Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzun illər davam edən siyasi qeyri-sabitlikdən sonra gözlədikləri struktur islahatlarını həyata keçirməli olacaq.
"Ümid edirəm ki, Endi Bernem və ya başqa kimsə bunu edə biləcək. Kim baş nazir olursa olsun, o, Britaniyanı doğru yola qaytarmalı olacaq", - Vens deyib.
O, həmçinin qeyd edib ki, son illərdə ölkədə hökumət başçıları həddindən artıq tez-tez dəyişib. 2022-ci ilin sentyabrından bəri Böyük Britaniyanın Baş naziri postunda Boris Consonu Liz Trass, Rişi Sunak və Kir Starmer əvəzləyib.







