Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub .....                     “Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” .....                     Universitetlər bu rayonlara köçürülə bilər .....                     Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü .....                     Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik .....                     "Süni şəkildə düşmənçilik yaradılır" .....                     "Edənlər nə qazandı ki, sən də qazanasan..." .....                     Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib .....                     Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi .....                     Yenicag.az saytının 19 yaşı tamam olur .....                     Cahid Şahbazovun DAHA BİR QURBANI... .....                     Kredit kartları ilə əməliyyatlar niyə azalıb? .....                     Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... .....                     Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı .....                     Ermənistanın “komplementar siyasəti” .....                     "Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir .....                     Səbrin də bir həddi var .....                     Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... .....                     Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir .....                     Adil Əliyev yaxşı başçı olsaydı... .....                     Anar Bayramovdan yeni təyinat .....                     "Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? .....                     Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi .....                     “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır .....                     Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... .....                     Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” .....                     “Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” .....                     Xark adasında İrana məxsus tanker hədəfə alınıb .....                     Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək .....                     Rusiya Azərbaycanın tərəfində olacaq .....                     “Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? .....                     "Ailəli qadınlar məndən açıq geyinirlər" .....                     Azərbaycanlı uşaq ögey atasını öldürdü .....                     Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər .....                     ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər .....                     “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi .....                     ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU .....                     “Ermənistanda zəhərli ideologiya hələ də qalır” .....                     Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir .....                     Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? .....                 

QAZAXDA İLGİNC OLAYLAR: MƏMUR-POLİS QARŞIDURMASI
Tarix: 3-09-2013, 13:18 | Çap et
QAZAXDA İLGİNC OLAYLAR: MƏMUR-POLİS QARŞIDURMASI
RAYON KİMLƏRƏ TAPŞIRILIB?

DİA.AZ: - Danılmaz həqiqətdir ki, bu gün Azərbaycan getdikcə daha çox dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilməkdədir. Bu isə əlbəttə ki, ilk növbədə gənclər və idman sahəsinin dövlətimiz tərəfindən daima xüsusi diqqət və böyük qayğı içərisində saxlanmasının nəticəsidir. Təsadüfi deyildir ki, müxtəlif tədbirlər çərçivəsində Bakıya səfər edən ən nüfuzlu beynəlxalq idman təşkilatlarının rəhbərləri də Ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə fəaliyyətini çox yüksək qiymətləndirmiş və bir çoxları isə öz ölkələrində belə inkişafı müşahidə etmədiklərini etiraf etmişlər.

Ötən günlərdə diqqətinizə təqdim etdiyimiz materialların birində Qazax rayonunun Gənclər və İdman idarəsinin fəaliyyətində yer almış çoxsaylı nöqsanlardan, o cümlədən idarənin rəisi Vüqar Nəbiyev tərəfindən yol verilən bir çox qanun pozuntularından bəhs olunmuşdu. Yerli mənbələrdən aldığımız məlumatlar əsasında hazırladığımız materialda bildirilirdi ki, bu idarəyə hər il rayonda idmanın inkişafı məqsədilə ayrılan və təxminən 60-70 min manat təşkil edən dövlət vəsaitinin məqsədyönlü xərclənməsi təmin olunmur.

İdarə rəhbərliyi tərəfindən yuxarı instansiyalara təqdim olunmaq üçün hazırlanan hesabat sənədlərində şişirdilmiş rəqəmlər göstərilir, təşkilinə böyük məbləğlərdə vəsaitlərin sərf olunduğu qeyd olunan yerli əhəmiyyətli yarış və turnirlər isə əksər hallarda yalnız kağız üzərində keçirilir. Həmçinin materialda xüsusi olaraq belə bir fakt vurğulanmışdı ki, Qazax rayonunun Gənclər və İdman İdarəsinin rəisi V.Nəbiyev özü bircə gün də olsun ordu sıralarında xidmət etməmişdir.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Vüqar Nəbiyev tənəffüs sistemində müəyyən problemlərlə bağlı olan xroniki xəstəlik səbəbindən hərbi xidmətə yararsız statusunu almışdır. Təbii ki, ölkə ərazisinin 20%-dən artıq bir hissəsinin hələ də işğal altında olduğu və xüsusən də torpaqlarımızın artıq məhz hərb yolu ilə azad olunacağına dair ehtimalların daha tez-tez səsləndiyi bir vaxtda, xalqın mərd, əsgəri ruhda yetişdirilmiş övladlarına ehtiyacı daha çoxdur. Elə bu funksiyanın yerinə yetirilməsində də bölgələrdə fəaliyyət göstərən Gənclər və İdman idarələrinin rolu xüsusi əhəmiyyət kəsb edir. Özü hərbi xidməti keçməmiş bir məmurun isə gənc nəslin hərbi-vətənpərvər ruhda tərbiyyəsi işinə hər hansı tövhələr verə biləcəyi həqiqətən də ciddi şübhələr doğurur.

Digər tərəfdən isə V.Nəbiyevin vaxtının çox hissəsini sərf etdiyi sahibkarlıq fəaliyyəti də, onun tutduğu dövlət qulluğundan irəli gələn vəzifələrin icrasına kifayət qədər əngəllər törədir. Belə ki, Qazax rayonunun Gənclər və İdman idarəsinin rəisi, eyni zamanda həm də ticarət mərkəzi, avtoyuyucu, qapı-pəncərə sexi və çayxana kimi kommersiya obyektlərinin də sahibidir. Əslində V.Nəbiyevin aldığı ali təhsil üzrə ixtisası da qətiyyən idman sahəsinə aid edilə bilməz.

Məlumatlarda bildirilir ki, Vüqar Nəbiyev Gəncə Kənd Təsərrüfatı Akademiyasının (indiki Aqrar Universitet) o vaxtkı Qazax filialının Mühasibat uçotu fakültəsinin məzunudur. Amma bütün bunlar yenə də V.Nəbiyevə Gənclər və İdman Nazirliyinin strukturlarından birində rəhbər vəzifə tutmağa mane olmayıb. Amma mənbələr iddia edirlər ki, bu maneələri keçməkdə idarə rəisinə GİN-in aparat rəhbəri Fuad Hacıyevin himayəsi kömək olub. Təəssüflər olsun ki, bu məlumatların dərcindən kifayət qədər müddət keçsə də nə Gənclər və İdman Nazirliyinin, nə də Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən məsələyə münasibət bildirilmədi. Əvəzində isə Vüqar Nəbiyev özü bu günlərdə törətdiyi növbəti əməlləri ilə gənc nəslə necə nümunə ola biləcəyi sualına bir daha aydınlıq gətirdi.

DİA.AZ-a daxil olmuş yeni məlumatlarda Qazax rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev barədə son dərəcə maraqlı faktlar təqdim olunub. Mənbə bildirir ki, avqust ayının 29-da, axşam saatlarında (təxminən 20.30–21.00 arası) ərazidə xidmət aparan PPX əməkdaşlarının diqqətini Qazaxın Gənclər Mərkəzində otaqlardan birinin pəncərəsindən küçəyə düşən işıq cəlb edib. Bundan sonra polis əməkdaşları Qazax rayon Polis Şöbəsi ilə əlaqə saxlayaraq öz şübhələri barədə növbətçiyə məruzə ediblər. Daha sonra hadisə yerinə şöbənin əməliyyatçısı, Amil adlı əməkdaş gəlib. Gənclər Mərkəzinə daxil olan Amil pəncərəsindən işıq gələn otağa girib. Burada isə...

Mənbə bildirir ki, həmin otaqda polis əməkdaşı Vüqar Nəbiyevin öz tabeliyində çalışan evli bir xanımla eşqbazlıq etdiyinin şahidi olub. Bundan sonra məsələnin etik tərəflərini, xüsusən də həmin xanımın evli olmasını nəzərə alaraq, Amil şifahi tənbehlə kifayətlənərək “hadisə yerini” tərk edib. V.Nəbiyev isə öz pərtliyini unutmaq üçün Gənclər Mərkəzindən çıxaraq bir başa yaxınlıqdakı kafelərdən birinə yollanıb. Burada o, Azər adlı bir dostu ilə oturaraq spirtli içki də qəbul edib. Söhbət əsnasında isə V.Nəbiyev dostuna öz başına gələnləri də nəql edib. Tərslikdən Azər adlı bu şəxs də dostuna onu qızışdıran məsləhət verməyə başlayıb: “Axı polis kimdir ki, sənin şəxsi həyatına müdaxilə edir?..” Bu sözlər də Vüqar Nəbiyevin artıq kifayət qədər dumanlanmış beyninə batıb. Kafedən çıxan idarə rəisi bir başa özünü polis şöbəsinə çatdırıb. Amili burda yaxalayan V.Nəbiyev onu söyməyə, təhqir etməyə və hədələməyə başlayıb. Hətta iş o yerə çatıb ki, sərxoş vəziyyətdə ictimai asayişi pozmasına və polis əməkdaşını vəzifə borclarının icrası zamanı təhqir etməsinə görə, insidenti sənədləşdirərək, V.Nəbiyevi bir neçə saatlığına saxlamalı da olublar.

Lakin bundan sonra məsələyə Qazax RPŞ-nin rəisi Zöhrab İsmayılov müdaxilə edib. Məhz onun göstərişi ilə V.Nəbiyev sərbəst buraxılıb və ona qarşı ən azından xuliqanlıq maddəsi ilə cinayət işi açılmayıb. Sonradan məlum olub ki, polis rəisinin bu qərara gəlməsinə də səbəb Qazax RİH-dən daxil olan bir zəng olub. Bu zənqi edən isə icra başçısının müavini və rayonda Vüqar Nəbiyevin əsas himayədarı hesab olunan Gülayə Həsənova olub. Lakin aldığımız məlumatlara görə əməliyyatçı Amil RPŞ müdirinin bu qərarına etirazını bilavasitə Zöhrab İsmayılovun özünə bildirib. Həmçinin mənbə iddia edir ki, Amil baş verənlər barədə birbaşa DİN rəhbərliyinə məruzə etmək qərarına gəlib...

Digər tərəfdən isə son günlərin hadisələri Qazax RİH başçısının müavini Gülayə Həsənovanı müəyyən problemlərlə üzləşdirib. Həm də V.Nəbiyevlə bağlı insident bu hadisələrin daha az problemlisidir. Belə ki, bu hadisədən iki gün keçməmiş G.Həsənovanın doğma qardaşı, Qazax rayonundakı Diaqnostika Mərkəzinin baş həkimi Şahin Həsənov daha ciddi bir cinayət hadisəsi törədib. Bu xüsusda KİV-də yayımlanan məlumatlarda bildirilir ki, avqustun 31-i səhər saat 9.20-də Ş.Həsənov rayonda öz sahəsində nüfuz sahibi kimi tanınan cərrah Vasif həkimi bıçaqla vurmuş və ona ağır xəsarət yetirmişdir. Faktla bağlı rayon prokrorluğunda cinayət işi açılıb. Belə qənaətə gəlmək olar ki, Gülayə xanımın himayə etdiyi məmurlar ümumiyyətlə ölkə qanunlarına və insani dəyərlərə etinasız münasibətləri ilə seçilirlər.

Qeyd edək ki, məlumatları alandan sonra biz həm Qazax RPŞ-nin rəhbərliyi ilə, həm də Vüqar Nəbiyevlə telefon əlaqəsi saxladıq. Cənab Zöhrab İsmayılov insidentin yer aldığını təsdiq etdi. V.Nəbiyev isə ilk əvvəl olanları etiraf etsə də, sonradan fikrini dəyişərək bütün deyilənlərin böhtan olduğunu iddia etməyə başladı.

Hər halda ümid edirik ki, ən azından indi Gənclər və İdman Naziri cənab Azad Rəhimov Qazax rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyevin tutduğu vəzifəyə uyğunluğu məsələsini yenidən nəzərdən keçirəcək. Həmçinin baş verənlərə DİN rəhbərliyinin və Qazax RİH-nin başçısı cənab Ayaz Əsgərovun münasibətlərini də bilmək olduqca maraqlı olardı.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Bu gün, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Bu gün, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Bu gün, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
Dünən, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
Dünən, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
Dünən, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
Dünən, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
Dünən, 16:13
Vensin Azərbaycanla bağlı o cümləsi və Bakıya qarşı hücum cəhdi - İNCƏLƏMƏ
Dünən, 13:23
Yenicag.az saytının 19 yaşı tamam olur
Dünən, 13:21
Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
Dünən, 13:15
Kredit kartları ilə əməliyyatlar niyə azalıb? - AKTUAL
Dünən, 13:06
Putinin həbsdə öldürtdüyü Navalnının adamı Ermənistana sığındı... - FOTO
Dünən, 13:03
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
Dünən, 13:01
Ermənistanın “komplementar siyasəti” - “Qafqaz evi” olacaqmı?
Dünən, 12:56
"Ehdiparfum"u bu qədər həbs cəzası gözləyir – Tanınmış vəkil AÇIQLADI
Dünən, 12:55
Səbrin də bir həddi var - Daha bəsdir, oyunu dayandırın!
Dünən, 12:52
Budaqova vətəndaşların dərdini bu dəfə İMADƏDDİN NƏSİMİ ÇATDIRASI OLDU... - İŞ ALLAHA QALIB...
Dünən, 12:39
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir - FOTO
Dünən, 12:33
Adil Əliyev yaxşı başçı olsaydı... - Sakinlər deyir ki...
Dünən, 12:25
Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 12:04
"Sabah" "Barselona" ilə hansı stadionda oynayacaq? - AÇIQLAMA
Dünən, 12:02
Bakıda ərinin xəyanətini öyrənən qadın maşınını çilik-çilik etdi - ANBAAN VİDEO
Dünən, 11:57
“Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
Dünən, 11:50
Narışkindən Bakı və MDB paytaxtlarına xəbərdarlıq... - "Onlar ölkənizdə...”
Dünən, 11:47
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb” - “Arvadı deyirdi ki, Rənanı kinoya çəkmə”
Dünən, 11:36
“Guya konsolidasiya zamanı vətəndaşların torpaqları məcburi qaydada onların əlindən alınacaq” - deputat
Dünən, 11:28
Xark adasında İrana məxsus tanker hədəfə alınıb - “Daneşcu”
Dünən, 11:16
Gümrüdəki Rusiya bazası çıxarılsa, Türkiyə hücum etməyəcək - Stepan Qriqoryan
Dünən, 10:58
Rusiya Azərbaycanın tərəfində olacaq - Mehman Əliyevdən PROQNOZ
Dünən, 10:55
“Köçəri olmayan" qonşularımız indi niyə Dünya Köçəri Oyunlarını bu qədər sevirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:52
"Ailəli qadınlar məndən açıq geyinirlər" - ETİRAZ
Dünən, 10:40
Azərbaycanlı uşaq ögey atasını öldürdü - TƏFƏRRÜAT
Dünən, 10:36
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər - Yeni rəsmi bəyanat
Dünən, 10:29
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Dünən, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Dünən, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Dünən, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Dünən, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Dünən, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Dünən, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Dünən, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Dünən, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Dünən, 08:18
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Dünən, 08:16
44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Dünən, 08:15
Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Dünən, 08:13
Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Dünən, 08:05
Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Dünən, 08:00
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Dünən, 07:54
Ukrayna və Rusiya arasında HAVA DURUMU... - Görünəni odur ki...
Dünən, 07:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru