ƏLİ HƏSƏNOV DA RUSİYANI HƏDƏLƏDİ
Tarix: 17-10-2013, 15:26 | Çap et
 Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Moskvada Orxan Zeynalovun törətdiyi hadisəyə və bir neçə gündür bunun ətrafında cərəyan edən məsələlərə münasibətini bildirərəkən deyib.
O, qeyd edib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq istənilən cinayət ölkə qanunvericiliyi cərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır: "Ancaq bu proses həmin ölkədə yaşayan, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər xarici vətəndaşların, hansısa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına təkan verməməlidir. Dərin təəssüf hissi ilə bildirirəm ki, Moskvada bir nəfər ehtimal edilən qatilin tapılması üçün bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyin, ksenofobiyanın, irqçilik meyllərinin güclənməsinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır. Xüsusilə qeyd etmək istərdim ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti, amiranə ritorikası, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı yol verilmiş zorakılıq, onun sonradan açıq şəkildə internetdə və KİV-lərdə nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah oluna bilməz".
PA rəsmisi bildirib ki, Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar: "Çoxmillətli ölkələrdə yalnız milli və dini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Tarixdən də bəllidir ki, bu balansın pozulması həmin ölkələrdə ciddi sarsıntılara, problemlərə səbəb olur. Buna görə də çoxmillətli cəmiyyətlərdə millətlərarası münasibətlərə yanlış siqnal effekti verən ritorikaya yer olmamalı, irqçilik, diskriminasiya, ksenofobiya kimi zərərli meyllərin qarşısı vaxtında alınmalıdır. Məsələn, Azərbaycan da Rusiya kimi çoxmillətli dövlətdir. Amma Azərbaycanda cinayətkarın milli və etnik mənsubiyyəti heç vaxt müzakirə mövzusu olmamışdır, milli və dini tolerantlığa xələl gətirə biləcək istənilən cəhdin qarşısı qətiyyətlə alınmışdır. Düşünürəm ki, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya cəmiyyəti üçün arzuolunmaz proseslərin inkişafına şərait yarada bilər".
Ə.Həsənov deyib ki, digər tərəfdən, Moskva böyük meqapolisdir, orada hər gün onlarla cinayət hadisəsi baş verir. Belə olan halda konkret bir cinayət hadisəsinin xüsusi qaydada seçilməsi və onun ətrafında xoşagəlməz süni ajiotajın yaradılması və qızışdırılması olduqca düşündürücü faktdır. "Ümid edirik ki, Rusiya xalqı və hökuməti müəyyən maraqlı dairələrin belə təhlükəli təxribatlara yol verməsinin qarşısını alacaq və bu tipli milli ayrı-seçkilik meylləri Rusiya cəmiyyətinin dərin qatlarına ayaq açmayacaqdır".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Zay məhsul satıb, aradan çıxırlar... - AXI NİYƏ?..
Bu gün, 04:02 |
|
|
|
| • İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53 |
|
|
|
| • Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45 |
|
|
|
| • Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41 |
|
|
|
| • Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37 |
|
|
|
| • Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32 |
|
|
|
| • Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23 |
|
|
|
| • Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08 |
|
|
|
| • Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59 |
|
|
|
| • Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55 |
|
|
|
| • Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44 |
|
|
|
| • İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01 |
|
|
|
| • Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57 |
|
|
|
| • Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55 |
|
|
|
| • AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44 |
|
|
|
| • MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35 |
|
|
|
| • Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03 |
|
|
|
| • Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38 |
|
|
|
| • Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30 |
|
|
|
| • Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23 |
|
|
|
| • Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20 |
|
|
|
| • İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11 |
|
|
|
| • Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07 |
|
|
|
| • İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05 |
|
|
|
| • Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56 |
|
|
|
| • İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52 |
|
|
|
| • "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43 |
|
|
|
| • Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40 |
|
|
|
| • Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37 |
|
|
|
| • "Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34 |
|
|
|
| • "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Dünən, 07:28 |
|
|
|
| • "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Dünən, 07:20 |
|
|
|
| • Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Dünən, 07:08 |
|
|
|
| • Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Dünən, 06:50 |
|
|
|
| • "Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Dünən, 06:36 |
|
|
|
| • Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:34 |
|
|
|
| • "Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Dünən, 06:32 |
|
|
|
| • Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Dünən, 06:26 |
|
|
|
| • Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Dünən, 06:20 |
|
|
|
| • Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Dünən, 06:18 |
|
|
|
| • Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
4-07-2026, 13:23 |
|
|
|
| • “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
4-07-2026, 13:20 |
|
|
|
| • Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
4-07-2026, 13:14 |
|
|
|
| • Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
4-07-2026, 13:07 |
|
|
|
| • “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
4-07-2026, 12:56 |
|
|
|
| • Tsarukyan niyə isterik vəziyyətə düşüb?
4-07-2026, 12:52 |
|
|
|
| • İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
4-07-2026, 12:46 |
|
|
|
| • Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
4-07-2026, 12:41 |
|
|
|
| • Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
4-07-2026, 12:29 |
|
|
|
| • ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
4-07-2026, 12:27 |
|
|
|
|