İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                     Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı .....                     Koçaryan və Tsarukyan seçilərsə... .....                     Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə .....                     “PashaPay”da yeni təyinat .....                     Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: .....                     Polkovnikin oğlunu qətlə yetirən şəxs: .....                     ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb .....                     İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? .....                     Kərim Abbasov GİLEYLƏNDİ: .....                     Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR .....                     Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... .....                     Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" .....                     Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir .....                     Ermənistanda 7 İYUN xofu .....                     Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var .....                     Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək .....                     ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir .....                     Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir .....                     Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək .....                     Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb .....                     EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? .....                     Kaya Kallas Azərbaycana səfər edəcək .....                     Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz .....                     Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək .....                 

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı? - İLGİNC FAKTLAR
Tarix: 5-04-2022, 10:34 | Çap et
Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?
Əl-qərəz: Vəzifəsindən və zəhmindən asılı olmayaraq, hər kəs öz bacardığı işi görür


“Gəmiqaya Holding”in iki ortağı – Türkiyəli iş adamı Emin Uçar ilə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza arasında mal bölgüsü ilə bağlı qalmaqal davam edir.

Ovqat.com-a etibarlı mənbələrdən daxil olan məlumata görə, ortaqlar arasında ziddiyyət 2021-ci ilin iyun ayında yaranıb. Qalmaqalın əsas motivi isə Emin Uçarın maliyyə hesabatlarında Rza Talıbova atması və bu yolla əldə etdiyi vəsait hesabına Türkiyədə, Gürcüstanda, Ukrayna və Belarusda özünəməxsus şirkətlər qurmasıdır.

İddialara inansaq, Emin Uçarın Naxçıvana ayrılan dotasiyaların mənimsənilməsi hesabına Türkiyədə qurduğu “Gemikaya-İstanbul Holding” 30 böyük Türk şirkəti arasına girib. Bu isə Talıbovlar ailəsinin bərk qəzəbinə səbəb olub. Arada çıxan söz-söhbətdən sonra Emin Uçar Naxçıvanı tərk etmək məcburiyyətində qalıb. Muxtar Respublikada fəaliyyət göstərən birgə holdinq isə elə Naxçıvansayağı “milliləşdirilib”.

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?

Emin Uçarın bu “Naxçıvansayağı milliləşdirmə” ilə razılaşmadığını və “Gəmiqaya Holding”dəki payı uğrunda mübarizəsini Türkiyədə davam etdirdiyi bildirilir. İddialara görə, o, Türkiyənin ən böyük şirkətlərindən birinin sahibi kimi ölkənin ən yüksək siyasi xadimlərinə öz şikayətini çatdırıb. Türkiyə də, təbii ki, Naxçıvan “xanlığı”nın pis xasiyyətinə bələd olduğundan öz iş adamının haqqını müdafiə edib, məsələni Azərbaycan rəhbərliyi qarşısında qaldırıb. Azərbaycan rəhbərliyi öz növbəsində Naxçıvan “xanı”na ciddi xəbərdarlıq edərək Türk iş adamlarına qarşı ənənəvi repressiv siyasətindən əl çəkməsini tapşırıb. Beləcə, Naxçıvan “xanlığı”nın Türk və yerli iş adamlarına tutduğu divan Emin Uçarın işinə yarayıb.

Bildirilir ki, “xanlıq” rejimi sayəsində Muxtar Respublika səmalarında onun icazə olmadan quşların belə uça bilmədiyi halda, artıq Uçar ailəsi istədiyi vaxt Naxçıvana gəlib gedir, heç kim ona “gözün üstə qaşın var” deyə bilmir.

İnformasiya mənbəyimiz iş adamına qarşı məhdudiyyətlərin tətbiq oluna bilməməsini Naxçıvanda böyük irəliləyiş saysa da, bundan Emin Uçarın yararlanmasına təəssüflənir. Onun dediyinə görə, Emin Uçar “süddən çıxmış ağ qaşıq” deyil və əldə etdiyi bütün maliyyəni Naxçıvan camaatının boğazından kəsilərək mənimsənilmiş haqlarına borcludur. Belə ki, o, “xan” ailəsi ilə əlbir olub Naxçıvan ayrılan dotasiyaların mənimsənilməsində yer alıb. Məhz bunun hesabına güclənib və önəmli iqtisadi gücə çevrilib. Nəhayət, Emin Uçarın “xan” ailəsinə fırıldaq gəlməsi ortaya çıxıb, bu da tərəflər arasındakı əhd-peymanın pozulması ilə nəticələnib. Başqa sözlə, Emin Uçarla Rza Talıbov arasında ziddiyyətlər heç də hansınınsa Naxçıvan əhalisinin mənimsənilən haqqını qorumasından yox, birinin digərinə atmasından doğub.

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?
Şəkildə: Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağcı Naxçıvanda Emin Uçarı ziyarət edir

Bəs, Emin Uçar Rza Talıbovu necə aldadıb?

Məlumata görə, Muxtar Respublikanın bütün inşaat və təmir işlərində istifadə olunan avadanlıqların təchizatı saxta tender yolu ilə Emin Uçarın rəhbərlik etdiyi “Gəmiqaya Holding”ə ötürülüb. Ötürülmə mexanizmi isə çox sadə olub: “tender”də adətən Naxçıvanda fəaliyyət göstərən iki şirkət – “Cahan Holding” və “Gəmiqaya Holding” iştirak edib. Hər iki holdinq “xan” ailəsinə məxsus olduğundan, təbii ki, burada gerçək rəqabətdən söhbət gedə bilməz. “Xan” həzrətləri tenderdə kimin qalib gəlməsini istəyibsə, o da “yarışı” qazanıb. Bütün “tender”lərin qalibi isə, sözsüz ki, “Gəmiqaya” olub.

Emin Uçar təkcə Naxçıvanda qazanmaqla kifayətlənməyib. O, saxta tenderlə qazandığı layihələrin təchizatı üçün alınan malları özünün Türkiyədə yaratdığı “Gemiqaya-İstanbul” şirkəti vasitəsilə Naxçıvana gətirib. İstədiyi mala istədiyi qiyməti qoymaq və malların alındığı şirkətlərlə gizli sövdələşmələrə girmək səlahiyyəti də onda olub. Dolayısıyla “xan” ailəsi 1 qazanıbsa, Emin Uçar 2 və bəlkə də 3 qazanıb.

İddia olunur ki, Emin Uçarın “xan” ailəsinə fırıldaq gəlməsinin üstü dəfələrlə açılıb. Hələ 5-6 il əvvəl Naxçıvanda kənd təssərüfatının inkişafı layihəsi üçün tələb olunan suvarma nasosları Türkiyədən 1 milyon TL qiymətinə alınıb və Naxçıvana gətirilib. Naxçıvanda isə nasoslar 1 milyon ABŞ dollarına sənədləşdirilib. Nasosların 10 ədəd olduğu bildirilir. Yəni təkcə bu proyektə görə, Naxçıvana ayrılan dotasiyadan 10 milyon silinib. Araşdırmalar zamanı alınan malın əsl qiymətinin xeyli aşağı olduğu ortaya çıxıb. Emin Uçar bu hadisəni texniki səhv kimi qələmə verib. “Texniki xəta”nı edən Muhammet adlı şəxsi isə dərhal Naxçıvandan çıxarıb Ağrıya göndərib. Bir müddətdən sonra həmin adama Ağrıdakı sement zavodunda məsul bir iş tapşırıb.


2 milyon dollarlıq musiqili fantan

İkinci belə “texnika xəta” Naxçıvanda inşa olunan fantan layihəsində üzə çıxıb. Muxtar Respublikaya gətirtilən bir fantanın qiyməti sənədlərdə 2.000.000 dollar olaraq göstərilib. Araşdırma zamanı gerçək qiymətin qat qat aşağı olduğu aydınlaşıb. Maraqlıdır ki, bu məlumatı “xanlıq” rejiminə satıcı firmanın özü bildirib. Beləcə, Uçarla Rza Talıbov arasında ziddiyyət özünün kulminasiya nöqtəsinə çıxıb. Rza Talıbovun araşdırması nəticəsində, demək olar ki, bütün “tenderlər”də Emin Uçarın ona atdığı müəyyənləşdirilib. Bu da Türkiyəli iş adamının Naxçıvandan qovulması ilə nəticələnib.

Emin Uçarın bəzi Türkiyəli yetkililəri aranı düzəltmək üçün vasitəçi kimi Vasif Talıbovun hüzuruna göndərməsi də heç bir nəticə verməyib. İlk arabuluculardan birinin Ağrının bələdiyyə sədri Savcı Sayan olduğu bildirilir. Sayanın Vasif Talıbovla görüşə Emin Uçarın öz səhvini Naxçıvan Taxıl Kombinatındakı hissələrindən vaz keçməklə kompensasiya etmək təklifini gətirdiyi deyilir. Emin Uçarın ortaqlarına vurduğu zərər o qədər böyük olub ki, “xan” həzrətləri bu təklifi yaxına belə buraxmayıb. Onun Naxçıvandakı bütün mülkiyyətini “milliləşdirən” “xan”ın bu hərəkəti Uçarı Türkiyənin ən yüksək məqamlarına üz tutmağa vadar edib. Araya hər iki dövlətin siyasi iradəsi girincə, Naxçıvan rəhbərliyi geri çəkilməyə məcbur olub və ortaq mülkiyyətin auditinin başlanmasına və ədalətli şəkildə bölünməsinə qərar verilib. Auditin necə nəticələnəcəyi isə bəlli deyil. Bəlli olan odur ki, Naxçıvan rəhbərliyinin səriştəsizliyi paytaxtın da qəzəbinə səbəb olub və onun Muxtar Respublikaya ayrılan dotasiyaları necə gəldi mənimsəyərək qurduğu səltənətin əlindən alınmasına qərar verilib. Naxçıvanda son zamanlar bir çox müəssisələrin təcili satılması da bununla izah olunur.

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?
Ağrı bələdiyyə sədri Savcı Sayan və Emin Uçar

Növbəti sual: Emin Uçarın “qazandığı” layihələrin təchizatında təkbaşına iş gördüyü Türkiyədə hansısa maxinasiyalara yol verə bilməsi hardasa başadüşüləndir, bəs, o, hər şeyə nəzarət edilən Naxçıvanda necə bu əməllərə əl ata bilib?

İnformasiya mənbəyimizin dediyinə görə, “Gəmiqaya Holding”in ən aparıcı vəzifələrinə təyinat Emin Uçarın əlində olub. O isə həmin vəzifələrə Türkiyədən “mütəxəssis”lər gətirərək, şirkətin idarə olunmasını tamamilə özündən asılı vəziyyətə salıb.

“Məsələ burasındadır ki, türkiyədən gətirilən bu “mütəxəssis”lərin çoxunun diplomu olmayıb. Onları dərhal Naxçıvan Dövlət Unvertetinə qəbul edirən Emin Uçar hər birinə diplom veririb. Daha sonra isə onları yüksək postlarda işlə təmin edib. Türkiyəli “mütəxəssislər”in maaşı da Naxçıvanın yerli mütəxəssislərindən fərqlənib. Hər birinə 5-10 min manat arasında maaş verilirdi.

Emin Uçarın saxta “genel müdürü Serkan Özerə ise sanki dünyanın en böyük aparıcı maşınqayırma firmasının müdiri kimi ayda 25.000 dollar maaş yazılırdı. Layihələr təhvil veriləndə isə Özer əlavə böyük miqdarda mükafat alırdı. Hardasa 50-100 min manat arasında mükafatdan söhbət gedir. Eyni şirkətdə Serkan Özerden sönra ikinci adam olan qardaşı Volkan Özerde eyni haqlara sahib idi”, - mənbəmiz belə deyir.

Köhnə ortaqların dalana dirənən mal bölgüsü: Emin Uçar Talıbovlara necə atdı?

Bildirildiyinə görə, Türkiyəli “mütəxəssislər” də bu böyük iltifatın əvəzini Emin Uçara sənədləri saxtalaşdırmaqla qaytarıb.

Soruşa bilərsiniz: Bəs həmin layihələrdə əsl tər tökən, işin ağırlığını çiyinlərində daşıyan yerli və həqiqi mütəxəssislər nə qədər maaş alıblar?

İddialara görə, ən yaxşı halda 1500 manat. Üstəlik, Türkiyəli “mütəxəssis”lər maşınla, müftə evlə də təmin olunduqları halda bizim həqiqi mütəxəssislərə bu imtiyaz da verilməyib.

Acınacaqlıdır ki, Türkiyəli bəzi “mütəxəssis”lər belə, bu talanın nəhəngliyindən şoka düşüb, qarşılarına qoyulan sənədləri imzalamaqdan imtina edirmişlər. Emin Uçar isə onları döyə-döyə “haqqa” gətirirmiş. Hətta həmin vicdanlı insanlar bu barədə Naxçıvan polisinə belə müxtəlif zamanlarda məlumat versələr də Uçara heç kim bata bilməyib. Nəticədə “satqın”lar işdən atılıb, “Gəmiqaya”da təmizlənmə işləri aparılıb, holdinq tamamilə Uçarın nəzarətinə keçib. Beləcə, Vasif Talıbovun himayəsi sayəsində Naxçıvana ayrılan dotasiya göyə sovrulub. Uçarın həm də “xan” ailəsinə atdığı ortaya çıxınca isə fələyin çərxi tərsinə fırlanmağa başlayıb.

İndisə şirkətin ortaqlar arasında bölgüsü prosesi gedir. Emin Uçarın maxinasiyalardan qazandığı azmış kimi, bir də Talıbovların “milliləşdirdiyi” əmlakın bir hissəsinə sahib çıxması gözlənilir. Həmin əmlakdan “xan” ailəsinə çatacaqların əlindən alınıb-alınmayacağı isə bilinmir. Qısası, 30 ildir Naxçıvana necə gəldi hökm edən Vasif Talıbov bu əmlak bölgüsündən sıfırlanaraq da çıxa bilər.

Ovqat.com

P.S. Araşdırmalarımız davam edəcək










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Bu gün, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Bu gün, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Bu gün, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Bu gün, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Bu gün, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Bu gün, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Bu gün, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Bu gün, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Bu gün, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Bu gün, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Bu gün, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Bu gün, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Bu gün, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Bu gün, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Bu gün, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Bu gün, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Bu gün, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Bu gün, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Bu gün, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Bu gün, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Bu gün, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Bu gün, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Bu gün, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Bu gün, 13:19
Nazir Penitensiar xidmət rəhbəri ilə YOLLARINI AYIRIR... - GÖZLƏNTİ...
Bu gün, 13:08
Zəhər dolu, partlamağa hazır "saatlı bombalar" – Azərbaycanlılar niyə ölür?
Bu gün, 13:00
Azərbaycan və Ermənistan arasında razılaşma Avropada sülh tarixidir - Aİ lideri
Bu gün, 12:57
Ermənistanda 7 İYUN xofu – Ter-Petrosyan Paşinyana görə NARAHATDIR?
Bu gün, 12:28
Azərbaycanlı tursitlərin getdikləri bütün ölkələrdə öz evləri var - SİYAHI
Bu gün, 12:25
Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultay keçiriləcək - AÇIQLAMA
Bu gün, 12:16
ABŞ Dövlət Departamenti Pekinin Tayvanla bağlı açıqlamalarına reaksiya vermir - ÇÜNKİ...
Bu gün, 12:09
Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir
Bu gün, 12:06
Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ
Bu gün, 12:05
Bakıda klinikadan 5000 manat oğurlamaqda şübhəli bilinən kassir saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 11:59
EYNİ müəssisə ətrafında YENİ suallar: Niyə baxan yoxdur? - Görünəni odur ki...
Bu gün, 11:58
Kaya Kallas Azərbaycana səfər edəcək
Bu gün, 11:51
Səsləndirdiyi şeirlərdən qəribə səslər gələn aktyor və qiraətçimiz - Orxan Saffari yazır...
Bu gün, 11:49
Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Bu gün, 11:44
"Vurulan pilot" - Köçəryan "səmaya" qayıda biləcəkmi?
Bu gün, 11:31
BVF-yə ən çox borcu olan ölkələr - SİYAHI
Bu gün, 11:29
Küçədə baxmaq üstündə tanımadığı şəxsi bıçaqladı, 3 il cəza aldı - MƏHKƏMƏ
Bu gün, 11:21
Azərbaycanı İrəvanda o təmsil edəcək - KİV
Bu gün, 11:17
Okampo çirkli təbliğat kampaniyasının fəal iştirakçısı idi - ŞƏRH
Bu gün, 11:14
Azərbaycanda hamı qaza görə növbədədir - Babiş
Bu gün, 11:12
Bağlandığı iddia olunan verilişin yayımı bərpa edildi - FOTO
Bu gün, 11:11
Bakı Slavyan Universitetində binalarının təmirinə 1.4 milyon manat xərclənəcək
Bu gün, 11:09
Xaricdə qanunsuz silahlı birləşməyə qoşulmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 11:07
Bakıda klassik musiqi konserti - FOTO
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru