XALQ O QƏDƏR DƏ ÇƏTİN SEÇİM QARŞISINDA DEYİLDİ
Tarix: 10-10-2013, 08:50 | Çap et
 ARTIQ SEÇKİLƏRƏ QƏDƏR HƏR ŞEY HƏLL OLUNMUŞDU: RƏSMİYYƏT QALIRDI
DİA.AZ: - Gözlənildiyi kimi, 9 oktyabr seçkiləri İlham Əliyevin qələbəsi ilə yekunlaşdı. Təbii ki, bu seçki prosesində də kifayət qədər ciddi qanun pozuntuları var idi, amma bunun ümumi nəticələrə hər hansı formada ciddi təsir edəcəyi heç də ağlabatan deyil. Elə bunu seçkilərin nəticələrini qiymətləndirən müxalifət liderlərinin özləri də etiraf edirlər. В«Xalqın böyük dəstəyini hiss etmədikВ» deyən müxaliflər əslində xalqın dəstəyinin İlham Əliyevin yanında olduğunu söyləmiş oldular.
Həm də bir kor məntiq də var: SUSMAQ, RAZILIQ ƏLAMƏTİDİR… Yəni hətta seçicilərin passivliyi belə bu gün iqtidarın eloktoratı kimi, iqtidarın xeyrinə qeydə alınmalıdır. Çünki yaşadığı durumundan kəskin şəkildə narazı olan və həm də narazı olan vətəndaşın ən azından bir səsini bu hakimiyyətə qarşı verməsilə etiraza qalxması gözləniləndir. Bu baş verməyibsə, deməli, insanlar ən azından bu gün hakimiyyətə qarşı gedənlərə inanmır. Və elə buna görə də İlham Əliyevin qələbəsi təbii bir nəticə kimi etiraf olunmalıdır, necə ki, etiraf olunmaqdadır.
Əslində İlham Əliyev seçkilərə qədər qələbəsini qazanmışdı. O zaman ki, Azərbaycanın sayılıb-seçilən müxalifləri, özlərini bu hakimiyyətə alternativ hesab edən liderləri böyük bir xəyanətə imza atmış oldular. Rusiyanın layihəsi olan Milli Şuraya qatılıb, mərhum Əbülfəz Elçibəyə qıymadıqları, yaşatmadıqları xoşbəxtliyi bir tüllaba rəva gördülər. Amma Rüstəm İbrahimbəyov da onu bu şəkildə ödülləndirənlərin daha hansı xəyanətə hazır olduqlarını gördüyündən montaj aparatının arxasında oturmağı, Milli Şuranın lideri postundan daha üstun hesab etdi.
Hər halda, ehtiyat olunmalı bir məqam idi. Öz millətinin və dövlətinin maraqlarını hansısa siyasi ambisiyalara görə ayaqlar altına atma, dövlətini bilə-bilə kənar basqılarla üz-üzə qoymaq böyük bir xəyanət idi. Ki, bunu da Milli Şurada təmsil olunanlar etdilər.
Doğrudur, sonradan Milli Şura həqiqətən də В«milliləşdiВ». Yəni Rusiyanın layihəsi olmadan çıxdı və Rusiyanın əli arxasından çəkildi. Amma bu MİLLİLƏŞMƏ heç də Milli Şurada toplaşanların milli qeyrət damarının coşması səbəbindən baş vermədi. Bu В«milliləşməВ» Rusiyanın Milli Şuranın arxasından çəkilməsi nədənindən baş verdi. Kreml ovcunun içi kimi tanıdığı müxalifətə ağır bir dərs keçdi. Anlatdı ki, onlar Azərbaycan müxalifətinə bir alət kimi yanaşıblar. Onlar əgər anlaşmalı bir ünvan varsa, o simada da hakimiyyəti görürlər. Yəni əgər şərt Rusiyanın maraqlarına cavab verən addımların iqtidar tərəfindən atılmasıdırsa, bunun üçün Kremlin kimlərisə iqtidar edib, istədiklərinə nail olması ağlabatan deyil, elə iqtidar olanla anlaşması daha çox inandırıcıdır. Yəni burada Azərbaycan müxalifəti bir alət kimi istifadə olundu və seçkiyə qədər atılmış bir əşya kimi qatıldı.
Təbii ki, yetim siyasətlə fundamental bir siyasi dəst-xətt üzərində qələbənin çalınması imkansız idi. Və…
Və möcüzə baş vermədi. İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. Hətta bu seçkiyə Məzahir Pənahovun sehirli müdaxiləsi olmasaydı belə, bu qələbə şəkksiz idi. Çünki artıq İlham Əliyevin qələbəsi bir simvola çevrilmişdi. Xalq üçün iki seçim var idi: Ya onu hər an ayaqlar altına atmağa hazır olan, hətta 20 Yanvar qətliamının memarı olan ruslara В«dayıВ» deməyə hazır olan bir siyasi zümrəni dəstəkləməli idi, ya da artıq Azərbaycanın bir dövlət maraqlarını formalaşdırmış, bunun kriteriyalarını müəyyənləşdirmiş bir qüvvənin qalmasına əngəl olmamalı idi. Və reallıq ondan ibarətdir ki, XALQ İLHAM ƏLİYEVİN PREZİDENT KÜRSÜSÜNDƏ QALMASINA ƏNGƏL OLMADI!!!


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33 |
|
|
|
| • Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31 |
|
|
|
| • ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22 |
|
|
|
| • ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20 |
|
|
|
| • "Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57 |
|
|
|
| • Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46 |
|
|
|
| • Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41 |
|
|
|
| • "Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38 |
|
|
|
| • Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28 |
|
|
|
| • Artıq açıq oğurluğa keçiblər - BU DA FAKT...
Bu gün, 02:19 |
|
|
|
| • "Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı - “Tehran bizə silah verməz”
Bu gün, 02:05 |
|
|
|
| • "Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil..."
Bu gün, 02:03 |
|
|
|
| • Artan iş həcmi... əlavə məsuliyyət VƏ: YERİNDƏ SAYAN MAAŞ! - AXI NİYƏ?..
Bu gün, 01:49 |
|
|
|
| • Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI - NƏ BAŞ VERİR?
Bu gün, 01:41 |
|
|
|
| • Ermənistan qan çanağına dönür: - nümayişçilər MSK üzvlərinə hücum etdi
Bu gün, 01:37 |
|
|
|
| • Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb - YEKUN NƏTİCƏ...
Bu gün, 01:34 |
|
|
|
| • Xameneinin baş müşaviri İsraili yeni raket hücumu ilə hədələdi - KİV
Bu gün, 01:33 |
|
|
|
| • Vaxt çatdı: raketlər hazırdır – İran hücuma başlayır?
Bu gün, 01:31 |
|
|
|
| • Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib - Vens
Dünən, 22:00 |
|
|
|
| • Hacıyev Dilicanda tarix yazdı - AKTUAL
Dünən, 21:57 |
|
|
|
| • Ankaradakın subasmada da Eldar Əzizov günahkardır? - REPLİKA
Dünən, 16:58 |
|
|
|
| • Rusiya hər kvadrat kilometrə görə 200 nəfər itirir - Jmaylo
Dünən, 08:31 |
|
|
|
| • Paşinyan xaricdə təhsil alan ermənilərə jest... - İŞ TƏKLİFİ...
Dünən, 08:17 |
|
|
|
| • Space X-in minlərlə əməkdaşı IPO-dan sonra milyonçu oldu - “The New York Times”
Dünən, 08:12 |
|
|
|
| • İndi də müştəriyə belə problem yaradırlar - GİLEY
Dünən, 08:03 |
|
|
|
| • "İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim" - Sabir Rüstəmxanlı
Dünən, 07:23 |
|
|
|
|