İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY
Tarix: 8-11-2019, 09:52 | Çap et
 Mingəçevir sakinləri qan müayinəsinə getməsinlər, çünki cihaz xarab olub
Mingəçevir sakini Elxan Rəşadov yaşadığı şəhərin mərkəzi xəstəxanasından şikayətçidir. Onun sözlərinə görə, 05.11.2019-cu ildə qan analizi verib, amma bu gün cavabını götürməyə gedəndə məlum olub ki, biokimyəvi analizlər aparılmayıb: “Səbəbini soruşdum, cavab verdilər ki, “artıq üçüncü gündür, bu analizləri yoxlamaq üçün aktivlər (reaktivlər – müəll.) şəhərdə olmadığına görə qəbul etmirik”. Görün, nə gündəyik, Respublikanın dördüncü şəhəri olan Mingəçevirdə, 3 gündür aktiv yoxdur ki, biokimyəvi analizləri etsinlər”.
AYNA şikayətçinin müraciəti ilə əlaqədar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının (MŞMX) direktoru Könül Ələkbərovla əlaqə saxlayıb. O bildirib ki, hazırda icbari tibbi sığorta layihəsi ilə əlaqədar şimal rayonlarından birindədir, amma xəstəxanada onu əvəz edən rəhbərlik var.
Buna baxmayaraq, şikayətə aydınlıq gətirən direktor qeyd edib ki, xəstənin şikayəti əsassızdır: “Xəstəxanamızda xəstələrə yalnız həkim göstərişi əsasında qan müayinələri təyin olunur. Ola bilər ki, xəstə öz istəyi ilə əlavə analiz istəyib, bundan imtina olunub. Bundan əlavə, bizim qan müayinəsi üçün reaktivlərimiz heç vaxt bitə bilməz, çünki xəstəxanada hər zaman 3 aylıq reaktiv ehtiyatı olur. Adıçəkilən xəstənin və ya başqasının şikayəti, iradı varsa da, xəstəxana rəhbərliyinə, xəstə hüquqları ilə məşğul olan şöbəyə müraciət edə bilər”.
Xəstəxananın baş həkimi Eldar Kərimov isə AYNA-ya deyib ki, problem reaktivlərlə bağlı deyil, xəstəxanada heç vaxt reaktiv çatışmazlığı olmayıb: “Bizim istifadə etdiyimiz xarici aparat (Roche Cobas İntegra 400 Plus) xarab olub. Xarici aparatların təmiri uzun çəkdiyindən problem yaranıb. Şikayətçinin qan müayinələri həyati əhəmiyyətli, təcili olmadığından aparat düzələn kimi müayinənin cavablarını götürə bilər. Onlarla icbari tibbi sığorta ilə gələn xəstəmiz var, nə ilə bağlı sözü olan varsa, gəlib bizə deyə bilərlər”.
Problemlə bağlı yazını hazırladığımız müddətdə direktor Könül Ələkbərov redaksiyamızla əlaqə saxlayaraq, son saata olan mövcud vəziyyəti açıqlayıb: “Hazırda aparat hələ də işlək vəziyyətdə deyil, bir müddət əvvəl aparatın plata deyilən hissəsi dəyişilmişdi, hətta bir illik zəmanət də verilmişdi. Plata təkrar yanıb, yenidən təmirə ehtiyac duyulub, bu səbəbdən Bakıdan mütəxəsislər çağırılıb. Aparat düzələn kimi müayinələrə davam ediləcək”.
Qeyd edək ki, İcbari Tibbi Sığorta Mingəçevirdə pilot layihə olaraq tətbiq edilir və sınaqdan keçirilir.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48 |
|
|
|
| • Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24 |
|
|
|
| • Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
| • Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15 |
|
|
|
| • Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02 |
|
|
|
| • Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59 |
|
|
|
| • “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54 |
|
|
|
| • Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52 |
|
|
|
| • “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50 |
|
|
|
| • Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48 |
|
|
|
| • “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45 |
|
|
|
| • Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
| • EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37 |
|
|
|
| • “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36 |
|
|
|
| • Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32 |
|
|
|
| • 19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25 |
|
|
|
| • Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16 |
|
|
|
| • Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15 |
|
|
|
| • Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04 |
|
|
|
| • İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59 |
|
|
|
| • Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52 |
|
|
|
| • Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49 |
|
|
|
| • Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45 |
|
|
|
| • Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41 |
|
|
|
| • 18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38 |
|
|
|
| • "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36 |
|
|
|
| • Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18 |
|
|
|
| • "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03 |
|
|
|
| • "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01 |
|
|
|
| • Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58 |
|
|
|
| • "Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48 |
|
|
|
| • Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43 |
|
|
|
| • Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20 |
|
|
|
| • Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15 |
|
|
|
| • Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11 |
|
|
|
| • “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09 |
|
|
|
| • Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02 |
|
|
|
| • Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54 |
|
|
|
| • Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50 |
|
|
|
| • Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36 |
|
|
|
| • Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40 |
|
|
|
| • Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38 |
|
|
|
| • "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34 |
|
|
|
| • Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25 |
|
|
|
| • Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50 |
|
|
|
| • 30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47 |
|
|
|
| • Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44 |
|
|
|
| • Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41 |
|
|
|
| • Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33 |
|
|
|
| • Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29 |
|
|
|
|