHRƏMAN kimi missiyasını bitirmişdi. Və onun üzərinə düşən missiya ənənəvi müxalifət qüvvələrini çıxılmaza salmaq idi. Həmin çıxılmaz isə Kremllə rəsmi Bakının anlaşmasına qədərki mərhələ idi.

Bir neçə gün əvvəl Milli Şuranın sonuncu vahid namizədi Cəmil Həsənli В«Milli Şuranı Rusiya yaradıb deyənlər, bu gün Rusiyanı təbliğ edirlərВ» ittihamını irəli sürdü ki, bu ittihamı ilə də sanki В«Milli Şuranı Rusia yaratmayıbВ» demək istəyirdi.

Halbuki hörmətli Cəmil müəllim də yaxşı bilirdi ki, Milli Şuranı elə həqiqətən də Rusiya yaradıb. Sadəcə olaraq artıq Cəmil Həsənliyə ötürüləndə Milli Şura Rusiyaya lazım deyildi. Kremlin başbilənləri istəklərinə çatmışdılar, rəsmi Bakıdan istədiklərini ala bilmişdilər və istifadə olunmuş Milli Şura artıq Kremlin marağında olmadığından, hətta ruslar asanlıqla Milli Şuranın müəlliflik hüququnu Azərbaycanın yerli SOSİAL SİYASİ SİFARİŞİnə В«təslim etməyəВ» də hazır idilər və bunu etdilər də. Yəni necə istəyirsiniz elə də təqdim edin. Artıq Rusiya istəyinə çatıb və Milli Şuradan istədiklərini alıb.

Rusiyanın istəyində o deyildi ki, Milli Şuranı hakimiyyətə gətirsin və bu qurumun hesabına Azərbaycanı nəzarətində saxlasın. Çünki Kremldə oturanlar da hər şeyi yaxşı bilirdilər. Və ən əsası Milli Şuradakıları yaxşı tanyırdılar. Məgər günü bu gün də müxalifət adına çıxış edənlərimiz bizlərə SSRİ-dən miras qalmayıblarmı? Hər halda, SSRİ-nin varisi olan ruslar öz miraslarının hansı bezin qırağı olmasının fərqində idilər. Hərgah ki, bu ifadə Cəmil Həsənlinin çox acığına gəlir…

Fakt ondan ibarətdir ki, müxalifət istifadə müddəti bitmiş bir təşkilat - Milli Şura hesabına özünün istifadə müddətini uzatmağa çalışır. Ki, bu da ağlabatan deyil. Artıq sürət əsridir və arxasınca baxdığımız qatara yetişməmiz də qeyri mümkündür.

В«Nə etməliВ» sualının cavabı isə müxaliflər üçün çox sadədir: yır-yığışвЂ¦

Hakimiyyət nə edəcək?

Bax, əsas sual budur. Bu gün daha çox düşünməli olduğumuz sual bundan ibarətdir. Hakimiyyət nə edəcək?.. Çünki bu gün hər şey hakimiyyətin atdığı addımlardan asılıdır. Müxalifətin atdığı və atmaq istədiyi addımlardan yox. Bu gün müxalifətin hətta ən kütləvi və ən səs-küylü hesab etdiyi aksiyalar yalnız bir neçə yüz polis işçisi üçün dərd ola bilər. Onlar əlavə olaraq nobata çıxırlar. Geniş planda müxalifətin aksiyaları da iqtidar üçün təhlükəli deyil, daha dəqiqi təhlükə hesab olunmur.

Ona görə də iqtidardakılar Bakı meriyasına müxalifətlə istədiyi qədər gizlənpaç oynamağa imkan da tanıyıblar. Və Hacıbala Abutalıbovun kantoru da bu imkanından gen-bol istifadə edir. Bir gün В«müxalifətin müraciət-məktubu bizə yetişməyibВ» deyir və bununla da В«radikal ovqatlıВ» Milli Şura üzvlərinin aksiyalarını bir həftəlik yubatmış olur. Sonradan icazə verilir. Yəni bu o deməkdir ki, aksiya olacaqsa, müxalifətin dediyi yox, Hacıbala Abutalıbovun istədii vaxt olacaq. Artıq Milli Şuranın muhattabı hakimiyyət yox, Hacıbala Abutalıbovdur… ən uzağı Bakı şəhər Baş Polis İdarəsi…

Elə buna görə də nəzərlər hakimiyyətin nə edəcəyinə zillənib. Hakimiyyət isə etdiyini etməkdədir. Nazirlər Kabinetini formalaşdırdı. Maraqlı idi ki, bu prosesə də müxalifət irad tutdu. Və ən anlaşılmayanı da bu idi. Cənablar, məgər siz hakimiyyətə gəlmişdiniz ki, İlham Əliyev də öz hökumətini, öz komandasını məhz SİZİN İSTƏK VƏ ARZULARINIZA uyğun şəkildə formalaşdırsın?

Yəni anlaşılan deyil ki, nədən müxalifətdəkilər İlham Əliyevin hansısa məmurundan imtina etməməsini qəzəblə qarşılayırlar. Niyə də imtina etməlidir ki? Bu gün hökumətin tərkibində saxlanılan hansı məmuru İlham Əliyev hakimiyyətini hansı məqamda axsadıb? İstənilən bir siyasi qüvvəni əsas düşündürən məqamlardan biri və həm də birincisi məgər hakimiyyəti qorumaq deyilmi? Təbii ki, belədir. Və əgər kimsə əksini düşünürsə, o zaman 1992-ci ildə qaldığını etiraf etmək zorundadır. Çünki məhz həmin dönəmdə əsas hədəfdən yayınma oldu.

Siyasətin nəzəriyyəsində də birinci qayğı əgər hakimiyyətin qorunmasıdırsa və sonrakı etapda plan və siyasi arzuların, siyasi niyyətlərin gerçəkləşdirilməsi dönəmi başlayırsa, o zaman nədən bu gün İlham Əliyevin təsdiq elədiyi Nazirlər Kabineti tərkibinə kimlərsə iradla baxmalıdır?

Və bu anlaşılmaz mövqelərilə artıq siyasi müxalifətlə haqq-hesabını çoxdan çürütmüş iqtidarın təbii ki, əsas qayğılarının öz daxilində olduğu daha çox görünənidir. Deməli, qarşıdakı illərdə biz iqtidarın çölünə yox, içinə baxmalı olacağıq. Kim nəyi necə edir?..

Azər - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru