Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək .....                     Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi .....                     ABŞ İranda növbəti bombardmanlara hazırlaşır .....                     Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib .....                     Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... .....                     Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu .....                     Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi .....                     Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR .....                     Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub .....                     Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi .....                     Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var .....                     “28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” .....                     İlqar Əliyev həbsdə vəfat etdi .....                     Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi .....                     Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur .....                     Burda ancaq xəstələnmək olar... sağalmaq yox... .....                     Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi .....                     Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir .....                     “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə .....                     "Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." .....                     Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... .....                     Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... .....                     Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... .....                     Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... .....                     "Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... .....                     "Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" .....                     Ali təhsil ocağı... yoxsa KAFE-BAR? .....                     Bankların “qara siyahı”sından necə çıxmaq olar? .....                     Sabiq gömrük rəisinin 'Villa Badam' macərası .....                     Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər .....                     Eynulla Fətullayev haqqın.az-ı satdı .....                     Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda .....                     Təhsilin əvəzedilməz direktorları .....                     Vüsal Nəsirlidən keçmiş sədrə JEST .....                     "Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" .....                     İrəvanda “Zelenski döyüşü” .....                     Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? .....                     Təhsil Nazirliyində şok yeyinti .....                     AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA .....                     Qafarovun başı necə qarışıbsa... .....                 

Zaqatalada acınacaqlı mənzərə... - GİLEY
Tarix: 14-07-2020, 11:24 | Çap et
Zaqatalada acınacaqlı mənzərə...
“Su həyat mənbəyidir” deyirlər. Amma Zaqatala sakinləri ilin-günün bu vaxtında həyatımızın mənbəyi olan suya möhtac qalıblar. Zaqatala əhalisinin sosial şəbəkələrdə qaldırdığı bu problemi biz də işıqlandırmaq qərarına gəldik. Sputnik Azərbaycan-ın “Zaqatalanın hansı hissələrində su problemi yaşanır?” sualına yerli sakinlərdən Bəxtiyar Məmmədovun cavabı belə oldu: “Sualı düzgün qoyun, siz soruşun ki, “su problemi Zaqatalanın harasında yoxdur?” Rayonun özündən və ətraf kəndlərdən tutmuş ən ucqarlara qədər susuzluqdan əziyyət çəkirlər. Bir neçə il əvvəl rayonun su-kanalizasiya xətləri yenilənəndə yerli şəraiti bilən insanların təklif və iradlarını eşitmədi aidiyyəti orqanlar. Su xətlərinin Tala çayından çəkilməsi böyük səhv idi. Katex çayından çəkmək ən düzgün variant idi”.

Gülay Rəşidova deyir ki, neçə dəfə şikayət etmələrinə rəğmən, problem yerində sayır: “Mən İstiqlaliyyət küçəsində yaşayıram. Neçə gündür, su üzünə həsrətik. Çox yox, gündə 1 saat su versələr, olmazmı? Xəstəliklərdən danışırlar, insanlara evdən çıxmağa icazə vermirlər. Çölə çıxanı da cərimə edirlər. Su da vermirlər. Bu xəstəliklər də susuzluqdan əmələ gəlir. İnsanlar koronavirusdan yox, susuzluqdan öləcəklər. Yuxarı postda əyləşənlər kondisionerin altında oturub, rahat sularından içirlər. Bəs bu camaatı susuz qoymağa utanmırlar? Daha bu ölkədə niyə yaşayaq? Allah onları da suya möhtac etsin! "Qaynar xətt"ə zəng edirik, “baxırıq” deyib aldadırlar".

Günəş Tahirli bildirir ki, rayonun su idarəsinə zəng etsələr də zənglərinə cavab belə verilmir: “Yuxarı Tala, Məcid Balayev küçəsində yaşayırıq. Bu gün artıq 1 həftə oldu, 1 həftədir ki, bizdə su yoxdur. “Azərsu”nun "qaynar xətti"nə dəfələrlə zəng eləmişəm. “Qeydə aldıq” deyiblər, vəssalam. Zaqatala Su İdarəsindəkilər isə heç zəhmət çəkib telefonlarımıza cavab vermirlər. Şəhərdə bəzi yerlərdə var su. Ən azından qrafiklə küçələrə su versələr, hərə öz işini bilər. Hazırkı vəziyyətdə çörək almağa zorla pul çatdırırıq, suyu nə ilə alaq? Xüsusilə də yay fəslidir, hər gün hamamlanmaq, paltar dəyişmək lazımdır”.

İnqilab Səmədov rayonun Lahıc kəndindəndir. O, suvarma problemindən danışır:

“Lahıc kəndində sahələrin suvarılması üçün lazım olan su yoxdur. Yuxarı kəndlərdən kəsib veriblər, bizim sahələr isə susuzluqdan yanır. Heç olmasa, ayın 1 həftəsini aşağı kəndlərə su buraxmaq olmaz? Sonra da rayon camaatını qınayırlar ki, əkib-becərmirlər. Yazıq kəndli neyləsin? Əkmişəm, su yoxdur suvarmağa, əkdiklərim necə bar versin?”
Səbuhi Abdullayev də şikayətçilər sırasındadır: “Muxax kəndinin mərkəzi küçəsində başdan ayağa qədər günlərlə su gəlmir, gələndə də 2-3 saatlıq gəlir. Suyun təzyiqi çox aşağı oldundan heç cür istifadə edə bilmirik. Vəziyyət acınacaqlıdır. Yayın istisində susuz necə yaşamaq olar, xüsusən də bu dövrdə - koronavirusun getdikcə artığı dövrdə?”

Günel Məmmədova hesab edir ki, koronavirusun getdikcə artmasının başlıca səbəbi susuzluqdur: “Televiziyalar bar-bar bağırır ki, əllərimizi tez-tez sabunla yuyaq. 2 gündən bir su gəlir. O da çox az. Aidiyyatı qurumlar niyə bunu düşünmür? Pandemiya dövrüdür, insanlara evdən çıxmağa icazə vermirsiz. Su da vermirsiz. İnsanlar üçün bundan ağır cəza yoxdur”.

Rəqsanə Süleymanova deyir ki, su o qədər az gəlir ki, ondan istifadə etmək qeyri-mümkündür: “Muğanlı kəndində içməli su o qədər az gəlir ki, insanın əsəbləri pozulur. Yay vaxtı isə bu, dözülməz olur. 2-3 ildir ki, vəziyyət belədir. Əvvəllər belə deyildi, əvvəllər sularımız gur gəlirdi. Artıq o gur suları biz ancaq yuxuda görə bilərik”.

Esmira Əliyevanın da ailəsi su üzünə həsrət qalıb: “Zaqatalanın Qazangül qəsəbəsi, “Şərq” massivində 4 gündür su yoxdur. Evdə 2 körpə, işə gedən adamlar var. Zəng etmişik, deyirlər, təmir var. Bu vaxtı təmir olar? Təmirləri də ki bitmək bilmir”.

Sahib Bağırov kiçik sahibkardır. Susuzluq onun işinə əngəl törədib:

“Əvvəllər artezianlar işləyərdi biz tərəfdə, su problemi olmazdı. İndi artezianları ancaq su maşınlarına görə işlədirlər, onlar da suyu hələ ki tonu 6 manata bizə satırlar. Su idarəsi göz bağlamaq üçün maşınla vedrə-vedrə əhaliyə su paylamaq əvəzinə, artezianları əhalinin istifadəsinə verməlidir. Yoxsa bu pandemiya dövründə COVID-19-un yayılması bir az da arta bilər”.
“Bizim həm yaşayışımız, həm çörəkbişirmə seximiz Çingiz Mustafayev küçəsindədir. Bu gün su idarəsinin bir əməkdaşıyla əlaqə saxladım. Dedi ki, ümumiyətlə, xətlərə su verilməyəcək, əhaliyə maşınla vedrə-vedrə su paylanacaq. Sual verdim ki, “evdə vedrəylə su daşıyıb keçinmək olar, bəs sexdə nə edəcəyik? Axı sexdə axar su olmadığı təqdirdə istehsalla məşgul olmaq qadagandır”. Dedi, “mən bilmərəm”. Su İdarəsinin nə rəisi, nə də mühəndisi ilə əlaqə saxlamaq mümkündür. Kim bizə cavab verəcək, mən də bilmirəm”,- deyə əlavə edir.

Rayon sakini Murtuzəli Atayev də şikayət edənlər sırasındadır: “Niyə rayonumuzun deputatı Elşən Musayev Milli Məclisdə su məsələsini qaldırmır? Hələ ki E.Musayev heç bir dövlət təşkilatı və eləcə də Milli Məclis qarşısında bu məsələni qaldırmayıb. Muxağın suyu 100 deputat da olsa, 300 m boru yox, 3000 m boru da qoşsalar, heç vaxt düzələn deyil. Müasir tipli sutəmizləyici qurğularda su təmizlənib, içməli hala salındıqdan sonra su anbarlarına verilməlidir. Muxağın daxili su xətləri də bugünki tələbatın heç 50%-ni belə ödəmir. Daxili xətlər tam təzələnməli, yeni bir sistem qurulmalıdır. Deputatın çıxışından sonra Muxax içməli su anbarının üstündə inəklər oynayır. Bugünkü Muxax suyunun mühafizə olunmaması səbəbindən, adi bir təxribatla kəndin 50%-ni məhv etmək olar. İnanın ki, Zaqatalada yaşamış ermənilər bizim dağlarımızı və çaylarımızı bizdən yaxşı tanıyırlar. Hər an təxribatla və susuzluqla üz-üzəyik”.

Yegane Balayeva deyir ki, onlara su yalnız gecə saatlarında verilir: “Heydər Eliyev prospektində yaşayıram. Şəhərin mərkəzində belə biabırçılıq olar? Fikirləşmirlər ki, çoxunun su çəni, hovuzu yoxdur. Heç olmasa, saatla verin də. Gecə 12-də su verirlər, səhər 7-də kəsirlər. Gərək bütün gecəni yuxusuz qalıb, işimizi görək. Əks halda susuz qalırıq sutka ərzində”.

Rayon sakini Şəhla Əhmədova isə barəsində danışdığımız problemin yeni olmadığını, illərdir bu problemdən əziyyət çəkdiklərini deyir: “Danışmaqla, yazmaqla nəsə düzəlir ki? Bu problem hər il baş verir. Hər il qızmar yay günlərində camaat susuz qalır. Su pulu yığmağa gələndə qanımızı içirlər. Allahdan qorxmazlar, birdəfəlik təmir edib başa çatdırın, biz də insan kimi yaşayaq”.

Abdurahman Abdurahmanov da digər həmyerliləri kimi dəfələrlə aidiyyatı orqanlara müraciət edib. Lakin: “Sərxan Bayramov küçəsində yaşayıram. Şəhər İcra Hakimiyyətinə dəfələrlə zəng etmişəm. “Azərsu”ya da həmçinin. Hələ də xəbər yoxdur. Hər dəfə şikayətimizi çatdıranda bizi “yola verirlər”. Arqument də gətirirlər ki, təmir gedir. Başa düşmürəm, hər il təmir olar? Bitmədi bu təmir?”

Nikita Əliyeva deyir ki, susuzluq artıq onların əsəblərini tarıma çəkib:

“Maska taxmadığına görə insanları cərimə edənlər, niyə bizi susuz qoyanları cərimələmirsiz? Niyə İcra Hakimiyyəti, “Azərsu” bunu düşünmür? Onlara kim icazə verib ki, rayonda monopoliya yaratsınlar? Axı niyə bu qurumlar pandemiya dövründə, insanların əsəblərinin gərgin bir dövründə bizi susuz qoymalıdır? Hansı haqla? Allah eləməsin, ölən olsa, yanğın olsa, bir qram su yoxdur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək
Bu gün, 11:08
Yeni Klinikanın rəhbərliyinə Zəhra Vəzirova gətirildi - ƏMR
Bu gün, 11:06
ABŞ İranda növbəti bombardmanlara hazırlaşır - GƏLİŞMƏ
Bu gün, 11:03
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib - BUNA GÖRƏ...
Bu gün, 10:59
Biləcəri başdan-başa XAOSA TƏRK EDİLİB... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 10:57
Kliniki Tibbi Mərkəzin yeni direktoru o oldu - ƏMR
Bu gün, 10:49
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi - MƏQALƏ
Bu gün, 10:45
Nazirin Naxçıvan görüşünü işçiləri BELƏ HÖRMƏTDƏN SALIR - NARAZILIQ VAR...
Bu gün, 10:39
Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:23
Təranə Əhmədova Səhiyyə Nazirliyindən getdi - ƏMR
Bu gün, 10:15
Tibb Universitetinin müqavilə bağladığı “DİGİX” MMC-nin uyğunluq göstəricilərində nə kimi şübhələr var - ARAŞDIRMA
Bu gün, 10:09
“28 fevralda başlayan hərbi əməliyyatlar başa çatıb” – Ağ Ev rəsmisi
Bu gün, 09:56
İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün, 09:51
Hesablama Palatası nöqsan aşkar etdi, qurum isə təkzib verdi - DÜZÜNÜ KİM DEYİR?
Bu gün, 09:49
Azərbaycan nefti 122 dollardan yuxarı səviyyədə ticarət olunur
Bu gün, 09:45
Burda ancaq xəstələnmək olar... sağalmaq yox... - FAKT BUDUR...
Bu gün, 09:41
Amerikalı analitik Ukrayna savaşının bitməsi üçün tarix göstərdi – 2029-cu il...
Bu gün, 09:24
Rusların vurduğu təyyarəmizlə bağlı araşdırma davam edir - TASS
Bu gün, 08:52
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə - TƏFƏRRÜAT
Bu gün, 08:29
"Özlərini "Prezident təqaüdçüsü" kimi təqdim edirlər..." - ETİRAZ
Bu gün, 08:15
Naxçıvan televiziyası NƏDƏN PİS GÖSTƏRİR... - İLGİNC İDDİALAR
Bu gün, 08:09
Burda baş verən özbaşınalıqlara TƏCİLİ MÜDAXİLƏ OLMAZSA... - MÜRACİƏT
Bu gün, 08:01
Köhnə başçının daha bir GİZLİ ƏMANƏTİ... - İTTİHAM VAR...
Bu gün, 07:51
Mina üstündəki ONKOLOGİYA MƏRKƏZİ... - Ona görə hər addımda partlaya bilər...
Bu gün, 07:43
"Sabah"la "Qarabağ" maşinistlik uğrunda mübarizə aparırsa... - BUNUN NƏYİ PİSDİR Kİ...
Bu gün, 07:35
"Tehranla danışıqların gedişatından yalnız kiçik bir dairə xəbərdardır" - KİV
Bu gün, 07:20
Ali təhsil ocağı... yoxsa KAFE-BAR? - BU NƏDİ BELƏ?
Bu gün, 07:11
Bankların “qara siyahı”sından necə çıxmaq olar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:03
Sabiq gömrük rəisinin 'Villa Badam' macərası - Pulu artıqlıq edir...
Bu gün, 07:01
Azərbaycanın yeni paytaxtı bu şəhər ola bilər – Müzakirələr başladı
Bu gün, 06:48
Eynulla Fətullayev haqqın.az-ı satdı - İDDİA
Bu gün, 06:35
Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda - GƏLİŞMƏ
Bu gün, 06:32
Təhsilin əvəzedilməz direktorları - Biri 29 il, biri də 23 ildir eyni məktəbə rəhbərlik edir
Bu gün, 06:30
Vüsal Nəsirlidən keçmiş sədrə JEST - Saleh Məmmədovun qudası ilə bacarmır?
Bu gün, 06:25
"Elə yerlər var ki, orada saathesabı ilə iş tələb etmək məntiqli deyil" - deputat
Bu gün, 06:20
İrəvanda “Zelenski döyüşü” – Balans dəyişə bilər?
Bu gün, 06:17
Onlayn təhsil dövrü başlayır: Məktəblər bağlanacaq? - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyində şok yeyinti - Eşqi Bağırovun taleyi “iki dodaq arasında”
Bu gün, 06:12
AMEA-da vergi borcu olan şirkətlə ANLAŞMA - FOTO
Bu gün, 06:08
Qafarovun başı necə qarışıbsa... - TƏK İŞİ XƏSTƏ SOYMAQDIR
Bu gün, 06:04
NATO ABŞ qoşunlarının Almaniyadan çıxarılmasını müzakirə etmir - "Telegraph"
Bu gün, 05:58
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
Dünən, 22:17
İbad Hüseynli Xankəndidə restoran açır - ÖZÜ AÇIQLADI
Dünən, 17:40
400 minlik dələduzluq: - Sabiq ekspertin məhkəməsi...
Dünən, 17:38
Mühasibi iş adamına qarşı dələduzluq etdi: Vergi borcu sildirmək istədi, 15 mini getdi - TƏFƏRRÜAT
Dünən, 17:14
Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub - BAZAR OLSUN!
Dünən, 17:05
Çörəyin bahalaşacağına dair məlumat həqiqəti əks etdirmir - Dövlət Agentliyi BƏYAN ETDİ
Dünən, 17:01
Xəzərin icra başçısı NƏYƏ YARAYIR? - sakinlər narazılıq edir...
Dünən, 16:55
"Ən çox şikayət olunan şirkətlər "Kontakt Home" və "Baku Electronics"dir" - İstehlakçıların QARA SİYAHISI
Dünən, 16:47
Toyuna hazırlaşan gənci yük maşını ilə vuraraq öldürən şəxslə bağlı qərar çıxarıldı
Dünən, 16:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru