Erməni siyasilər Danelyanı ələ saldılar: .....                     “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” .....                     Dövlət qurumu geyim alır .....                     Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək .....                     “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” .....                     Tsarukyan niyə isterik vəziyyətə düşüb? .....                     İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq .....                     Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar .....                     Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü .....                     ABŞ şirkətinin Azərbaycandakı filialı .....                     Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri .....                     “Arzum”un 4 uşağı kimin ümidinə qaldı? .....                     Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi .....                     Anardan Əkrəm Əylislinin mükafat almasına .....                     ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu .....                     Marketlərdə satılan bu qidaları ALMAYIN .....                     "Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş .....                     İynə üstündə oturan məmurlar... .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” .....                     Arayik Arutyunyanla bağlı qərar verildi .....                     Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır .....                     Anar Bayramovdan yeni təyinat .....                     “Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” .....                     "Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" .....                     Paşinyanın Rusiyaya gəlməsinə qadağa .....                     Azərbaycanda tanınmış jurnalist vəfat edib .....                     “Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” .....                     Arif Hacılının “stop”u götürüldü .....                     “Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” .....                     “Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” .....                     Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi .....                     Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək .....                     Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü .....                     Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub .....                     Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! .....                     Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər .....                     Zelenskidən Rusiyaya: .....                     "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub .....                     NATO 3 hissəyə bölünə bilər .....                     Sosial müavinət alanlar pensiyaya keçə bilər? .....                 

Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
Tarix: Bu gün, 13:07 | Çap et

Bakı Hərbi Məhkəməsində cəmi bir ay hərbi xidmət keçdikdən sonra həyatını itirən əsgər Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırması davam edir. Proses zamanı açıqlanan faktlar göstərir ki, gənc əsgərin ölümü təkcə ağır xəstəliklə deyil, ardıcıl səhlənkarlıq, tibbi nəzarətsizlik və xidmət vəzifələrinin lazımınca yerinə yetirilməməsi ilə bağlı iddialarla müşayiət olunur.

Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Qubadakı hərbi hissələrdən birinin tibb məntəqəsinin rəisi, tibb leytenantı Vaqif Məmmədovun cinayət işi araşdırılır. O, Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi – qulluğa laqeyd münasibət nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olma maddəsi ilə ittiham olunur. İclasda təqsirləndirilən şəxsin müdafiəçisi əlavə şahidlərin dindirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin edib.

"Övladımızı Vətənə əmanət etdik, tabutda geri aldıq"

Məhkəmə zalında çıxış edən mərhum əsgərin atası Sadiq İsayev emosional ifadələri ilə diqqət çəkib: "Biz övladımızı dövlətə, Vətənə əmanət etmişdik. Bir ay sonra onu tabutda geri aldıq. Ən ağır məqam isə budur ki, onun həyatını xilas etmək mümkün idi."Valideynlərin sözlərinə görə, oğullarının ölümünün qarşısı vaxtında düzgün tibbi yardım göstərilsəydi, alına bilərdi.Cinayət işinin materiallarına əsasən, Fariz İsazadə hələ Bakıdakı hərbi hissədə xidmət etdiyi dövrdə yüksək hərarət, güclü öskürək, halsızlıq və tənəffüs çətinliyi kimi ağır respirator infeksiya əlamətlərindən əziyyət çəkib. Bildirilir ki, o, mayın 6-da və 9-da tibb məntəqəsinə müraciət etsə də, yalnız səthi müayinədən keçirilib və yenidən xidmətə qaytarılıb. Məhkəmədə açıqlanan sənədlərə görə, vəziyyəti o qədər ağır olub ki, mayın 10-da keçirilən andiçmə mərasimində belə iştirak edə bilməyib.Buna baxmayaraq, həmin gün şəxsi heyətin bölgüsü zamanı o, "xidmətə yararlı" hesab edilərək Quba rayonundakı hərbi hissəyə göndərilib.Zərərçəkmiş tərəf hesab edir ki, faciəyə aparan əsas qərarlardan biri də məhz bu olub.

Hospital cəmi 10 dəqiqəlik məsafədə imiş

Qubaya göndərildikdən sonra Fariz İsazadənin səhhəti daha da ağırlaşıb. Nəhayət, mayın 11-də hospitala yerləşdirilsə də, artıq gec olub. Məhkəmə materiallarında qeyd olunur ki, onda ağır pnevmoniya, infeksion-toksiki şok, miokardit, damardaxili yayılmış laxtalanma sindromu və poliorqan çatışmazlığı inkişaf edib.Həkimlərin bütün səylərinə baxmayaraq, Fariz İsazadə Quba Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.İş üzrə diqqət çəkən məqamlardan biri də budur ki, hərbi hissə ilə ixtisaslaşmış hərbi hospital arasında cəmi 10 dəqiqəlik məsafə olub. Buna baxmayaraq, pnevmoniya əlamətləri göstərən əsgərin vaxtında hospitala göndərilmədiyi iddia olunur.

İttihama görə, tibb leytenantı Vaqif Məmmədov əsgərin arterial təzyiqini, nəbzini və tənəffüs göstəricilərini tam qiymətləndirmədən onu yenidən xidmət yerinə göndərib. Zərərçəkmiş tərəf bildirir ki, təqsirləndirilən şəxs həm tibb xidmətinin rəisi, həm də sanitar hissənin rəhbəri kimi üzərinə düşən peşə və xidməti vəzifələri lazımi qaydada yerinə yetirməyib. Məhkəmə zamanı daha bir narahatedici fakt da açıqlanıb. Belə ki, hadisə baş verən dövrdə hərbi hissənin tibb məntəqəsində növbətçiliyin peşəkar həkim tərəfindən deyil, tibbi təhsili olmayan sanitara həvalə edildiyi bildirilib. Zərərçəkmiş tərəfin fikrincə, bu hal kritik vəziyyətdə düzgün tibbi qərarın qəbul edilməsini mümkünsüz edib.

Fariz İsazadənin ölümü ilə bağlı daha əvvəl də ayrıca cinayət işi araşdırılıb və həmin iş üzrə Sadıq Zeynalovla İlqar Abdullayev məhkəmə qarşısına çıxarılıblar. Mərhumun atası Sadiq İsayev ölkə rəhbərliyinə müraciət edərək oğlunun ölümünün bütün təfərrüatlarının obyektiv araşdırılmasını və hadisəyə görə məsuliyyət daşıyan bütün şəxslərin qanun qarşısında cavab verməsini istəyib.

Fariz İsazadənin ölümü ilə bağlı məhkəmə araşdırmaları davam edir. Növbəti məhkəmə iclası iyulun 7-nə təyin olunub. Həmin prosesdə əlavə şahidlərin dindirilməsi gözlənilir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
Bu gün, 13:23
“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
Bu gün, 13:20
Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
Bu gün, 13:14
Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
Bu gün, 13:07
“Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
Bu gün, 12:56
Tsarukyan niyə isterik vəziyyətə düşüb?
Bu gün, 12:52
İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
Bu gün, 12:46
Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
Bu gün, 12:41
Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:29
ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Bu gün, 12:27
Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri - MƏQALƏ
Bu gün, 12:23
“Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...”
Bu gün, 12:19
Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi
Bu gün, 12:15
Anardan Əkrəm Əylislinin mükafat almasına MÜNASİBƏT
Bu gün, 12:11
ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu -Milyonluq dələduzluq...
Bu gün, 12:08
Marketlərdə satılan bu qidaları ALMAYIN - ARAŞDIRMA
Bu gün, 11:17
"Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş - FOTO
Bu gün, 11:11
İynə üstündə oturan məmurlar... - HƏR AN QƏRAR VERİLƏ BİLƏR...
Bu gün, 10:58
“Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” - Koçinyan
Bu gün, 10:47
Arayik Arutyunyanla bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 10:46
Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır - İNCƏLƏMƏ
Bu gün, 10:43
Anar Bayramovdan yeni təyinat - ƏMR
Bu gün, 10:39
“Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” - Radio aparıcısı
Bu gün, 10:33
"Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" - Cümşüd Nuriyev
Bu gün, 10:31
Paşinyanın Rusiyaya gəlməsinə qadağa - adını siyahıdan çıxardılar
Bu gün, 10:22
Azərbaycanda tanınmış jurnalist vəfat edib
Bu gün, 10:17
“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” - NƏ ETMƏLİ?
Bu gün, 10:12
Arif Hacılının “stop”u götürüldü - Məhz bundan sonra...
Bu gün, 10:02
“Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” - Könül Kərimovadan ETİRAF
Bu gün, 10:01
“Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” -Razi Nurullayev belə deyir...
Bu gün, 09:56
Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi - Qaluzin deyir ki...
Bu gün, 09:44
Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Bu gün, 09:40
Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:39
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub - "Unian"
Bu gün, 09:32
Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! - ŞOK FAKTLAR!
Bu gün, 09:18
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Bu gün, 08:20
Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Bu gün, 08:18
"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 07:20
NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bu gün, 07:16
Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Bu gün, 07:15
NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13
"Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00
'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48
Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29
Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25
"Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18
Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13
Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08
"Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru