Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                     Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ .....                     Peşə Təhsilində küləvi narazılıq .....                     Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                     Daha bir TENDER HOQQABAZLIĞI .....                     Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general .....                     Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib .....                     Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                 

FHN rəhbərliyində səfi pozanlar kimlərdir? - İTTİHAM VAR
Tarix: 28-03-2017, 10:02 | Çap et
FHN rəhbərliyində səfi pozanlar kimlərdir?
Azərbaycan cəmiyyətində kağız mediası üçün tiraj, inernet mediası üçün İP kütləviliyi yaradan mövzulardan biri də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla bağlıdır. Bu şəxs hər zaman oxucu auditoriyası üçün maraqlı olmasına rəğmən uzun müddət kölgəyə çəkilib. Mətbuatın “fövqəlsusqunluğu” elə təəssürat yaratmışdı ki, sanki ölkənin ən kristal və şəffaf naziri FHN rəhbəridir və bu strukturun fəaliyyətində heç bir qaranlıq yoxdur. Amma bu yanlış təəssüratdır. Baş verənlərlə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar əsl gerçəklikləri üzə çıxarır. Söhbət K.Heydərovun media qorunmasından, rəqiblərinin bu müdafiə səddini aşmasından və nəhayət nazirin ətrafının da onun rəqiblərinə əks təbliğat üçün əsas verməsindən gedir.
Heydərovun topdağıtmaz imici və rəqiblərə pas verən komanda
K.Heydərov dəridən-qabıqdan çıxıb ki, nazirliyin fəaliyyətindən bir şikayət olmasın, maxinasiya və korrupsiya əməliyyatlarında adı hallanmasın. İnsafən, dünənə kimi fövqəlnazir muradına çatmışdı. Mətbuatda sağdan-soldan döşənən nazirliklərdən fərqli olaraq, FHN barəsində ittihamlara rast gəlinmirdi. Xüsusi qeyd etmək lazımdır ki, K.Heydərov karyeristdir. Nazir yalnız özünə, şöhrətinə və şəxsi keyfiyyətlərinin el arasında piarına resurslarını sərf edir. FHN rəhbəri olduqca ağıllı, dünyagörüşlü və siyasətdə püxtələşmiş məmurdur. İnhisarçı nazir olsa da, onun kurasiyasında olan obyektlərdə insanlara qayğı var, nazirə müraciət edən şəxsin problemi həll olunur, nazirliyin işçiləri heç zaman rüşvət almaz, iş üçün ağız açanın məsələsi düzəlir, obyekt tikdirdiyi yerdə plana düşən tikililərə görə sahibəri ilə hallalaşır, duyğusal adamdır, bəstəkardır və s. ilaxır… Heydərov özü haqda mərhəmətli oliqarx-nazir obrazı formalaşdırıb. Amma artıq bu imic dağılmaqdadır. Bir müddətdir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla bağlı mətbuatda bir-birindən rəngarəng materiallar yayımlanır. Saytlarda yayılan bu məlumatlarda nazir korrupsiyada, dövlət əmlakını mənimsəmədə ittiham olunur, ölkədə baş böhrana səbəb olan şəxslərdən biri kimi təqdim edilirdi. İnformasiyaların daha çox şayiə xarakterli olması, faktlara söykənməməsi və qeyri-peşəkar hazırlanmaları da diqqət çəkirdi. Amma daha sonra məsələlər ciddiləşdi, nəinki faktlar ortaya qoyulmağa başlandı, hətta ara-sıra millət vəkilləri, yüksək çinli YAP mənsubları tərəfindən də “fövqəlnazir”in bostanına daş atıldı. Maraqlıdır ki, K.Heydərova qarşı təbliğatda təsirli və inkarolunmaz təbliğata elə onun ən yaxın ətrafı səbəb oldu. Biz bu yazımızda cumhuriyyet.az olaraq komandadan olan səbəbkarlardan ikisi – “fövqəlnazr”in müavinləri Rəfail Mirzəyev və Tapdıq Əmiraslanov haqda məlumatlara diqqət çəkəcəyik.
Surət Hüseynovla həbsxanadan “fövqəlnazir”in sağ əlinədək yol gələn Rəfail Mirzəyev
Kəmaləddin Heydərovlla bağlı mediaya çıxan ilk məlumatların mənbəyi fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevlə bağlı idi. Bu məlumatlarla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarlar zamanı ilginc faktlarla rastlaşdıq. Məsələn bildirilir ki, R.Mirzəyevin oğlu və kürəkəninə məxsus tikinti şirkətləri FHN-in keçirdiyi tenderlərdə qalib edilərək böyük miqyasda işlər götürürlər: “2012-ci ildə Zaqatala və Balakəndə baş verən zəlzələ zamanı dağılan evlərin təmir-bərpası zamanı da işlər R.Mirzəyevin yaxınlarının şirkətlərinə verilməklə büdcədən xeyli vəsait mənimsənilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri dəymiş ziyanı artıqlaması ilə hesablayıblar”. Lakin R.Mirzəyev haqda məlumat bununla bitmir. Son bir neçə ildə FHN-də kadr məsələləri sırf R.Mirzəyevin kurasiyasındadır: “Bu adam isə əvvəllər MTN-in işçisi olub. Namiq Abbasovun vaxtında MTN-in rəsmi iççisi, eyni zamanda Gömrük Komitəsi sədrinin birinci müavini olub. Hətta Gəncədə çalışdığı dövrdə Surət Hüseynovla problemlər yaşayan R.Mirzəyev onun tərəfindən bir neçə sutkalıq həbs də edilib. MTN-də topladığı təcrübəsini istifadə edən R.Mirzəyev nazirliyin mərkəzi aparatında təmizlik və mühafizə işlərinə öz agentlərini yerləşdirib. Xadimələr otaqlarda olan danışıqları, bəzən də sənədləri R.Mirzəyevə çatdırırlar”. Ötən il nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsində 3 milyon manatlıq yeyinti faktı aşkarlanıb: “Nazir Kəmaləddin Heydərovun da bundan xəbəri olub və fakt onu bərk qəzəbləndirib. Bununla əlaqədar Maliyyə-iqtisadiyyat Baş İdarəsində bəzi yüksək vəzifəli işçilər, eyni zamanda idarənin Maliyyə şöbəsinin rəisi Rəsulov Veysəl də işdən uzaqlaşdırılıb. İtən pulun bir hissəsi, daha doğrusu, təxminən bir neçə yüz minlik az qismi qaytarılıb. Amma sonradan nazirliyin yüksək rütbəli şəxsi tərəfindən bu məsələ ört-basdır edilib”. R.Mirzəyevlə bağlı mediada yayılan digər bir məlumatda o da bildirilir ki, o, nazirin digər müavinləri Orucəli Hacıyev və Etibar Mirzəyevi fəaliyyətsiz duruma salıb: “Birinci müavinə yaxınlığı ilə seçilən Yanğından Mühafizə Xidmətinin rəisi, general Füzuli Əsədovla nazir müavini Etibar Mirzəyev arasında soyuq münasibətlər mövcuddur. Halbuki yanğın xidməti faktiki olaraq E.Mirzəyevin kurasiyasındadır. Lakin buna baxmayaraq, xidmət rəisi E.Mirzəyevlə deyil, R.Mirzəyevlə hesablaşır. Bütün məlumatları, hesabatları ona təqdim edir. R.Mirzəyevlə hesablaşmayan yeganə adam Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi general İsrail Əliyevdir. Ümumilikdə R.Mirzəyevə nazirlik daxilində “biət” edən yüksək vəzifəlilər bunlardır: Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin rəisi Elşad Hüseynov, Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarə rəsi Valeh Abdullayev, idarə rəisi Niyazi Zamanov, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Cəbrayıl Xanlarov, Katibliyin rəhbəri Cəfər İbadov.
Sabiq rektorun oğlanlarının yaratdığı problemlər
Lap bu günlərdə Kəmaləddin Heydərovun medianın gündəminə gətirən digər bir müavini isə Tapdıq Əmiraslanovdur. T.Əmiraslanovun tərcümeyi halına diqqət yetirdikdə onun haqqında yaranan təəssürat “gənc və inelektual” kadr kimi görünür: “Tapdıq Əmiraslanov 1978-ci il fevralın 7-də Moskva şəhərində anadan olub. O, 1999-cu ildə ABŞ-ın Hyuston Universitetinin Biznes idarəçiliyi fakültəsini bitirib. Daha sonra 2003-cü ildə Amerikanın St.Tomas Universitetində Biznes idarəçiliyi üzrə təhsil alıb. İxtisası marketinq-maliyyədir. İqtisadi elmlər namizədidir. O, 2003-ci ilin avqust ayından 2004-cü ilin aprelinədək Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr baş idarəsində Baş məsləhətçi, daha sonra həmin idarədə Xarici dövlət borcunun uçotu və icmallaşdırılması sektorunda sektor müdiri və müdir müavini işləyib. T.Əmiraslanov 2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin Dövlət investisiyaları şöbəsinin, daha sonra Regional inkişaf siyasəti və regionlarla iş şöbəsinin müdiri postuna çalışıb. O, 2009-cü ilin fevral ayından 2013-cü ilin noyabr ayınadək Fövqəladə Hallar Nazirliyinin Katibliyində Katibliyin köməkçisi, 2013-cü ildən nazir müavini təyin olunanadək həmin katiblikdə rəis müavini vəzifəsində çalışıb”. 35 yaşında ölkənin ən güclü nazirinin müavini olan bu gəncin yüksəlişində təhsilindən daha üstün digər bir factor da var: O uzun müddət Tibb Universitetinin rektoru, indiki millət vəkili Əhliman Əmiraslanovun oğludur. Amma cumhuriyyet.az olaraq gənc nazir müavininin tərcümeyi halı ilə bağlı mediada yer alan fərqli iddialara da rast gəldik: “Tapdıq Əmiraslanov Amerikada təhsil alaraq, orda dindar qardaşlarla ünsiyyətdə olub. Ancaq ABŞ-da təhsil alaraq həmin təhsil ocağı ilə paralel BDU-da da təhsil almağı barədə məlumat var. Deyilənlərə görə, bu şəxsin Amerikada ola-ola BDU-da imtahanlarda qiymət almasında Azər Əmiraslanovun müstəsna rolu olub”. Məlumat üçün bildirək ki, Azər Əmiraslanov Tahir Əmiraslanovun qardaşıdır və Azərbaycan Tibb Universitetinin saytında (http://www.amu.edu.az/az/cafedra/628/632) Azər Əmiraslanovun fəaliyyət sahəsinin “Sümük, yumşaq toxuma, dəri və süd vəzisinin şişlərində müxtəlif cərrahi əməliyyatlar” olduğu deyilir. Amma cumhuriyyet.az olaraq bildirək ki, Azər Əmiraslanovun ayrı-ayrılıqda iş adamları ilə şərik olmağı barədə mətbuatda bir çox məlumatlar var. Bu məlumatlardan təsəvvür yarana bilər ki, Azər Əmiraslanov hətta lazım olanda kollektor rolunu icra edir. Məlumatlarda K.Heydərovun müavininin də qardaşının işləri ilə bağlılığı və hazırda “İçərişəhər” metrosu yaxınlığında böyük bir tikintiyə sahib olduğu bildirilir. Elə bu günlərdə mediada yayılan məlumatlarda da Əmiraslanov qardaşlarının milyonluq qalmaqalından söz açılırdı.
***
Mənbəmiz onu da bildirdi ki, FHN-də yaxın vaxtlarda ciddi kadr islahatlarının olacağı gözlənilir: “Vəziyyətin dəyişməsi zərurətə çevrilib. Əks halda, K.Heydərovun müsbət imici zədələnə bilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru