Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                     Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ .....                     İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər .....                     Putin Paşinyanı son görüşə çağırır? .....                     “Əliyev və Paşinyan çoxdan razılaşıb” .....                     Ət bazarında nə baş verəcək? .....                     Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər .....                     Yəmən Silahlı Qüvvələri əks-hücumda: .....                     Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? .....                     Turist ölkədən necə ayrılmalıdır? .....                     Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb .....                     Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ .....                     Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub .....                     Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi .....                     Nəbatat Bağındakı işıq şousuna .....                     İlham Mirzəyevin vəziyyəti ağırdır .....                     Kremldən ŞOK AÇIQLAMA: .....                     YAP böyük dəyişikliklər ərəfəsində .....                     İran öz səhvini necə düzəltdi? .....                     Əhməd Məmmədzadə azadlığa buraxıldı .....                     Elvin Məmmədzadəyə yeni vəzifə verildi .....                     Bakıda "lombard əməliyyatı" .....                     Adnan Əhmədzadənin şirkəti cərimələndi .....                     Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: .....                     Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... .....                     Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı .....                     “Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” .....                     Məsuliyyət əvəzinə teatr: .....                     “Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır” .....                     Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib .....                     “Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” .....                     Yağış yağacağı gözlənilir .....                     EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub .....                     “AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb .....                     Mask Almaniyadakı seçkiyə qarışdı .....                     19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi .....                 

Gədəbəylə Bakı arasında rabitə nədən qırıqdır? - Şikayətlər ünvanına yetişmir
Tarix: 11-03-2016, 10:24 | Çap et
Gədəbəylə Bakı arasında rabitə nədən qırıqdır?
Artıq dəfələrlə qeyd olunduğu kimi, Gədəbəydə Ramiz Yediyarovun yerli iş adamlarına qarşı həyata keçirdiyi haqsızlıqlarda, sahibkarların təhdid və təqiblərə məruz qoyulmasında icra başçısının ən yaxın yardımçılarından biri də onun birinci müavini Qüdrət Paşayevdir. Maraqlıdır ki, artıq uzun müddətdən bəri Gədəbəy RİH-də müavin vəzifəsini tutan Qüdrət Paşayev hər zaman rayona yeni təyin edilmiş icra başçısl ilə “dost” ola bilir. Hətta, bəzi məqamlarda bu müavinin maraqları icra başçısının maraqları ilə ziddiyyət təşkil etsə belə, onun kifayət qədər yüksək dövlət vəzifəsi tutan qardaşı, general Ədalət Paşayev yarana biləcək hər cür riskli situasiyada Qüdrət Paşayevi “sığortalaya” bilir. Məlum olduğu kimi, Qüdrət Paşayevi hazırda tutduğu vəzifəyə Gədəbəyin keçmiş icra başçısı Kamran Rzazadə təyin etmişdi. Lakin bu təyinadan az bir müddət sonra Kamran Rzazadə onun əməllərdən zara gəlsə də, müavinini işdən azad etmək üçün başçının vaxtı çatmadı. Eyni zamanda da, Ədalət Paşayev hər vəchlə qardaşının işdən çıxarılmasını əngəlləyə bildi.
Amma Ədalət Paşayevin Gədəbəy RİH-nə göstərdiyi himayəsi sadəcə öz qardaşının vəzifədə qaimasını təmin etməklə bitmir. Bu gün icra başçısı Ramiz Yediyarov da bu himayədən yetərincə yararlanmaqdadır. Əldə etdiyimiz dəqiq məlumatlara görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, feldyeger xidməti general-leytenantı Ədalət Paşayev bu gün Gədəbəy rayonundan Prezident Administrasiyasına ünvanlanan çoxsaylı şikayət məktublarının ələ keçirilməsi və ünvana çatmaması baxımından kifayət qədər böyük səylər göstərir və əksər hallarda buna nail olur.

Yeri gəlmişkən, bu barədə açıqlamalar ötən ilin oktyabr ayının 28-də hüquqları pozulmuş gədəbəyli sahibkarların Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində icra başçısı Ramiz Yediyarovdan şikayətlərini bildirmək üçün keçirdikləri mətbuat konfransında da səsləndirilmişdi. “Ölkə Prezidenti cənab İlham Əliyevə müraciət” adı altında keçirdikləri mətbuat konfransında çıxış edən sahibkarlar üzləşdikləri problemlərdən, onlara qarşı tətbiq olunan təqib və təzyiqlərdən söz açaraq, rayon rəhbərliyinə qarşı cidi ittihamlar səsləndirmişdilər: “Ramiz Yedyarov bizə qarşı böyük haqsızlıq edir, obyektlərimizi dağıdır. Mənim 300 min manat dəyərində olan turizm obyektimi yerlə yeksan etdilər. Halbuki əvvəlcədən İcra Hakimiyyətindən tikinti üçün icazə vermişdilər. Obyektimə iki kilometr yol çəkdirmişdim, bütün şəraiti qurmuşdum, amma qanunsuz olaraq dağıdıldı. Məhkəmə qərar çıxardı, mənim xeyrimə cərimə kəsdilər, o cəriməni də ala bilmirəm. Bizim səsimizi eşitmirlər”, “Prezident sahibkarlara böyük imkanlar yaradıb, amma Gədəbəydə bizə imkan vermirlər ki, işləyək. Mağazam Ramiz Yediyarov tərəfindən ağır texnika ilə dağıdılıb. İcra başçısının tapşırığı ilə məni polisə apardılar. Yeddi nəfər mənim üzümə durdu, on beş gün həbs etdirdilər. İcra başçısı elə şərait yaradıb ki, sahibkarlar başqa rayonlarda iş qururlar. Elə bir vəziyyətdə yaşayıram ki, qardaşımın, bacımın xeyir işinə görə rayona gedə bilmirəm. 2004-cü ildən vergi ödəyicisiyəm. Vergilərimi də vaxtlı-vaxtında ödəmişəm. Xahiş edirəm, mənim səsimi yuxarı orqanlara çatdırasınız...” Məhz bu kimi ittihamların irəli sürüldüyü məqamda da Rəşad Səfərov adlı daha bir şikayətçinin söylədikləri konfransa toplaşanlarda xüsusi maraq yaratmış oldu: “Mən özüm Bakıda yaşasam da, Gədəbəydəki doğmalarımın obyektləri uçurdulub, dağıdılıb. Baş verən olaylarla bağlı icra başçısının 1-ci müavini Qüdrət Paşayevə müraciət etmişdik. Həm də ona bildirmişdik ki, hüquqlarımız bərpa olunmasa, Prezident Administrasiyasına müraciət edəcəyik. Qüdrət müəllimin cavabı belə oldu ki, Prezident Administrasiyasında Ədalət Paşayev adlı vəzifə sahibi var və o, mənim lap yaxın adamımdır, gedin hara istəyirsinizsə, ora da şikayətinizi verin”.

Qeyd edək ki, ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz bir neçə dəfə Gədəbəydə hökm sürən məmur özbaşınalıqlarında Qüdrət Paşayevin tutduğu mövqedən bəhs edən bəzi açıqlamalar təqdim etmişdik. Məsələn, bir müddət əvvəl aldığımız məlumatda qeyd olunmuşdu ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev və o zaman Aqrar islahatlar üzrə müavin işləyən Rüstəm Nağıyev hətta əlbir olaraq, ikinci qrup əlil Sürəyya Məmmədovaya məxsus olan torpaq sahəsinin təxminən 4 sotunu qeyri-qanuni olaraq onun əlindən alıblar. Açıqlamada bildirilmişdi ki, bu məmurlardan hansısa həmin torpaq sahəsində özünə ev tikdirir. Sürəyya Məmmədovanın isə, heç şikayətlərini də dinləyən olmamışdı. Çarəsiz qalan əlil qadın da düşdüyü vəziyyətlə barışaraq, durumu belə şərh etmişdi: “Mən nə edə bilərəm axı, rayonda Ramiz Yediyarovun qoçuları Qüdrət Paşayev və Rüstəm Nağıyevdir. Mənim torpağımı da onlar zəbt ediblər. Qüdrət Paşayevdən soruşmaq lazımdır ki, bu neçə illər ərzində yığdığı pullar, tikdirdiyi malikanələr ona azlıqmı edir ki, ikinci qrup əlilin torpağını əlindən alır?” Biz Sürəyya xanımla tam razıyıq. Əlbəttə soruşmaq lazımdır. Amma təəssüflər olsun ki, soruşan yoxdur. Və soruşan olmadıqca, bu məmurların da əl-qolları daha geniş açılır, onların haqsızlıqlara məruz qoyduqları vətəndaşların da sayları durmadan artır. Bu gün artıq uzun müddətdir ki, Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarov rayonun idarə olunmasında əksər səlahiyyətləri Qüdrət Paşayevə və Rüstəm Nağıyevə verib. Hər iki müavinin nə işlərlə məşğul olduqları isə, rayon əhalisinə çoxdan bəllidir. Ramiz Yediyarovun səriştəsizliyindən, təşkilatçılıq qabiliyyətinin olmamasından bəhrələnən bu məmurlar çox asanlıqla öz çirkin niyyətlərini həyata keçirməyə nail olurlar. Qüdrət Paşayev icra hakimiyyəti başçısının birinci müavini olmasiyla yanaşı həm də Gədəbəy rayon fövqəladə hallar komissiyasının sədridir. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, Gədəbəy rayonu dağlıq rayonu olduğundan burada təbii fəlakətlər demək olar ki, tez-tez baş verir. Və həmin təbii fəlakətləri araşdıran komissiyanin sədri Qüdrət Paşayev təbii fəlakət nəticəsində insanlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi üçün ayrılan pulları ziyan dəymiş əhaliyə heç vaxt verməmiş və mənimsəyərək özünün şəxsi maraqları üçün istıfadə etmişdir.
Maraqlıdır ki, bu gün Qüdrət Paşayev rəsmi iclaslarda hökümətə və dövlətə bağlı olduğundan ağızdolusu danışmağı da çox sevir. Halbuki, bizdə olan məlumatlara görə bu məmur bir vaxtlar Gədəbəydə hökumət əleyhinə təbliğat kampaniyalarının fəal iştirakçılarından və hətta təşkilatçılarından olub. Məhz bu fəaliyyəti qarşılığında da, Qüdrət Paşayev həmin dövrdə Milli İstiqlal Partiyasının Gədəbəy Rayon Təşkilatının ilk sədri seçilmişdi.
Amma bütün bunlarla yanaşı, son vaxtlar Gədəbəy RİH-nin başçısının I müavini də rayonda artıq çox az-az gözə dəyir. İcra Hakimiyyətinə gələrək, onun qəbuluna düşmək istəyən vətəndaşlara hər dəfə deyilir ki, Qüdrət müəllim Bakıdadır. Bəs görəsən, I müavinin paytaxta bu bağlılığı nə ilə izah oluna bilər? Məsələ bundadır ki, Qüdrət Paşayev son vaxtlar həqiqətən də hər həftənin bir neçə gününü Bakıda keçirməli olur. Səbəb isə, onun məhkəmə araşdırmalarına cəlb olunmasıdır. Düzdür, bu araşdırmalar əslində Qüdrət Paşayevin özünün məhkəməyə müraciəti əsasında başlanılıb. Amma başçının müavini istədiyi nəticələri əldə edə bilmədikcə, proseslərin də uzanmasına şərait yaradır. Hətta iş o yerə gəlib çıxıb ki, Qüdrət Paşayev, hakimləri onun maraqlarına uyğun qərar verilməyəcəyi təqdirdə, beynəlxalq məhkəməyə şikayət etməklə də hədələməkdən çəkinmir...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Bu gün, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Bu gün, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Bu gün, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Bu gün, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Bu gün, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Bu gün, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Bu gün, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Bu gün, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Bu gün, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Bu gün, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Bu gün, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Bu gün, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Bu gün, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Bu gün, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Bu gün, 15:51
Keçmiş diplomat sığorta şirkətini İFŞA ETDİ - "...pulunuz batacaq!"
Bu gün, 15:44
Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub - FOTO
Bu gün, 15:40
Təhsil eksperti Əmrah Həsənli Misir Mərdanovu dəstəklədi - AÇIQLAMA
Bu gün, 15:39
Nəbatat Bağındakı işıq şousuna - 5 MİLYON MANAT XƏRCLƏNƏCƏK
Bu gün, 15:36
İlham Mirzəyevin vəziyyəti ağırdır - AÇIQLAMA
Bu gün, 15:11
Kremldən ŞOK AÇIQLAMA: - Peskov Paşinyanın Moskva səfərinin əsas məqsədini açıqladı
Bu gün, 15:10
YAP böyük dəyişikliklər ərəfəsində - Mehdiyev çıxarılır?
Bu gün, 15:09
İran öz səhvini necə düzəltdi? - GƏLİŞMƏ
Bu gün, 15:06
Əhməd Məmmədzadə azadlığa buraxıldı
Bu gün, 15:00
Elvin Məmmədzadəyə yeni vəzifə verildi - FOTO
Bu gün, 13:48
Bakıda "lombard əməliyyatı" - 22 800 manatlıq dələduzluq...
Bu gün, 13:24
Adnan Əhmədzadənin şirkəti cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Sınıq-salxaq pəncərə, köhnə dam örtüyü, soba borusu: - Tibb məntəqəsi bərbad durumda...
Bu gün, 13:15
Pezeşkian düşmən ölkəyə - ABŞ-yə GEDİR... - AÇIQLAMA
Bu gün, 13:02
Leobank müştərisinin kartından Xorvatiyada otel ödənişi çıxarıldı - “Hakerlərdir, heç nə edə bilmərik”
Bu gün, 12:59
“Mənim dövrümdə də bu problem var idi, sayı yox, keyfiyyəti artırmaq lazımdır” - Misir Mərdanovdan ÇAĞIRIŞ
Bu gün, 12:54
Məsuliyyət əvəzinə teatr: - Köçəryan və Sarkisyan Bakıya ekstradisiya edilməlidir
Bu gün, 12:52
“Koçaryan Bakı həbsxanasının İrəvandakı filialında saxlanılır”
Bu gün, 12:50
Altı ayda Azərbaycana 18,4 milyon cüt ayaqqabı gətirilib – Cütü 3,5 dollara
Bu gün, 12:48
“Zəngəzur dəhlizinin 2026-cı ilin sonunadək tam açılması real görünmür” – DETALLAR
Bu gün, 12:45
Yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
EBRD-yə Qafqaz üzrə rəhbər təyinatı olub - DOSYE...
Bu gün, 12:37
“AzRe Təkrarsığorta”nin rəhbər şəxsi vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 12:36
Mask Almaniyadakı seçkiyə qarışdı - AfD-nin qələbəsinə belə reaksiya verdi
Bu gün, 12:32
19 ilin məktəb direktoru “ç” bəndi ilə İŞDƏN ÇIXARILDI, məhkəməyə müraciət etdi - NARAZILIQ VAR...
Bu gün, 12:25
Əməkdar artist komaya düşüb - FOTO
Bu gün, 12:16
Azərbaycanda məşhur olan nəhəng şirkət iki ölkədən çəkildi - TƏFƏRRÜAT
Bu gün, 12:15
Ayaqyolunu söküb aparan keçmiş direktorla bağlı yeni iddialar... - SƏN DEMƏ...
Bu gün, 12:04
İnşallah ki nazirimizin bunlardan xəbəri yoxdur... - İTTİHAM VAR...
Bu gün, 11:59
Naxçıvanda idarə rəisi təqaüdə göndərildi - ƏMR
Bu gün, 11:52
Bakıda tanışını bıçaqlayan gəncə 4 İL HƏBS CƏZASI
Bu gün, 11:49
Məhkəmə “qəzəlxan” zarafatına görə tanışını bıçaqlayan şəxslə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:45
Bakı ilə İrəvanın "çip diplomatiyası" – Ortada milyardlar var...
Bu gün, 11:41
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Bu gün, 11:38
"Məni təhqir etdirənləri məhkəməyə verəcəm" – Şəhid Xudayarın anasından açıqlama
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru