“Bechtel İnternational Systems İNC.” şirkətinin Azərbaycandakı filialı (VÖEN: 1701274151) ləğv edilir.
"DİA-AZ" xəbər verir ki, şirkətin ləğv olunması ilə əlaqədar olaraq kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, mənzil 90A ünvanına bildirə bilərlər.
Şirkət 2011-ci ilin oktyabr ayının 18-i dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Lisa İrene Strelovdur.
Qeyd edək ki, “Bechtel İnternational Systems İNC.” ABŞ mənşəli, mühəndislik və tikinti sahəsində fəaliyyət göstərən Bechtel Corporation şirkətinin törəmə şirkətlərindən biridir.







