DİA.AZ: - Rayon icra hakimiyyətlərinin birləşdirilməsi yenidən gündəmə gəlib. Bu barədə DİA.AZ-a hökumətdəki qaynaqlardan informasiya daxil olub.
Mənbə bildirir ki, bəlli "kəmərsıxma prosesinə" uyğun olaraq rayon icra hakimiyyətlərinin ləğv edilərək üzərində regional idarəetmə mexanizminin yaradılması yönündə iş gedir. Qaynağın dia-az.life-a söylədikləri:
"Hələlik iş gedir və bir neçə təkliflər müzakirə olunur. Belə bir sistem ilk dəfə deyil və bir neçə ölkədə uyğulanmaqdadır. Azərbaycanın da 6-10 arası idarəedici dairəyə bölünməsi mümkündür. Bu həm qənaətdir, həm də mobillik baxımından effektiv ola bilər".
dia-az.life-a danışan qaynaq onu da əlavə edib ki, əgər sözügedən proses gerçəkləşərsə, o zaman hazırki icra başçılarının 90 faizi işsiz qalacaq: "Onlardan yalnız bir-ikisi görəvə alına bilər. O da rəhbər kimi yox".
Əlavə bilgilərimiz olacaq. Bizi izləyin...