Bu xanımlara yüksək vəzifə verildi .....                     General-mayor Anar İsmayılova ağır itki üz verib .....                     “Baku Electronics” müştərinin qanına susayıb? .....                     Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə .....                     Azərbaycan neftinin qiyməti 107 dolları ötüb .....                     Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. .....                     "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə .....                     Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... .....                     "Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" .....                     Trampdan UCUZ NEFT VƏDİ... .....                     Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib .....                     Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... .....                     "Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                     Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ .....                     Peşə Təhsilində küləvi narazılıq .....                     Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                     Daha bir TENDER HOQQABAZLIĞI .....                     Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general .....                     Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib .....                     Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                 

"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Tarix: Bu gün, 08:44 | Çap et

Aqrar Subsidiya Şurasının qərarı ilə yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində dəyişikliklər təsdiq edilib.

Yeni qərarla bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiyalar tətbiq olunacaq.

İstifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək.

Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var? Bu subsidiyaları kim alacaq?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Cebheinfo.az”-a bildirib ki, sualın özündə ciddi bir məqam var və yeni mexanizmin şərtlərinə baxanda söhbətin adi kiçik fermerdən getmədiyini görmək olur:

“Qərara əsasən subsidiya yalnız istifadəsində ən azı 100 hektar örüş və ya otlaq sahəsi olan və ən azı 500 baş xırdabuynuzlu heyvan saxlayan təsərrüfatlara şamil ediləcək.

Üstəlik, subsidiya sadəcə heyvan sayına görə verilməyəcək, həmin örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılması da tələb olunur. Bu baxımdan “bu subsidiyanı kim alacaq?” sualı tamamilə haqlıdır.

100 hektar torpaq və 500-dən çox qoyun-keçiyə malik təsərrüfat artıq ailə fermer təsərrüfatından daha çox iri kommersiya təsərrüfatı kateqoriyasına yaxındır.

Məsələn, 500 baş heyvana görə subsidiya cəmi 2 min manat olacaq. 1000 baş heyvanı olan təsərrüfat üçün 4 min manat, 2000 baş üçün isə 8 min manat edir. Bu vəsait iri heyvandarlıq təsərrüfatının ümumi xərcləri fonunda böyük məbləğ deyil.

Ona görə bu mexanizmi “xırdabuynuzlu heyvandarlığın inkişafı üçün fermerə verilən subsidiya” kimi təqdim etmək müəyyən qədər yanıltıcıdır. Əslində məqsəd daha çox iri örüş təsərrüfatlarının istifadə etdiyi torpaqların vəziyyətini yaxşılaşdırmaqdır.

Dövlət bir növ deyir ki, böyük örüş sahəsindən istifadə edirsənsə, həmin torpağı tükəndirmə, onun münbitliyini və biomüxtəlifliyini qoru və bunun müqabilində hər heyvana görə müəyyən ödəniş al. Burada müsbət tərəf də var.

Əgər böyük təsərrüfatlar həqiqətən örüşlərin həddindən artıq otarılmasının qarşısını alacaq, otlaq sahələrini bərpa edəcək, yem bazasını yaxşılaşdıracaqsa, bunun ümumi heyvandarlığa faydası ola bilər.

EKTİS-in (“Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”) Torpaqdan istifadə altsistemi və süni intellekt vasitəsilə monitorinqin nəzərdə tutulması da müsbət addımdır. Amma əsas problem əhatə dairəsidir. Kiçik və orta fermerlərin böyük hissəsi 100 hektar örüş sahəsinə və 500 baş heyvana malik deyil.

Deməli, onlar heyvandarlıqla məşğul olsalar da, bu konkret subsidiya mexanizmindən yararlana bilməyəcəklər. Əgər məqsəd kənd yerlərində xırdabuynuzlu heyvandarlığın geniş inkişafıdırsa, yalnız iri təsərrüfatları əhatə edən model kifayət deyil”.

Onun sözlərinə görə, daha düzgün yanaşma subsidiya sistemini təsərrüfatın ölçüsünə görə pilləli qurmaq olardı:

“Məsələn, 100–500 baş, 500–1000 baş və daha böyük təsərrüfatlar üçün fərqli şərtlər müəyyən edilə bilərdi. Kiçik fermerdən 100 hektar tələb etmək əvəzinə, bir neçə fermerin kooperativ şəkildə istifadə etdiyi ümumi örüş sahəsinə də imkan verilə bilərdi. Beləliklə, həm kiçik fermerlər sistemə daxil olar, həm də örüşlərin kollektiv idarə olunması mümkünləşərdi.

Bir məsələ də dəqiq araşdırılmalıdır ki, bu 100 hektar və 500 baş həddi hansı real təsərrüfat strukturuna əsasən müəyyənləşdirilib? Əgər ölkədə belə meyarlara cavab verən təsərrüfatların sayı azdırsa, dövlətin ayırdığı vəsaitdən çox məhdud sayda sahibkar yararlanacaq.

Bu halda subsidiya geniş fermer dəstəyi yox, müəyyən sayda iri təsərrüfat üçün hədəfli ekoloji-heyvandarlıq dəstəyi olacaq. Fikrimcə, bu qərarın özü yanlış deyil, amma onun adı və təqdimatı daha dəqiq olmalıdır. Bu, bütün xırdabuynuzlu heyvandarlara verilən subsidiya deyil.

Daha çox böyük örüş sahələrindən istifadə edən iri təsərrüfatları torpaqları qorumağa və yem bazasını yaxşılaşdırmağa həvəsləndirən mexanizmdir. Kiçik və orta fermerlər üçün isə ayrıca, daha əlçatan subsidiya modeli yaradılmasa, qərarın kənd yerlərində yaşayan əksər heyvandarlıq təsərrüfatlarına təsiri çox məhdud qalacaq.

Daha dəqiq desək, heyvandarlıqla məşğul olan məmurların istifadəsində olan torpaqlara xidmət etdiklərinə görə, məqsəd onlara vəsait verməkdir. Bu, bütün kənd təsərrüfatına aid deyil, qərar yalnız oliqarxlara aiddir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 08:52
Naxçıvan Dövlət Universiteti də QANUNLARI BELƏ POZUR... - FOTOFAKT
Bu gün, 08:50
"Fermerin 100 ha torpağı, 500 baş qoyun-keçisi var?" - REAKSİYA
Bu gün, 08:44
Trampdan UCUZ NEFT VƏDİ... - Müharibədən sonra...
Bu gün, 08:40
Qazaxıstanda neft emalı zavodunda yanğın baş verib - KİV
Bu gün, 08:21
Sən demə DSMF-nin mərhum Milli Qəhrəmanımızla məhkəmə davası var imiş... - TƏFƏRRÜAT
Bu gün, 08:14
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru