Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                     İran öz səhvini necə düzəltdi? .....                     Əhməd Məmmədzadə azadlığa buraxıldı .....                     Elvin Məmmədzadəyə yeni vəzifə verildi .....                     Bakıda "lombard əməliyyatı" .....                     Adnan Əhmədzadənin şirkəti cərimələndi .....                     Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: .....                     Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                     Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı .....                     “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” .....                     Məsuliyyət əvəzinə teatr: .....                     “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır” .....                     Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib .....                     “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                     Əməkdar artist komaya düşüb .....                     Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi .....                     Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... .....                     İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... .....                     Naxçıvanda idarə rəisi təqaüdə göndərildi .....                     Bakıda tanışını bıçaqlayan gəncə .....                     Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi .....                     Bakı ilə İrəvanın "çip diplomatiyası" .....                     18 yaşlı azərbaycanlı İsveç siyasətində .....                     "Məni təhqir etdirənləri məhkəməyə verəcəm" .....                     Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb .....                 

Eldar Mahmudov Londona niyə və necə gedib? - İDDİA
Tarix: 7-10-2019, 09:31 | Çap et
Eldar Mahmudov Londona niyə və necə gedib?
10 gün sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasının və məlum MTN çetesinin ifşasının 4-cü ili tamamlanır.

2015-ci il oktyabrın 17-si prezidentin sərəncamı ilə işdən çıxarılan Eldar Mahmudovun və dəstəsinin MTN-də hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib.

Ötən müddət ərzində sabiq nazir özünün azadlığını qorumağı bacarıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, Eldar Mahmudov hazırda Londondadır. Onun “Dumanlı Albion”a səfərinin məqsədi haqda məlumatlar yoxdur.

Sabiq nazirin azadlıqda qalması və xaricə səfərlərinin məqsədi haqda ehtimalları gücləndirən fikirlərlə parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc “Yeni Müsavat”a 2 il əvvəl verdiyi geniş müsahibədə tanış olmaq mümkündür. Deputat demişdi ki, Eldar Mahmudov və dəstəsinin əməlləri Cinayət Məcəlləsinin onlarla maddəsinin təsiri altına düşür. Deputatın qəzetimizə verdiyi müsahibəsində “Eldar Mahmudov nə üçün həbs olunmur” sualına belə cavab vermişdi.

Sitat: “Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni ”toxunulmaz şəxs" yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları idarə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm, digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük “akulalara” çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur".

Deputat Eldar Mahmudovu istintaqdan kənar saxlayan başqa səbəblər haqda danışarkən demişdi ki, sabiq nazir faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamaqdadır: “Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrupsiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə, dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır. Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar olan hər kəsi ”repressiya qurbanı" kimi tanımaq lazımdır".

Yada salaq ki, artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edib. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi. Ötən müddət ərzində baş verənlər onu deməyə əsas verir ki, Eldar Mahmudov həbs edilməyəcəyinə arxayındır. Onun işdən çıxarılmasından sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov istintaqçıların diqqət mərkəzində idi. Vidadi Məmmədovla Eldar Mahmudovun “işgüzar” əlaqələri sabiq nazir “OBXSS”də işlədiyi dövrə təsadüf edirdi. Belə ki, onlar bu qurumda birgə işləmişdilər. Eldar Mahmudov nazir olandan sonra isə kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlamışdı. 2007-ci ildə Vidadi Məmmədov da Vergilər Nazirliyinə gəldi və 5 il sonra, yəni 2012-ci ildə Eldar Mahmudovun dəstəyi ilə o, artıq vergi generalı oldu. Vidadi Məmmədovun Vergilər Nazirliyində uzun illər MTN şefinin adamı kimi fəaliyyət göstərməsi heç kimə sirr deyildi. Amma onun MTN-də daha bir güclü arxası da vardı: general Sübahir Qurbanov.

MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Sübahir Qurbanovla Vidadi Məmmədovu birləşdirən təkcə 2011-ci ildə rəsmiləşən qohumluq telləri deyildi. Tezliklə məlum oldu ki, MTN çetesi və Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə əlbir işləyirmiş, “qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edir, sonra isə külli miqdarda pul alaraq azadlığa buraxırmışlar. Bildirilirdi ki, Vidadi Məmmədov iş adamlarının dosyesını general qudasına verirdi ki, həmin iş adamlarının yalnız bir qismi məhkəmədə bunu etiraf etməli oldular.

Bir çoxu isə külli miqdarda pulunu itirsə də, məhkəməyə üz tutmadı. Maraqlıdır ki, Vidadi Məmmədov Eldar Mahmudov “vurulduq”dan sonra Vergilər Nazirliyində tutduğu vəzifədən uzaqlaşdırılsa da, həbsdən qurtula bildi. V.Məmmədov həbsdən qurtula bilsə də, Sübahir Qurbanov məsuliyyətdən yayına bilmədi. Ötən il Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edildi. V.Məmmədov da qudasının məhkəməsində konkret iş üzrə ifadə verdi. Bir müddət əvvəl musavat.com Eldar Mahmudovla bağlı da maraqlı xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil. “Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddia var”, deyə xəbərdə bildirilirdi. Bu, E.Mahmudovun adamlarının reabilitasiyası haqda xəbərlərlə eyni vaxta təsadüf edir. Sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır. Onlardan biri “Akula Akif” ləqəbli Akif Mustafayev 10 gün əvvəl Səbayel Rayon Məhkəməsində iddiaçı olduğu bir iş üzrə qalib olub. Bəli, Mahmudovun ən yaxın adamı 2019-cu ilin sentyabrında Səbayel məhkəməsindən qalib çıxıb.

Mahmudovun digər silahdaşı Ayaz Elxan oğlu Kərimovu da Azərbaycanın hüquq-mühafizə orqanları 4 ilə yaxındır ki, axtarırlar. Eldar Mahmudovun həbs ediləcəyi haqda xəbərlərə daha inanan qalmayıb. Özü və yaxın çevrəsinin dirçəlməsi fonunda başqa cür ola da bilməzdi.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Vidadi İsayev və adamları vətəndaşı intihar həddinə çatdırıb - "Cənab Prezident, məndən əl çəkmirlər ..."
Bu gün, 11:18
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?" - Rəşid Mahmudovdan SƏRT ÇIXIŞ
Bu gün, 11:03
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı QƏRAR
Bu gün, 11:01
Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?
Bu gün, 10:58
"Azğın məmur öz bildiyini edir..." - MALƏSƏF...
Bu gün, 10:48
Bakı Regional Qaz İstismarı İdarəsi AzəriQaz-da bir ayrıca qurumdur... istədiklərini edirlər... - İTTİHAM VAR...
Bu gün, 10:43
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru