Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                     Rusiya Azərbaycanın tərəfində olacaq .....                     “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? .....                     "Ailəli qadınlar məndən açıq geyinirlər" .....                     Azərbaycanlı uşaq ögey atasını öldürdü .....                     Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər .....                     ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər .....                     “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi .....                     ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU .....                     “Ermənistanda zəhərli ideologiya hələ də qalır” .....                     Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir .....                     Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? .....                     Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir .....                     Azad Rzayevin şirkəti dövlətə borclandı .....                     Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər .....                 

Fermerlərin məhsulu batır, nazirlik isə yatır... - İnam Kərimov NƏ İŞƏ YARAYIR?
Tarix: 29-03-2022, 11:13 | Çap et
Fermerlərin məhsulu batır, nazirlik isə yatır...
Azərbaycandan xurma ixrac edən onlarla kəndli-fermer Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və rublun dəyərdən düşməsi ilə iki əsas bazarını itirib. Məhsulunu sata bilməyən fermerlər min-bir əziyyətlə, xərclə başa gəlmiş xurmanı zibilə tullamağa məcbur qalıblar.

Söhbətləşdiyimiz fermerlər bildiriblər ki, Rusiyaya göndərilmiş xurmaların bir hissəsi yolda xarab olub, məhsulunu bazara çıxara bilənlər isə rublun dəyərini itirməsi ilə qəpik-quruş qazanıblar. Qazandıqları pul soyuducu anbarların xərcini güclə ödəyib.

Göyçaylı fermer Rəhim Salmanov deyib ki, onların əsas bazarı Rusiya və Ukraynadır. Onsuz da son bir-iki ildir məhsullarını satmaqda çətinlik çəkirlər, müharibə də üstəlik vəziyyəti daha da pisləşdirib.

“Daşınma xərci iki dəfədən çox artdı...”

“Ukraynaya məlum səbəbdən məhsul göndərə bilmədik. Rusiyaya isə daşınma xərci iki dəfədən çox artaraq dörd-beş min dollara çatdı. Təsəvvür edin, məhsul göndəriləndən bəri rubl bir neçə dəfə dəyərini itirib. Bu azmış kimi Rusiyadan pul çıxarılması da çətinləşib. O zaman satdığımız malın pulunu necə alacağıq? Hələ bunun gömrük rüsumundan danışmıram”, - fermer bildirib.

R.Salmanov edib ki, soyuducu anbarlarda məhsul saxlamaq kəndli-fermer üçün sərfəli deyil: “Yanvarın 15-dək soyuducu anbarda məhsul saxlamaq hər 9 kiloqramlıq yük üçün 2 manat 50 qəpiyə başa gəlirdi. Yanvarın 15-dən sonra hər kiloqram üçün 4-5 qəpik tələb etməyə başladılar. Çünki soyuducu anbarların tutumu böyükdür, sahibkara da sərf etmir”.

Göyçayda xurmanı çay kənarlarına tökürlər

Fermer qeyd edib ki, ona çəkdiyi zəhmət və zərərlə bağlı danışmaq ağrılıdır. Bütün ilboyu çəkdiyi zəhmətin bəhrəsini görməyib. Bu mövsümdə ən azı 50 min manatdan artıq zərəri olub. Halbuki əvvəllər xurma neçə ailənin dolanışıq mənbəyi olub. Buna görə də xurma bağını daha sərfəli meyvə ağacları ilə əvəz etməyi düşünür.

Digər fermer isə adının çəkilməsinə ehtiyac görməyib, deyir ki, onsuz da xurma istehsalı ilə məşğul olan kəndli-fermerlərin əksəriyyəti onun vəziyyətindədir. Xurma ilə bağlı real vəziyyəti görmək üçün mövsümdə Göyçaya gəlmək kifayətdir. Çünki rayonda zay olmuş məhsullar çayın kənarlarına atılır.

Fermer bildirib ki, xərclər artıb, indi bir hektar xurma bağının becərilməsi təxminən 3 min manata başa gəlir. Xurma istehsalçıları əsasən Rusiya və Ukrayna hesabına dolanır, qazanc götürə bilirdilər: “Tək Göyçay deyil, Şəmkir və şimal rayonlarındakı tanış fermerlərlə də əlaqə saxlayırıq. Fermerlərin çoxu bu vəziyyətə düşüb, məhsul bol olub, sata bilməyiblər, nəticədə tökülüb qalıb”.

10 min tondan artıq məhsul zay oldu

Fermerlərdən biri Orucəli Qəniyev isə bildirib ki, o mövsümdə məhsullarını yerli bazarda 8 kiloqramını 6 manatdan sata bilib. Məhsulu çox olmadığından zərərlə də üzləşməyib. Qəniyev məhsulunu saxlayanlardan fərqli olaraq dərhal satanların zərərə düşmədiyini də qeyd edib.

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov isə bildirib ki, on min tondan artıq məhsul zay olub, yüzlərlə fermer ziyana düşüb: “Onsuz da ötən ildən Rusiya bazarında alıcılıq qabiliyyəti kəskin azalmışdı, Azərbaycandan bu ölkəyə ixrac olunan xurmanın bazarlarda satışı xeyli zəifləmişdi”.

Q.Yusifov xurma ixracında başqa bazarların olması ilə bağlı təkliflərlə çıxış edib. Çünki yerli bazar o qədər məhsulu qəbul edə bilmir. Fermer isə təkbaşına yeni bazar axtara, məhsulunu çıxara bilmir.

Qeyd edək ki, kəndli-fermerlər xurmanı soyuducu anbarlarda saxlayıb, qış aylarında Rusiya və Ukraynaya ixrac edirlər. Anbarlarda mal qaldıqca maya dəyərinə təsir edir, amma adətən xarici bazarda xurma yerli bazardan bir neçə dəfə baha satıldı. İndi isə əsas iki bazarı itirmək xurma istehsalçılarına ciddi zərbədir.

Rusiyanın Ukraynaya hərbi təcavüzü ərəfəsində Azərbaycandan Rusiyaya meyvə-tərəvəzin qatarlarla daşınmasını nəzərdə tutan “Aqroekspress” layihəsi işə düşmüşdü və bu layihə çərçivəsində Azərbaycandan Rusiyaya o cümlədən xurma yüklü qatarlar yola salınmışdı. Yüklərin qatarlarla daşınması fermerlər üçün xeyli sərfəli olmalı idi, çünki bu həm malın daha tez çatdırılması, həm daşınma xərclərinin azalmasına gətirib çıxaracaqdı. Lakin müharibə vəziyyəti mürəkkəbləşdirib və indi azərbaycanlı fermerlər Rusiya bazarına həm ötən payızdan qalma meyvəni, həm faraş tərəvəzi çatdırmaqda bir sıra çətinliklərlə üzləşiblər.
virtualaz.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
Dünən, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
Dünən, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
Dünən, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
Dünən, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
Dünən, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Dünən, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
Dünən, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Dünən, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Dünən, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Dünən, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Dünən, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Dünən, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Dünən, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Dünən, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Dünən, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Dünən, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Dünən, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Dünən, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Dünən, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Dünən, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Dünən, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Dünən, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Dünən, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Dünən, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Dünən, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Dünən, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Dünən, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Dünən, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Dünən, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Dünən, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Dünən, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Dünən, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Dünən, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Dünən, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Dünən, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Dünən, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Dünən, 08:18
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Dünən, 08:16
44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Dünən, 08:15
Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Dünən, 08:13
Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Dünən, 08:05
Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Dünən, 08:00
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Dünən, 07:54
Ukrayna və Rusiya arasında HAVA DURUMU... - Görünəni odur ki...
Dünən, 07:10
Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... - ÇÜNKİ...
Dünən, 07:07
"Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." - partiya sədri
Dünən, 07:03
"Filiala getdim və nəticə yoxdur..." - GİLEY
Dünən, 07:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru