Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! .....                     Hümbətov ailəsi necə milyonlar qazanır .....                     "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." .....                     "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." .....                     Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                     "Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." .....                     Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi .....                     Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                 

Əli Həsənov milli maraqların keşiyində dayananları həmişə qapının çölündə saxladı... - Prezidentin mətbu siyasəti necə sabotaj olunurdu...
Tarix: 3-07-2020, 12:19 | Çap et
Əli Həsənov milli maraqların keşiyində dayananları həmişə qapının çölündə saxladı...
145 il öncə böyük mütəfəkkir Həsən bəy Zərdabinin bünövrəsini qoyduğu milli mətbuatımız yalnız 145 il sonra Prezident İlham Əliyevin milli siyasi xətti sayəsində xəyalını qurduğu səviyyəyə çatıb. Zərdabi milli maraqların keşiyində dayanan azad mətbuatımızın olmasını arzulayırdı. Lakin Çar Rusiyası, ardınca bolşeviklər, daha sonra qaranlıq 90-cı illər, ardınca da bir sıra məmurların yarıtmazlığı bu arzunun tam gerçəkləşməsinə mane oldu. Nəhayət indi Azərbaycan mətbuatının azad və milli maraqların keşiyində dayanan böyük qüvvə olduğunu deyə bilərik. Bu, Prezident İlham Əliyevin milli siyasətinin bəhrəsidir.

Milli mətbuatımızın kəşməkeşli tarixi var. Zərdabinin “Əkinçi”sini “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar davam etdirdi. Cümhuriyyət dövründə müstəqil dövlətimizin ömrünün cəmi 23 ay davam etməsi milli mətbuatımızın da ömrünü baltaladı. Boşleviklərin qırmızı rəngə boyadığı mətbuatımızda yalnız Ümumilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməsindən sonra milli xətt sərt qaydalara rəğmən dirçəldi.

90-cı illərin qaranlığı Azərbaycan kimi, milli mətbuatımızın da üzərinə çökmüşdü. Senzura, maddi-texniki təminatın yoxluğu, jurnalitlərə edilən təzyiqlər bolşeviklərin etdiklərindən heç də fərqlənmirdi. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı xilas etdi və milli mətbuatımız rahat nəfəs ala bildi.

Heydər Əliyev 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə senzuranı ləğv etdi və bu, tarixə azad mətbuata yaşıl işığın yandırılması günü olaraq düşdü. 1999-cu ildə beynəlxalq tələblərə cavab verən “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun qəbul edildi, 2001-ci ildə Heydər Əliyevin qərarı ilə mətbuatın “Azərbaycan” nəşriyyatına olan 398 min manat məbləğində borcu dövlət hesabına ödənildi. Bununla da milli mətbuata dövlət dəstəyinin əsası qoyuldu.

Dövlət mətbuatdan yalnız həqiqəti yazmağı istəyirdi. Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin “Siz yazın ki, biz nöqsanları düzəldək” sözləri də bunu təsdiqləyir.

Milli mətbuat Prezidentin istədiyini yazdı, amma və lakin...

Dövlət başçısı milli mətbuatın yubileylərinin keçirilməsi haqda qərarlar qəbul etdi. 2005-ci ildə “Əməkdar” jurnalist adı bərpa olundu, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalandı. Dövlətin mətbuata dəstəyinin daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı, KİV-ə birdəfəlik yardımların verilməsi, qəzetlərin maliyyələşməsi, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər məqsədlərlə böyük vəsaitlər ayrıldı.

Jurnalistlər üçün inşa olunan birinci binada 155, ikinci binada isə 155 mətbuat işçisi mənzillə təmin olundu. Prezident bütün bunları milli maraqların keşiyində dayanan azad mətbuat üçün etdi.

Ancaq dövlətin media siyasətini yerinə yetirənlər dövlət başçısının istəyini həyata keçirdilər, yoxsa?!

Jurnalistlər üçün inşa olunmuş iki binada mənzillə təmin olunanlar arasında mətbuata aid olmayan, əli qələm tutmayan insanların olması, mənzil bölgüsünün ədalətsiz bölgüsü, mənzilə həqiqətən ehtiyacı olanların kənarda qalması yuxarıda sualın cavabını verir.

Doğrudur, hər iki binada əsl jurnalist olan və həm ehtiycı, həm də haqqı çatan həmkarlarımız da mənzillə təmin olunublar və onların adına biz həmişə sevinmişik, heç olmasa istisnalar var deyə təsəlli tapmışıq. Ancaq ümumi mənzərə ürək açan olmayıb.

Prezident mətbuata yardım üçün KİVDF-yə milyon manatlarla vəsait ayırıb, amma səlahiyyətli şəxslər – konkret olaraq hakimiyyətin media siyasətinə cavabdeh olan Əli Həsənov və onun nəzarətində olan KİVDF-nin sədri Vüqar Səfərli, eləcə də digərləri bu vəsaitləri profilinə uyğun xərcləmədilər.

Prezident milli maraqların keşiyində dayanan azad mətbuatın inşası üçün əlindən gələn hər şeyi etdi, amma Əli Həsənov milli maraqların keşiyində dayananları həmişə qapının çölündə saxladı. Şəxsən mən Əli Həsənov tərəfindən dəfələrlə haqsız yerə təzyiqlərə məruz qalmışam. Ona görə ki, Əli Həsənov və komandasının ürəyi belə istəyirdi. Ona görə də bizlər Prezidentin istədiyini – həqiqəti yazırdıq, ona görə ki, cibimiz yox, dövlət və milli maraqlar əsas prinsipimiz olub...

Atalarımız yaxşı deyiblər, haqq incələr, amma qırılmaz. Nəhayət ki, dövlət başçısı milli mətbuatı bolşevik təfəkkürü ilə idarə edənləri tarixin arxivinə göndərdi və mətbuatı gerçək sahiblərinə qaytardı. Dövlət başçısının ölkədə həyata keçirdiyi genişmiqyaslı islahatlar mətbuatın da azadlığa çıxmasına zəmin yaratdı. Məhz kadr dəyişiklərindən sonra milli mətbuatımızın fəaliyyəti azad və milli maraqların qorunması prinsipinə əsaslanır.

Daha heç kim Prezidenti dəstəklədiyi, həqiqəti yazdığı üçün təzyiqlərə məruz qalmır. Bütün bunlar biz jurnalistlərdə mətbuatımızın gələcəyinə dair böyük ümidlər yaradır.

Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı da ümidləri daha da artırdı. Dövlət başçısının pandemiyanın ümummilli bəlaya çevrildiyi bu günlərdə mətbuatı unutmaması olduqca sevindirici məqamdır.

Artıq milli mətbuatımızın qaranlıq günlərinin geridə qaldığını əminliklə deyə bilərik və böyük mütəfəkkir Həsən bəy Zərdabi qəbrində rahat uyuya bilər. Çünki onun mirası əmin əllərdədir...
"Demokrat.az"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
5-09-2026, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
5-09-2026, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
5-09-2026, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
5-09-2026, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
5-09-2026, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
5-09-2026, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
5-09-2026, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
5-09-2026, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
5-09-2026, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
5-09-2026, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
5-09-2026, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
5-09-2026, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
5-09-2026, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
5-09-2026, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
5-09-2026, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
5-09-2026, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
5-09-2026, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
5-09-2026, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
5-09-2026, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
5-09-2026, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
5-09-2026, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
5-09-2026, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
5-09-2026, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
5-09-2026, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
5-09-2026, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
5-09-2026, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
5-09-2026, 08:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru