Əsas Səhifə > Gündəm, Manşet > XALQ O QƏDƏR DƏ ÇƏTİN SEÇİM QARŞISINDA DEYİLDİ
XALQ O QƏDƏR DƏ ÇƏTİN SEÇİM QARŞISINDA DEYİLDİ10-10-2013, 08:50 |
ARTIQ SEÇKİLƏRƏ QƏDƏR HƏR ŞEY HƏLL OLUNMUŞDU: RƏSMİYYƏT QALIRDI DİA.AZ: - Gözlənildiyi kimi, 9 oktyabr seçkiləri İlham Əliyevin qələbəsi ilə yekunlaşdı. Təbii ki, bu seçki prosesində də kifayət qədər ciddi qanun pozuntuları var idi, amma bunun ümumi nəticələrə hər hansı formada ciddi təsir edəcəyi heç də ağlabatan deyil. Elə bunu seçkilərin nəticələrini qiymətləndirən müxalifət liderlərinin özləri də etiraf edirlər. «Xalqın böyük dəstəyini hiss etmədik» deyən müxaliflər əslində xalqın dəstəyinin İlham Əliyevin yanında olduğunu söyləmiş oldular. Həm də bir kor məntiq də var: SUSMAQ, RAZILIQ ƏLAMƏTİDİR… Yəni hətta seçicilərin passivliyi belə bu gün iqtidarın eloktoratı kimi, iqtidarın xeyrinə qeydə alınmalıdır. Çünki yaşadığı durumundan kəskin şəkildə narazı olan və həm də narazı olan vətəndaşın ən azından bir səsini bu hakimiyyətə qarşı verməsilə etiraza qalxması gözləniləndir. Bu baş verməyibsə, deməli, insanlar ən azından bu gün hakimiyyətə qarşı gedənlərə inanmır. Və elə buna görə də İlham Əliyevin qələbəsi təbii bir nəticə kimi etiraf olunmalıdır, necə ki, etiraf olunmaqdadır. Əslində İlham Əliyev seçkilərə qədər qələbəsini qazanmışdı. O zaman ki, Azərbaycanın sayılıb-seçilən müxalifləri, özlərini bu hakimiyyətə alternativ hesab edən liderləri böyük bir xəyanətə imza atmış oldular. Rusiyanın layihəsi olan Milli Şuraya qatılıb, mərhum Əbülfəz Elçibəyə qıymadıqları, yaşatmadıqları xoşbəxtliyi bir tüllaba rəva gördülər. Amma Rüstəm İbrahimbəyov da onu bu şəkildə ödülləndirənlərin daha hansı xəyanətə hazır olduqlarını gördüyündən montaj aparatının arxasında oturmağı, Milli Şuranın lideri postundan daha üstun hesab etdi. Hər halda, ehtiyat olunmalı bir məqam idi. Öz millətinin və dövlətinin maraqlarını hansısa siyasi ambisiyalara görə ayaqlar altına atma, dövlətini bilə-bilə kənar basqılarla üz-üzə qoymaq böyük bir xəyanət idi. Ki, bunu da Milli Şurada təmsil olunanlar etdilər. Doğrudur, sonradan Milli Şura həqiqətən də «milliləşdi». Yəni Rusiyanın layihəsi olmadan çıxdı və Rusiyanın əli arxasından çəkildi. Amma bu MİLLİLƏŞMƏ heç də Milli Şurada toplaşanların milli qeyrət damarının coşması səbəbindən baş vermədi. Bu «milliləşmə» Rusiyanın Milli Şuranın arxasından çəkilməsi nədənindən baş verdi. Kreml ovcunun içi kimi tanıdığı müxalifətə ağır bir dərs keçdi. Anlatdı ki, onlar Azərbaycan müxalifətinə bir alət kimi yanaşıblar. Onlar əgər anlaşmalı bir ünvan varsa, o simada da hakimiyyəti görürlər. Yəni əgər şərt Rusiyanın maraqlarına cavab verən addımların iqtidar tərəfindən atılmasıdırsa, bunun üçün Kremlin kimlərisə iqtidar edib, istədiklərinə nail olması ağlabatan deyil, elə iqtidar olanla anlaşması daha çox inandırıcıdır. Yəni burada Azərbaycan müxalifəti bir alət kimi istifadə olundu və seçkiyə qədər atılmış bir əşya kimi qatıldı. Təbii ki, yetim siyasətlə fundamental bir siyasi dəst-xətt üzərində qələbənin çalınması imkansız idi. Və… Və möcüzə baş vermədi. İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. Hətta bu seçkiyə Məzahir Pənahovun sehirli müdaxiləsi olmasaydı belə, bu qələbə şəkksiz idi. Çünki artıq İlham Əliyevin qələbəsi bir simvola çevrilmişdi. Xalq üçün iki seçim var idi: Ya onu hər an ayaqlar altına atmağa hazır olan, hətta 20 Yanvar qətliamının memarı olan ruslara «dayı» deməyə hazır olan bir siyasi zümrəni dəstəkləməli idi, ya da artıq Azərbaycanın bir dövlət maraqlarını formalaşdırmış, bunun kriteriyalarını müəyyənləşdirmiş bir qüvvənin qalmasına əngəl olmamalı idi. Və reallıq ondan ibarətdir ki, XALQ İLHAM ƏLİYEVİN PREZİDENT KÜRSÜSÜNDƏ QALMASINA ƏNGƏL OLMADI!!! Geri qayıt |