Bakıda "lombard əməliyyatı" .....                     Adnan Əhmədzadənin şirkəti cərimələndi .....                     Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: .....                     Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                     Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı .....                     “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” .....                     Məsuliyyət əvəzinə teatr: .....                     “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır” .....                     Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib .....                     “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                     Əməkdar artist komaya düşüb .....                     Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi .....                     Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                     18 yaşlı azərbaycanlı İsveç siyasətində .....                     "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" .....                     Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb .....                     "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" .....                     "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı .....                     Yasamalı rəsmən xaraba günə qoyublar... .....                     "Azğın məmur öz bildiyini edir..." .....                     Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... .....                     Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                     Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                 

Göyçaylı ana iki azyaşlı uşağı ilə aclığa başladı - Rayon məhkəməsinin hakimindən özbaşınalıq
Tarix: 17-12-2015, 09:40 | Çap et
Göyçaylı ana iki azyaşlı uşağı ilə aclığa başladı
DİA.AZ: - Redaksiyamıza təkrar müraciət edən Göyçay rayonu Potu kəndində yaşayan Allahverdiyeva Ülviyyə Əli qızı başına gələn müsibətlərdən söz açır. DİA.AZ narazı vətəndaşın müraciətini olduğu kimi təqdim edir:

"Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət etdikdən sonra bizim ailəni küçələrdə yaşamağa məcbur etmiş Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və keçmiş həyat yoldaşımın qardaşı Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyən Anar Allahverdiyevin hədələrinə məruz qalmışıq.Bu özbaşınalığa etiraz olaraq iki azyaşlı uşağımla birlikdə ölüm aclığı aksiyasına başlayırıq.Əgər biz bu səbəbdən öləriksə bunun məsuliyyəti korrupsiyaya qurşanmış Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin, Şəki Apelllyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin və özünü reket kimi aparan Anar Allahverdiyevin üzərinə düşəcək.Birinci müraciətimdən sonra hakim Fərhad Əfəndiyev mənə smarış göndərib həbsə atdıracağı ilə hədələdi.Keçmiş həyat yoldaşımın qardaşı Anar Allahverdiyev isə gecə saat 04-00 radələrində həmin vaxt gəzməyə getdiyi Amerikadan +13106260077 nömrəli telefonla zəng edib bizi ölümlə hədələdi ki, mətbuata mənim fotoşəklimi vermisiniz sizi öldürtdürüb qanınızı batırdaram.Mən hakim Fərhad Əfəndiyevlə , keçmiş həyat yoldaşımın qardaşı Anar Allahverdiyevdən bütün qnunsuz hərəkətləri gözləyirəm. Artıq onlar küllü miqdarda rüşvət hesabına qanunları tapdayıb bizi qanunsuz olaraq evsiz qoyublarsa bundan cəzasız qalıb bütün növ cinayətlər edə bilərlər".

Daha sonra narazı vətəndaş diaaz.space-a yazır: "Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin qanunsuz fəaliyyətindən rayon sakinləri əziyyət çəkirlər.Məhkəmə binasını kolxoz bazarına döndərib, korrupsiya şəbəkəsi yaratmışdır. Ştatdan kənar bir nəfər işçi təyin edib ki, məhkəmədə işi olanlara qiymət oxusun.Rüşvəti də həmin adamın əli ilə alır.Həmin adam məhkəmə binasına daxil olan işi olan vətandaşlara çəkinmədən yaxınlaşıb onları qiymət danışmağa çağırır. Hakim Fərhad Əfəndiyevin rüşvət hesabına Azərbaycan Respublikası adından çıxardığı qərarlar dövlətimizin adına bir ləkədir.Hakim Fərhad Əfəndiyevin biznes fəaliyyəti ilə də məşğul olduğu barədə konkret faktlar var.Onun bu çirkin korrupsiya əməlləri ciddi araşdırılmalı və barəsində qanunu tədbir görülməlidir. Ümüdüm Allaha, Prezidentə və Mehriban xanım Əliyevayadır. Artıq Şəki Apellyasiya Məhkəməsinin 22.10.2015-ci il tarixli qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşırıq. Qarşı tərəf deyir ki, hara şikayət etsəniz mənası yoxdur Ali Məhkəmə də bizim xeyrimizə qərar çıxaracaq, onlarlada dil tapıb danışacayıq.Göyçay rayon məhkəməsinin hakimi Fərhad Əfəndiyevin həttda kassasiya şikayətimizin təmin edilməməsi üçün bütün qanunsuz vasitələrdən istifadə edəcəyi barədə bizə məlumatda verildi. Ancaq bütün bunlara baxmayaraq ümüdümüzü üzməmişik.İnanırıq ki, Prezident cənab İlham Əliyev, Mehriban xanım Əliyeva , Ədliyyə Naziri cənab Fikrət Məmmədov və Ali Məhkəmənin sədri cənab Ramiz Rzyev şəxsən ədalətin bərpa edilməsində bizim ailəyə yaxından köməklik edəcəklər.Saxtakar hakimlər Fərhad Əfəndiyevin, Mahir Əsədlinin və reketliklə məşğul olan Anar Allahverdiyevin qanunları satın almlarına imkan verməyəcəklər.Onların cinayət əməlləri obyektiv araşdırılıb barələrində qanunu tədbirlər görüləcək. Xatırladım ki, Allahverdiyev Müşfiq

Ağayusif oğlu ilə 29 noyabr 2005-ci il tarixdə el adəti ilə toy edib ailə həyatı qurmuşduq.Həmin vaxtdan da Müşfiqin yaşadığı atasına məxsus Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evdə yaşamaqla həmin ünvanda daimi qeydiyyata düşmüşəm.Hər iki övladımız həmin evdə doğulub və orada qeydiyatdadırlar.Müşfiq ailəyə baxmadığı və başqa qadınla yaşadığı üçün aramızda narazılıq yarandığına görə Müşfiq boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət etdi.Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyev heç bir müddət təyin etmədən ilk məhkəmə iclasında nigahımızın xitam edilməsinə dair 22 may 2015-ci il tarixdə qətnamə çıxartdı.Bundan sonra mən iki azyaşlı uşaqlarımla hazırdada qeydiyatda olduğum Göyçay rayonu Bakı küçəsi 5 nömrəli evə köçürülməyimiz üçün təqdim etdiyim iddiamın da təmin edilməməsinə dair 31 iyul 2015-ci il tarixdə qətnamə çıxartdı.Hakim Fərhad Əfəndiyev aldığı rüşvətin çoxluğuna görə əldən ayaqdan gedib iddiamın baxılmasını müxtəlif bəhanələrlə uzadıb qarşı tərəfə şərait yaratdı ki, həmin evi keçmiş qaynatamın adına sənədləşdirsinlər ki, orada bizə yaşayış verilməsin.Bu konkret faktdır ki, reyster çıxarışının tarixi bunu tam subut edir.Saxtakarlıqda peşəkar olan hakim Fərhad Əfəndiyev hətda pula görə vətənini də satar.Belə saxtakarın hakim vəzifəsində qalması çox təhlükəlidir".

Bunlarla yanaşı narazı Göyçay sakini diaaz.space-a müraciətində əlavə edir: "Göyçay rayon Məhkəməsinin 31.07.2015-ci il tarixli qətnaməsindən verdiyimiz apellyasiya şikayətinin təmin eilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli 22 oktyabr 2015-ci il tarixdə qətnamə çıxartdı.Hər iki saxtakar hakimlər öz qanunsuz qətnamələrini 2009-cu il tarixdə qəbul edilmiş qanunla əsaslandırıblar.Ancaq nəzərə almayıblar ki, bu qanun 2009-cu il tarixdə qəbul edilmiş qanundan sonra ailə həyatı qurmuş şəxslərə aid edilməlidir.Biz isə bu qanundan əvvəl 29 noyabr 2005-ci il tarixdə ailə həyatı qurmuşuq.Bildirirəm ki, birgə nigah dövründə həyat yoldaşım Müşfiq 100.000 manatdan çox dəyəri olan avtomobil almış boşanmaq ərəfəsində həmin avtomobili öz adından çıxararaq atasının adına sənədləşdirmişdir ki, bunu təsdiq edən sənədlər var.Bunuda ona görə etmişdir ki, bahalı avtomobilin dəyərinin yarısı bizə düşməsin.İndi hazırda atamın evində çox acınacaqlı darısqal şəraitdə iki azyaşlı uşağımla əziyyət çəkərək yaşayırıq.Qeyd edim ki, keçmiş həyat yoldaşım Müşfiqin qardaşı Anar Allahverdiyev Azərbaycan Respublikasının Dəmir Yolu İdarəsinin bazsında vəzifədə işləyir.Korrupsiyaya qurşanmış Anar Allahverdiyevin aylıq əmək haqqısı 300 manat olduğu halda onun 500.000 manat qiyməti olan "Bentley" markalı avtomobili alması, İsmayıllı rayonunun Talış kəndində çox dəyərli möhtəşəm villa inşa etdirməsi , Bakı şəhərində möhtəşəm villa alması , qardaşına 100.000 manatdan çox dəyəri olan avtomobil alması ciddi araşdırılmalıdır.300 manat əmək haqqı ilə milyonlarla dəyəri olan əmlakları əldə etmək qeyri mümkündür. Həmin əmlakları Anar Allahverdiyev başqalarının adına sənədləşdirmişdir.

Göyçaylı ana iki azyaşlı uşağı ilə aclığa başladı

Mən təkrar olaraq mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya , Ədliyyə Naziri cənab Fikrət Məmmədova və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə müraciət edib xahiş edirəm rüşvət alıb azyaşlı uşaqlarımı evsiz qoymuş , çöllərə salmış Göyçay rayon Məhkəməsinin hakimi Fərhad Əfəndiyevin və Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədlinin barəsində qnunu tədbirlər görəsiniz.Belə korrupsiyaya qurşanmış rüşvətxor , saxtakar, haqsız hakimlərin Aərbaycan Respublikası adından qərar çıxarması ölkəmizin adına ləkədir.Xahiş edirəm bizə kömək edin haqq-ədalət yerini alsın. Dəmir Yolu İdarəsinin bazasında vəzifədə işləyən əməkdaşı Anar Allahverdiyevin korrupsiya əməlləri ciddi araşdırılsın, başqa şəxslərin adına sənədləşdirdiyi milyonlarla dəyəri olan əmlakların hansı yolla aldığı yoxlanılıb barəsində qanunu tədbirlər görülsün.Əgər aclıq aksiyası nəticəsində bizə bir şey olarsa bunun məsuliyyəti korrupsiyaya qurşanmış hakimlər Fərhad Əfəndiyevin, Mahir Əsədlinin və özünü reket kimi aparan Anar Allahverdiyevin üzərinə düşəcək".

Bütün bu iddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru